Həzrət Musanın (ə) behiştdəki dostu bu məqama nəyin vasitəsilə yetişdi?

Həzrət Musanın (ə) behiştdəki dostu bu məqama nəyin vasitəsilə yetişdi? Hz Musa (ə) Allahla münacat edən zaman Xaliqdən istəyir ki, onun behiştdəki dostunu ona tanıtsın. Xitab gəlir: “Ey Musa! Filan küçəyə və filan mağazaya get. O kəs ki, orada işləyir – sənin behiştdəki dostundur”. Hz Musa (ə) ondan fövqəladə bir şey müşahidə etmir. O zaman ki, hava qaralır, cavan iş yerini tərk edir və Musa (ə)cavanın ona qonaq olmasını istəyir! Cavan evə daxil olan kimi yemək hazırlayır. Sonra əl və ayaqları işləməyən, iflic halda olan qoca qadının sorağına gedir. Səbirlə yeməyin tikələrini onun ağzına qoyur. Onu yuyundurur və paltarını dəyişdirir. Sonra da yerinə uzandırır. Musa (ə) bu səhnəni görən zaman cavandan soruşur ki, bu qadın kimdir və ona yemək verəndən sonar əllərini göyə qaldırıb nə deyirdi? Cavan deyir: “Bu qadın – anamdır. Hər dəfə ona yemək verəndən və onu tox edəndən sonra mənim barəmdə dua edir və deyir: “Allahım, onu behiştdə Musa ibni İmranla (ə) yoldaş qərar ver”. Musa (ə) cavana müjdə verir ki, ananın etdiyi dua qəbul olmuşdur.



Hz Nuhun (ə) zamanında uşaq və günahsızlar suda qərq olmuşdurlarmı?

Hz Nuhun (ə) zamanında uşaq və günahsızlar suda qərq olmuşdurlarmı? Əbdulsəlam ibni Saleh Hərəvi nəql edir: “İmam Rzadan (ə) soruşdum: “Niyə Allah Nuhun (ə) zamanında bütün dünyanı suya qərq etdi, halbuki insanların içində uşaqlar və günahsızlar da vardı?”. Həzrət (s) buyurdu: “Qərq olanların arasında nə uşaq vardı və nə də günahsızlar.
Uşaqlar ona görə yox idi ki, Allah Təala qərq olmazdan 40 il əvvəl Nuh qövmünü sonsuz etmişdi, ona görə də qərq olan zaman uşaq yox idi.
Günahsız yox idi ona görə ki, Allah Təala heç bir günahsızı əzabı ilə həlak etməmişdir...



Həzrət İbrahim (ə) niyə salehlərə qovuşmasını arzu edirdi?

Həzrət İbrahim (ə) niyə salehlərə qovuşmasını arzu edirdi?Hz İbrahim (ə) belə dua edərdi: «Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur»?! Cavabında deyə bilərik ki, hikmət və ləyaqətin mərtəbələri və dərəcələri vardır. Həzrət İbrahim (ə) onların bəzisinə malik olmuşdur. Ancaq Allahdan onun ən ali olanını arzu edir. Yəni, həm nəzəri və həm də elmi hikmətin ən ali dərəcəsinə çatmaq istəyir. Ona görə ki, bu kamal yolunda büdrəməsin. Necə ki, müsəlmanlar hər gün namazlarında Allahdan Siratül-müstəqim yolunda qərar tutmaqlarını istəyirlər, halbuki həmin yolda qərar tuturlar. -Belə bir ehtimal da verilir ki, Hz İbrahimin (ə) bu duası təvazökarlığının nişanəsi olmuşdur ki, onu salehlərin cərgəsinə qovuşdursun.
-Bu ayədə də Hz İbrahim (ə) istəyir ki, Allah Təala onu sonrakı millətlər üçün örnək qərar versin. Düşmənləri də onun adını unutdura bilməsinlər. Hədislərin bəzisində oxuyuruq ki, bu ayədə adı çəkilən doğru danışan dil – Hz Muhəmməd (s) və onun pak Əhli-Beytidir (ə), xüsusilə də İmam Əlidir (ə).



Allah-Taala (c.c) Hz. İbrahimi dostu "Xəlil" elan etməsi hadisəsi necə baş vermişdir?

Allah-Taala (c.c) Hz. İbrahimi dostu "Xəlil" elan etməsi hadisəsi necə baş vermişdir?Hz İbrahim (ə) bir gün hacətinə görə evindən çıxır və qapını bağlayır. Hacətini görəndən sonra evinə qayıdır və qapını açır. Anidən evində bir insanı görür və ondan soruşur: “Ey Allah bəndəsi! Səni mənim evimə kim buraxıbdır?”. O şəxs cavab verir: “Ev sahibi məni bura daxil edibdir”. Hz. İbrahim (ə) buyurur: “Bu evin sahibi və rəbbi məndən daha layiqlidir, sən kimsən?”. O şəxs deyir: “Mən ölüm mələyiyəm”. Hz İbrahim (ə) fəğan edir və deyir: “Gəlmisən ki, ruhumu qəbz edəsən?”.
Ölüm mələyi deyir: “Xeyr, Allah Təala bəndələrdən birini öz xəlil qərar vermişdir, gəlmişəm ki, ona müjdə verəm”.
İbrahim (ə) deyir: “O kəs kimdir, mən o zamana qədər ki, sağam, xidmətində duram?”.
Ölüm mələyi deyir: “O, sənsən”. İbrahim (ə) Saranın yanına gedir və ona buyurur: “Allah Təala məni öz dostu və xəlili qərar vermişdir”.



Vaxtında iman gətirmiş qövm hansıdır?

«...Yunisin ümməti iman gətirən zaman, onları rüsvayedici əzabdan qurtardıq və müəyyən bir müddət gün-güzəran verdik». (Yunis/98.)
Doğrudanmı, Yunisdən başqa bütün qalan peyğəmbərlərin dəvətinə məhəl qoyulmamışdır? İslam Peyğəmbərinin (s) həyatından məlumdur ki, bu belə deyildir. Yunisin qövmünü başqa qövmülərdən fərqləndirən budur ki, bu qövm parçalanmadan, tam halda iman gətirmişdir.
Bu qövm ilk əvvəl iman gətirməyən qövmündən məyus olmuş Yunis bir abidin təklifi ilə onlara nifrin edir. Yunis gedəndən sonra alim öz qövmünü bir yerə toplayıb, qarşıdakı əzabın nişanələrini onlara anladır. Nəhayət, həqiqəti anlayan qövm, alimin rəhbərliyi altında şəhərdən çıxıb, tövbə edərək dua edirlər. Onların səmimi qəlbdən etirafları əzabın qarşısını alır.



Hansı 6 əməl altı ilahi peyğəmbərlərin məqam və savabını qazandırar?

Rəsuli-əkrəm (s) buyurmuşdur:
1. Təqvalı alimin əcri İsa ibn Məryəmin (ə) əcrinə bənzəyir.
2. Səxavətli varlının əcri İbrahim Xəlil peyğəmbərin (ə) əcrinə bənzəyir.
3. Səbirli fəqirin əcri Əyyubun (ə) əcrinə bənzəyir.
4. Ədalətli rəhbərin əcri Süleyman ibn Davudun (ə) əcrinə bənzəyir.
5. Tövbəkar cavanın əcri Yəhya ibn Zəkəriyyanın (ə) əcrinə bənzəyir.
6. Məhrum qadının əcri Məryəmin (ə) əcrinə bənzəyir.



Yusif (ə) -ın zindan yoldaşından kömək istəməsi günah idi?

Yusiif (ə) la bağlı bir məsələdə təfsirlərdə çox böyük yanlışlığa yol verilib. Belə ki,Yusif (ə) qissəsində yer alan bir məqam. Yusifin (ə) zindandan xilas olan yoldaşına “Məni öz ağanın yanında yada sal.” (Yusif 29) sözü. Bu hadisəyə zəif hədislərdən yola çıxaraq müxtəlif sözlər qoşmuşlar. Guya Yusif (ə) bu etdiyinə görə peşman olub ağladı yaxud, 7 il zindanda qaldı, yaxud bağışlanma dilədi və s. Azərbaycan dini saytların bir neçəsində Yusifin Allahdan qeyrisinə təvəkkül etməsi ilə bağlı məqalə də yazılıb hətta. Görün bu uca məqamlı peyğəmbər barədə nələr deyilir. Yusif (ə) zindan yoldaşından kömək istəməsi günah deyildi, əksinə o şəraitdə vacib bir addım idi. Təvəssül və vəsilə sözlərinin lüğəti mənasına diqqət etsək məsələ həllini tapar. QEYD: Film heç bir məsələdə dəlil deyil.Film rejissorun düşüncələrinə, çəkildiyi mühit və şəraitə uyun olaraq dəyişə bilər...



Hz. Yusif Peyğəmbər (ə) atasına hörmətsizlik etdi?

Hz Yusif (ə) la bağlı növbəti bir irad.“Hz Yusifin atası və İsrail oğulları Misirə daxil olarkən onun atdan düşməməsi və ya bir qədər gec düşməsi səbəbindən Allah onun nəslindən peyğəmbər qərar vermədi” deyə zikr olunan hədislər qəbul edilməzdir. Çünki, bu mövzuda gələn iki hədis mürsəl və mərfudur. Hədis və dirayə elminə əsasən bu kimi hədislər digər dəlillər olmadığı və ya onu təsdiq edən başqa bir mənbə olmadıqda təkbaşına qəbul edilməz və bir mövzuda ondan dəlil kimi istifadə etmək olmaz. Digər cəhətdən Quran özü buyurur ki Yusif (ə) atasını hörmət və izzətlə qarşıladı. Daha ətraflı bax: Yusif 99-100 cu ayə. Bu ayədən bunu da anlaya bilirik ki, Yusif (ə) şəhərdən xaric olmuşdir və atasını qarşılamağa getmişdi. Və s nöqtələr ki ona araşdırma zamanı yer veriləcək. Yəni bu qeyd olunan irad yersiz ittihamdır...



Əməl dəftərinə yazılan bir Suhbanəllah haqda Hz. Süleyman nə buyurdu?

Əməl dəftərinə yazılan bir Suhbanəllah haqda Hz. Süleyman nə buyurdu? Həzrət Süleyman (ə) bir yerdən keçirdi. Quşlar onun başı üzərinə kölgə salmış, cin və insanlaradan olan mühafizəçiləri isə sağ və sol tərəflərində onu qoruyurdu.
Süleyman orada bir abidlə rastlaşır. Abid deyir: “And olsun Allaha! Allah sənə böyük bir şahlıq bağışlamışdır”. Həzrət Süleyman deyir: “Möminin əməl dəftərində yazılan bir “Subhanəllah” Davudun oğluna (Süleymana) verilən (şahlıqdan) daha üstündür. Çünki Davudun oğluna verilən aradan gedəcək, ancaq Allahı yad etmək qalacaqdır”.



Allah-Taala (c.c) hansı dəstənin diləyinə tez cavab verər?

Allah-Taala (c.c) hansı dəstənin diləyinə tez cavab verər?Bir gün Musa (ə) dua edir: Ey Alimlərin Rəbbi! Allah Taaladan nida gəlir: Eşidirəm. Hz. Musa (ə) ikinci dəfə deyir: "Ey Abidlərin Rəbbi! Allah-Taaladan nida gəlir: Eşidirəm. Hz. Musa (ə) üçüncü dəfə zəlilanə münacat edir və deyir: "Ey Günahkarların Allahı! Allah-Taaladan nida gəlir: Eşidirəm, Eşidirəm, Eşidirəm!!
Allahın təvazökarlıqla tanınmış Peyğəmbəri (ə) ərz edir: İlahi! Mən deyəndə Ey Alimlərin Rəbbi bir dəfə cavab verdin! Təkrarən abidlərin Rəbbi deyəndə yenə də bir dəfə cavab verin! Amma günahkarların adını çəkəndə isə 3 dəfə eşidirəm deyərək cavablandırdın?! Allah-Taala (c.c) cavab gəldi: Ey Musa! Alimlərin elmi var, abidlərin ibadəti. (onlar səadət yolunu tapmışlar.) Amma mənim günahkar bəndələrimin isə heçnəyi yoxdu Məndən Başqa... Yəni Ey Künahkar, özlərinə günah etməklə zülm etmiş insanlar Qayıdın Allah o sizi hər zaman qəbul edəcəkdir... O bəndəsinə Ananın körpəsinə olan məhəbbətdən daha çox məhəbbəti vardı!!




Öncəki
Sonrakı