Hansı üç dəstə insanlar qiyamətdə daha çox həsrət çəkəcəklər?!


Qiyamət günü – həsrət günüdür. İnsanların əksər hissəsi həmin günü hansısa əməli yerinə yetirmədiklərinə və ya yerinə yetirdiklərinə görə həsrət çəkəcəklər. Ancaq bu günü ən çox həsrət çəkənlər üç dəstə olacaqdır. Onlarla tanış olaq:


1. O kəs ki, axirətini başqasının dünyası üçün satacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bütün insanlardan ən peşman olanı o kəsdir ki, axirətini başqasının dünyası üçün satmışdır”.


2. O kəs ki, ədalətdən dəm vurar, ancaq özü ədalətə riayət etməz. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən peşman olan şəxs o kəsdir ki, insanlar üçün ədalətdən danışar, ancaq özü başqalarına qarşı ədaləti rəva bilməz”.


3. O kəs ki, malını halal yolla toplamaz. İmam Əli (ə) buyurur: “Qiyamət günü ən böyük təəssüf – o kəsin təəssüfüdür ki, malını xoşagəlməz yolla toplamışdır, cəhənnəmə gedər. O malı o kəs üçün miras qoyar ki, onu Sübhan Allaha itaət yolunda xərcləyər və behiştə gedər”.-Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .