Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq mümkündürmü?

Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq mümkündürmü?«Ali-imran/169: «Allah yolunda öldürülənləri ölü zənn etmə. Onlar öz Rəbbinin yanında ruzi içindədirlər. «Hud/6-cı: «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin». Həzrət Əli (ə) buyurur: «Ruzi iki növdür. Birini sən axtarmalısan, o biri isə sənin axtarışındadır». («Nəhcül-bəlağə».) Ayə və hədislərdən məlum olur ki, Allahın insan üçün ayırdığı ruziyə çatmaq üçün çalışmaq zəruridir. Bu işdə özünü həlak edib, haram yola əl atmağa ehtiyac yoxdur. Hər bir insan qüvvəsi qədərində çalışarsa, təyin olunmuş ruzisini əldə edə bilər. Bəs həzrət Əlinin (ə) buyurduğu ikinci növ ruzi hansıdır? Bəzən insan oturduğu yerdə ruzi əta olunmasını inkar edə bilmərik. Belə hallar olur. Amma insan oturub, təsadüflərin intizarında olmamalıdır...



Dünya qəflət, yoxsa təkamül vasitəsidir?

Dünya qəflət, yoxsa təkamül vasitəsidir? Hәzrәt Әli (ә) buyurur: “Dünyа оnа ibrәt gözü ilә bахаnlаrı bәsirәt sаhibi, оnun zinәtlәrinә аldаnаnlаrı isә kоr еtdi.” (“Nәhcül-bәlаğә”.) Dеmәk, dünyа hәm bәsirәt gözünü аçа bilәr, hәm dә kоr еdә bilәr. Dünyаyа vаsitә kimi bахаnlаrın bәsirәt gözü аçılаr. Dünyаnı özünә qiblә еdәnlәrin isә bәsirәt gözü tutulаr. Dünyа еynәk kimidir. Еynәkdәn bахаn hәqiqәti, еynәyә bахаn оnun şüşәsini görür. Bu insаn üçün еynәk kömәk yох, pәrdәdir. Әgәr insаn dünyа vә оndа оlаnlаrı Аllаhın nеmәti kimi qәbul еtsә, оnlаrа nәzәr sаldıqdа Аllаhı хаtırlаyаcаq. Аllаhı хаtırlаyаn insаn isә hаlаl-hаrаmа diqqәt yеtirib оlub, vәzifәlәrinә lаzımıncа әmәl еdәcәk. “Аli-İmrаn/92- “Sеvdiyiniz şеylәrdәn hаqq yоlundа sәrf еtmәyincә yахşılığа nаil оlmаyаcаqsınız.” İnsаn Аllаh yоlundа sеvdiyi şеylәrdәn sәdәqә vеrmәklә dünyа mаlınа mәhәbbәtdәn yаха qurtаrmаlıdır. İnsаn vаr-dövlәtә о qәdәr hәrisdir ki, sәdәqә vеrәndә dә әzik, cırıq mаnаtlаrı vеrir. Tәmiz vә şах pullаrı sәdәqә еtmәklә dünyаyа оlаn qоrхulu bаğlılıqdаn хilаs оlun. Әks tәqdirdә dünyаpәrәstlikdәn qurtulmаq çәtin оlаcаq.



Fəsad nədir?

Fəsad nədir? Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Quranda bu mövzuya toxunulur: «Yer üzündə fəsad törədər və islah olmazlar». (Şüəra/152)
Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir. Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun». (Yunis/91.)



Allah-Taalanın razılı hansı iki məsələyə bağlıdır?

Allah-Taalanın razılı hansı iki məsələyə bağlıdır? Kamillik və səadətə çatmaq üçün iman və saleh əməl əsas şərtlərdəndir. Qurani-kərimdə bu iki xüsusiyyət adətən paralel zikr olunur. “Bəqərə” surəsinin 25–ci ayəsində buyurulur: “İman gətirən və saleh əməllər edən kəslərə müjdə ver ki, onlar üçün altından arxlar axan bağlar var”.
“Nisa” surəsinin 124–cü ayəsində oxuyuruq: “Mömin halda saleh əməl edən kişilər və qadınlar cənnətə daxil olarlar”.
Başqa bir ayədə buyurulur: “İman gətirib saleh işlər görənlərin xoş halına!” (“Rəd” surəsi ayə: 29.)
“Kəhf” surəsinin 30-cu ayəsində oxuyuruq: “İman gətirib saleh əməl edənlər bilsinlər ki, biz yaxşı işlər görənlərin əcrini zay etmərik”.



Halalı haramdan ayıran zaman seçim anında düzgün addım üçün bizə nə kömək edə bilər?

Halalı haramdan ayıran zaman seçim anında düzgün addım üçün bizə nə kömək edə bilər? Quran buyurur: “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45). Bu ayədə adı çəkilən zikr, təkcə dil zikri deyildir. Əsil məqsəd – daxili diqqət, Allahın lütflərini, köməklərini, izzətini, əzəmətini, vədələrini yada salmaqdır. Belə ki, İmam Sadiq (ə) buyurur: “Allahın bəndələri üçün lazım bildiyi əməllərdən ən mühüm olanı – Allahı çoxlu yada salmaqdır. Halal və haramla rastlaşan zaman Allahı yada salmaqdır ki, əgər Allahın itaəti olarsa – ona əməl etsin, əgər Allahın günahı olarsa – onu tərk etsin”. Əks halda hər bir külək, yağış, tufan onu yolundan saxlayar və süqut etməsinə səbəb olar. İmanın möhkəm olmasının tək yolu isə Allahı çoxlu yada salmaq və Ona itaət etməkdir. Hər kimin itaəti çox olarsa, qəlbi daha çox müti olar. Qəlbi müti olan insanın imanı artar və möhkəmlənər...



İslam tibb elmini bir cümlədə xülasə etmişdir?!

İslam tibb elmini bir cümlədə xülasə etmişdir?! Sələbi öz təfsirində nəql edir: Harun ər-Rəşidin Bəxtişu adlı xristian, ancaq tibb elmində çox məharətli bir xüsusi həkimi idi. Bir gün Harun ər-Rəşidin hüzurunda Əli ibn Vaqidə dedi: - Sizin Quranınızda tibb elmi barəsində heç bir söz yoxdur. Halbuki, elm iki qismə ayrılır: 1. Din elmi. 2. Bədən elmi.
Vaqid dedi: - Allah-taala bütün tibb elmini Qurani kərimin yarım ayəsində xülasələndirib və buyurub: “Yeyin, için, israf etməyin”.
Təbib dedi: - Peyğəmbərinizdən tibb barəsində hədis varınızdır? - Əlbəttə! Peyğəmbər (s) bütün tibb elmini bir neçə qısa cümlə ilə bəyan edib: “Mədə bütün xəstəliklərin evidir. Pərhiz isə bütün sağlamlıqların başı. Hər bir bədənə adət etdirdiyinizi çatdırın!” Həmin xristian təbib dedi: - Sizin Quran və Peyğəmbəriniz, daha Calyənus üçün tibb qoymayıb.



Allah-Taala dərgahında ən sevimli əməl hansı ibadətdir?

Allah-Taala dərgahında ən sevimli əməl hansı ibadətdir? Qurani-kərimdə buyurulur: “Allah-təala möminləri sizdən bir dərəcə üstün etmiş alimlərimizi daha uca dərəcəyə çatdırmışdır. Allah gördüyünüz işlərdən xəbərdardır.” (“Mücadələ”, 11)
İmam Baqir (ə) buyurur: “Allah qarşısında ən sevimli ibadət mömini sevindirmək, xoşhal etməkdir.” (“Kafi”, 2-189) İmam Sadiq (ə) buyurur: “Möminin istəyini yerinə yetirmək Allah qarşısında ziyartəçisi yüz min dinar infaq etmiş iyirmi Həcdən üstündür.” Başqa rəvayət: “Şübhəsiz, mömin qardaşlarından birini doyurmaq bazara daxil olub Allah yolunda qul alıb azad etməyindən daha sevimlidir.” (“Kafi”, 2/193-203)



Allah Taala (c.c.) bəndələrinə hansı əməli daha çox tapşırır?

Allah Taala (c.c.) bəndələrinə hansı əməli daha çox tapşırır? Allahın buyuruğu (zəruri edir ki): Quranı üzündən oxumağı öyrəndikdən sonra növbə Quranın qiraət və tilavətinə çatır. Yaxşı olar ki, hər bir müsəlman gündəlik vaxtının bir qədərini Allah kitabının qiraətinə həsr etsin. Çünki insan Quran oxumaqla İslam göstərişləri ilə tanış olub, ilahi lütflə bu göstərişlərə əməl edəcək. Nəticədə, Quranın nuraniyyəti ona sirayət edər və onun bəşəri kamala doğru çiçəklənmə və tərəqqisinə səbəb olar. Ey girami qardaş, əziz bacı! Quranı çox oxumaq tövsiyyəsi Rəuf və Mehriban Allaha məxsusdur. O mənə və sizə belə buyurur: “Qurandan müyəssər olan qədər oxuyun.” (“Müzəmmil”, 20) İslam rəhbərlərindən biri öz oğluna Quranın əhəmiyyəti barədə belə yazır: “Övladım, Quranla - bu böyük mərifət kitabı ilə tanış ol, hətta qiraətlə də olsa və ondan məhbuba doğru yol aç...



Ən ziyankar insanlar kimlərdir?

Ən ziyankar insanlar kimlərdir? Әn ziyаnkаr kәslәr bеlәlәridir: “Dе ki, sizә әmәllәri bахımındаn dаhа çох ziyаnа düşәn kәslәrdәn хәbәr vеrimmi? Оnlаr yахşı iş gördüklәrini gümаn еtdiklәri hаldа dünyаdаkı sәylәri bоşа çıхаn kimsәlәrdir. Оnlаr Rәbblәrinin аyәlәrini vә Оnunlа görüşәcәklәrini inkаr еtmәlәrinin nәticәsindә әmәllәri hеç оlаnlаrdır”. (“Kәhf” surәsi, аyә: 103-105.) Bәli, әn ziyаnkаr о kәslәrdir ki, әslindә puç dünyа әmәllәrinә аrхаyın оlublаr. Bir dаhа qеyd еdәk ki, cәhаlәt sәbәbindәn imаn gәtirmәyәnlәrin hеsаbı аyrıdır vә оnlаr düşüncә zәifliyinә görә bаğışlаnа bilәr. “Әn ziyаnkаr” sinfinә isә düşüncәli şәkildә küfr еdәnlәr dахildir...



Axirətdə korluq deyəndə nə başa düşülür?

“İsra” surəsinin 72-ci ayəsində oxuyuruq: “Bu dünyada kor olan, axirətdə qəlbikor və azğındır.”
Əgər ayənin zahiri mənası ilə kifayətlənsək, belə bir qənaətə gəlməliyik ki, bu dünyada gözü kor olan insan axirətdə də kor olacaq. Amma peyğəmbərlər və İmamlar tərəfindən böyük ehtiramla qarşılanmış kor insanlar olmuşdur. Əgər ayədə zahiri korluq nəzərdə tutulardısa, belələri iman və saleh əməllərinə baxmayaraq Qiyamətdə məhrum qalası idilər. Hansı ki, Quranda buyurulur: “Orada (behiştdə) qəlblərin arzuladığı, gözlərin ləzzət aldığı hər nə hazırdır...” (“Zuxruf”, 71) Bəli, dünyada fiziki korluğun axirətdə korluqla sonunclanması Qurana müxalifdir. Demək, Əhli-beytdən nəql olunmuş mənaya, yəni qəlbin korluğu mənasına əsaslanmalıyıq.




Öncəki
Sonrakı