Yəhidi Hz Peyğəmbərdə (s) Hansı Tövrat əxlaqını görərək İslamı qəbul etdi?!


İmam Musa Kazim (ə) cəddi Əmirəl-möminindən (ə) belə nəql edir: Bir yəhudinin Peyğəmbərdən (s) bir neçə dinar alacağı vardı. Peyğəmbərdən borcunu istədi.
Peyğəmbər (s) buyurdu: \"Borcunu ödəyə bilmirəm.” Yəhudi dedi: \"Əgər verməsən səni buraxmayacağam.” Həzrət buyurdu: \"Onda qoy yanında əyləşim.” Peyğəmbər (s) günorta və əsr, məğrib və işa, sübh namazını həmin yerdə qıldı.

Peyğəmbərin səhabələri hadisədən xəbər tutub yəhudini cəzalandırmaq istədilər. Həzrət buyurdu: \"Nə etmək istəyirsiniz?” Dedilər: \"Ey Allahın rəsulu, bir yəhudi səni həbs etsinmi?” Həzrət buyurdu: \"Rəbbim məni zimmə əhlinə sitəm üçün göndərməyib.” Gün başa çatanda yəhudi dedi: \"Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh.” O öz sərvətinin bir hissəsini din yolunda bağışladı.

Peyğəmbərə (s) dedi: \"Ey peyğəmbər, and olsun Allaha səni belə incitməkdə bir məqsədim vardı: doğurdanmı Tövratda deyilən sənsən?

Mən Tövratda oxumuşdum ki, Məhəmməd ibn Abdullahın doğum yeri Məkkə, hicrət yeri Mədinədir. O sərt xasiyyətli və hayküyçü deyil. Heç vaxt pis sözlər danışmaz. Mən səni sınadım, Allahın birliyinə və sənin risalətinə şəhadət verirəm. Buyur sərvətimin yarısını, onu Allah buyurduğu yolda xərclə


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .