Hz Peyğəmbər (s) Hz Xədicənin məqamı haqqında nələr buyurmuşdur?!


Həzrət Xədicə haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in kəlamı

1. Xədicə birinci qadın idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdi.

2. Xədicə behiştin ən fəzilətli qadınlarındandır.

3. O bir qadın idi ki, Allah-Taala Cəbrail vasitəsi ilə ona salam göndərmişdir.

4. Xədicə elə bir qadın idi ki, hər zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu yad edər və ağlardı.

5. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sair qadınlarına onun haqqında belə buyurmuşdu: \"Xədicə mənə iman gətirəndə siz hələ kafir idiniz.”

6. Ayişə deyərdi: Mən nə qədər çalışırdım ki, ona əziz görsənəm, hər dəfə o, Xədicəni tərifləyərdi.

7. Xədicə bir qadın idi ki, bütün var-dövlətini İslamın ixtiyarına vermişdi.

8. Xədicə Peyğəmbərin ən gözəl qadınlarından biri idi. O, 25 il Peyğəmbərin vəfalı ömür-gün yoldaşı oldu, 65 yaşında ikən vəfat etdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .