Vəfat edən müsəlmanın, həyatda olan müsəlman üzərində olan şəri 5 haqqı nələrdir?!


Müqəddəs İslam dini həyatın hər bir sahəsi üçün qanunlar müəyyən etmiş və insanın üzərində haqqı və vəzifələri qoymuşdur.Vəfat edən müsəlmanın da həyatda olan müsəlmanlar üzərində müəyyən haqları vardir.Bunlar aşağıdakılardan ibarətdir:

1-Can verən müsəlmanı qibləyə tərəf döndərmək (yəni onu yataqda ayaqları qibləyə tərəf uzartmaq):

2-Canını tapşırdıqdan sonra onun cənazəsinə üç qüsl vermək:
1)Sidirli su ilə
2)Kafurlu su ilə
3)Adi su ilə
Qeyd edək ki,cənazəyə qüsl verərkən \"tərtib\"ə riayət olunmalıdır,yəni əvvəlcə baş,sonra bədənin sağ tərəfi və sol tərəfi yuyulmalıdır.


3-Cənazəyə qüsl verdikdən sonra səcdə yerlərinə,yəni alına,iki əlin içinə,iki dizə və ayaqların baş barmağina kafur sürtülməlidir.Bu əməl, \"hənut\" adlanır.

4-Daha sonra cənazə 3 kəsim parça ilə aşağıdakı qaydada kəfənlənməlidir:
1)Bir kəsim parça ilə göbəkdən dizə qədər olan yer örtülür. Bu parça \"fitə\" adlanir.
2)Bir kəsim parça ilə bütün bədən,yəni çiyinlərdən dizlərin aşağısına qədər olan yer örtülür.Bu parça \"köynək\" adlanir.
3)Sonda böyük bir parça ilə cənazə tamamilə bükülür.Bu parçanın eni o qədər olmalıdır ki,cənazə bükülərkən parça üst-üstə düşsün.Uzunluğu isə o qədər olmalıdır ki, baş və ayaq tərəflərdən bağlana bilsin.Bu parça \"sərtasəri\" adlanır.

5-Cənazəyə meyyit namazı qılınmalıdır.Belə ki, altı yaşı tamamlanan müsəlmanın cənazəsi meyyit namazı qılmaq vacibdir./\"Hər müsəlman bilməlidir\'\'


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .