Allah Taala (c.c) Hz Adəmə (ə) cəhənnəmi kimlər üçün xəlq etdiyini buyurdu?!


Allah təala Adəm peyğəmbərə belə buyurur: Ey Adəm övladı!Cəhənnəmi xəlq etməmişəm,məgər kafirlər,paxıllar,söz gəzdirənlər üçün xəlq etmişəm.
Allah təala Qurani-kərimdə belə buyurur:
\"(Ey Adəm!) hər bir həsəd edən şəxslərinn həsəd edici,işlərindən sənə pənah gətirirəm.(Yəni belə həsəd, paxıllıq edən şəxslərin şərrindən məni hifz et.)\"

Başqa surədə belə buyurur:
\"(Ya Peyğəmbər) De ki:
Pənah aparıram insanların Rəbbinə) Gizlində vəsvəsə edən şeytanın şərrindən. O şeytan ki, insanların ürəklərində vəsvəsə yaradar.O şeytan ki, cinlərdən olsun, istər insanlardan.\"

İmam Əli (ə) buyurur:
\" Bu dünyada yalançı insanın:Şəxsiyyəti,mərifəti,mənliyi,həsəd,paxıllıq edən şəxsin isə rahatçılığı olmaz.\"

Sonra belə buyurur:
\"Dinin bəlası, kiriftarçılığı həsəd etməklikdir.\"
(Yəni həsəd edən şəxsin həsədçiliyinə səbəb onun dinsizliyi,imansızlığıdır...)

Mənbə: \'\'Hikmətli nəsihətlər\'\' kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .