Məsumlar sakkalı uzatmaq və onu necə saxlamaq haqda nə buyurmuşlar?!


Saqqalı uzatmağın qaydaları - Saqqal nə çox uzun, nə də çox qısa saxlanılmamalıdır.Bir çox alimlər saqqal qırxmağı haram bilmişlər. Dodağın üst və kənarlarını qırxmağın isə heç bir maneəsi yoxdur və yaxşı olar ki,bu iki hissə bir qədər çox qırxılsın. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Saqqalın uzunluğu yumruqdan böyük olmamalıdır (yəni saqqal əl ilə tutulduqda ovucdan bayıra çıxmamalıdır). Bundan artıq olarsa onu mütləq azaltmaq lazımdır.

Məhəmməd ibni Müslümdən nəql olunmuş rəvayətdə deyilir:İmam Baqir (ə) saqqalını bərbərə düzəltdirdiyi zaman onu dairəvi etməsini istəyirdi. Peyğəmbər (s) saqqalı uzun olan şəxsləri gördükdə onlara saqqallarının qıraqlarını azaltmağı tövsiyə edərdi. İmam Məhəmməd Baqir (ə) saqqalının ətrafını nazikləşdirər,çənəsinin tükünü isə alta (boğaza tərəf) yönəldərdi. Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: Qədim zamanlarda yer üzündə yaşayan bəzi qəbilələr saqqalarını qırxar, bığlarını isə uzadaraq burardılar. Allah-təala onları gördükləri bu nalayiq işlərə görə müxtəlif heyvanlara çevirdi.

Həzrəti Məhəmməd (s)-dan nəql olunmuş hədisdə deyilir:\"Adəm (ə) Allah-təala onun tövbəsini qəbul etdikdən sonra səcdəyə getdi. Başını qaldırdıqdan sonra dedi: Pərvərdigara üzümün gözəlliyini artır. Bunu dedikdən sonra üzünə tünd qara rəngdə saqqal çıxdı. Adəm (ə) üzündəki tükü görüb Allah-təaladan soruşdu: Pərvərdigara bu nədir?

Allah-təaladan belə bir xitab gəldi: Bu sənin övladlarının (kişilərin) qiyamət gününə qədər olan ziynətidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .