Hz Peyğəmbər (s) qullarla yemək yeyərkən ona etiraz edən şəxsə nə cavab verdi?!


Mülayimliklə yanaşı olan idarəçilik və qayda-qanun:

Peyğəmbər (s) qullarla oturub-dururdu, onlarla yemək yeyirdi. Bir gün yer üzərində oturub bir dəstə yoxsul adamla yemək yeyirdi. Səhra ərəblərindən olan və oradan keçən bir qadın təəccüblə soruşdu: \"Ey Allahın rəsulu! Sən qullar kimi yemək yeyirsən?\". Peyğəmbər (s) təbəssüm edib buyurdu: \"Vay olsun sənə! Hansı qul məndən daha artıq quldur?!\".
Sadə paltar geyinərdi, qarşısında hansı yemək olsaydı və nə hazırlansaydı, yeyərdi, xüsusi yemək istəməzdi. Xoşuna gəlmədiyi üçün heç bir yeməyi qaytarmazdı. Bütün bəşəriyyət tarixində bu xarakterlər bənzərsizdir. Yaxşı rəftarla yanaşı, o, zahiri və mənəvi təmizliyin və paklığın zirvəsində idi. Abdullah ibn Ömər deyir ki, Peyğəmbərdən (s) daha çox bağışlayan, daha çox kömək edən, daha çox şücaətli və daha işıqlı bir kəs görmədim.


Bu, Peyğəmbərin (s) xalqla rəftarı idi; insani rəftar, yaxşı rəftar, xalqın özü kimi təkəbbürsüz davranış. Peyğəmbər (s) ilahi və təbii heybətə malik olsa və insanlar onun yanında özlərini itirsələr də, o, xalqla mehriban davranırdı. Bir dəstə arasında oturduqda bilinmirdi ki, o, Peyğəmbər (s) və bu cəmiyyətin komandanı və böyüyüdür.

Onun ictimai və hərbi idarəçiliyi yüksək səviyyədə idi. Bütün işlərə baş çəkirdi. Düzdür, cəmiyyət kiçik cəmiyyət idi, Mədinə və onun ətrafı idi; sonra da Məkkə və bir-iki başqa şəhər. Amma xalqın işinə diqqət yetirirdi, nizam-intizama və qayda-qanuna əməl edirdi. O, bədəvi cəmiyyətdə xalqın arasında idarəçiliyi, qayda-qanunu, həvəsləndirmə və tənbehi yaydı./ Mənbə: \"Muhəmməd (s) əxlaqı\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .