Hz Peyğəmbər (s) Ayətəl-Kursini oxumağın dəyər və savabı haqda nə buyurmuşdur?!


Ayətəl Kürsinin fəzilətləri: Peyğəmbər (s.a.s) buyurur:
Quranın ən əzəmətli ayəsi Ayətəl kürsidi. Merac gecəsi iki bükülmüş səhifə göründü. Birində Fatihə surəsi, o birində isə bütöv Quran yazılmışdır. Bu iki lövhədən üç nur saçırdı.

Cəbrayil (ə)-dan soruşdum ki, bu nurlar nədir? Cəbrayil (ə) dedi: Bu nurun biri İxlas surəsi, ikincisi Yasin surəsi, üçüncüsü isə Ayətəl kürsidir. Ayətəl kürsi oxunan evə 30 gün şeytan, 40 gün sehirbaz daxil ola bilməz. Ayətəl kürsi nazil olan gecə şeytan özündə qorxu hiss etdi.

Mədinəyə gəlib bir kişidən soruşdu: Bu gecə nə hadisə baş verib? Kişi cavab verdi:
Bu gecə Ayətəl kürsi nazil olub İmam Baqir (ə) buyurmuşdur. Kim bir dəfə Ayətəl kürsini oxusa, Allah ondan 1000 dünya 1000 axirət bəlasını dəf edər dünya bəlalarının ən asanı olan kasıbçılıq, axirət bəlalarının ən asanı isə qəbir əzabını yüngülləşdirər.

İmam Sadiq (ə) buyurmuşdur. Hər şeyin bir ucalığı var. Quranın ucalığı isə Ayətəl kürsidir. Kim hər vacib namazdan sonra Ayətəl kürsini oxusa, Allah-təala onun ruhunu əzizləyər və Peyğəmbər (s.a.s) yanında cihad edib olmuş şəxs kimi olar. Peyğəmbər (s.a.s) buyurardı ki, yatan zaman Ayətəl kürsini oxuyana nə olar?

Cəbrayil (ə) nazil olub mənə dedi: Ey Allahın rəsulu yatarkən sizi cinlərdən olan biri sehirləyir, buna görə Ayətəl kürsini hər zaman oxuyun və o surəni tərk etməyin...!



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .