Oxucuları maraqlandıran hansı sualların cavabını Qurandan soruşa bilərik!


19 suala Quran ayələrindən cavablar:
Sən kitabsan?
Quran: \"Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir.\" (Ali-İmran\" 138)

Kim tərəfindən nazil olunub?
Quran: \"(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.\" (\"Nəml\"6)

Nə üçün nazil oldun?
Quran: \"Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.\" (\"Yunis\" 57)

Kimə nazil oldun?
Quran: \"Muhəmmədə haqq olaraq nazil oldu\" (\"Muhəmməd\" 2)

Peyğəmbərin qarşısında üzərimizə hansı vəzifə düşür?
Quran: \"Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.\" (\"Həşr\" 7)

Mənim üçün ən gözəl nümunə kimdir?
Quran: \"Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!\" (\"Əhzab\" 21)

Mənə Allahın əzəmətindən danış.
Quran: \"Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!\" (\"Hədid\" 3)

O haradadır?
Quran: \"Siz harada olsanız belə, o sizinlədir\" (\"Hədid\" 4)

Onu özümüz üçün necə sübuta yetirək?
Quran: \"Sən Allahın rəhmətinə əsər əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirilir\" (\"Rum\" 50)

Onunla necə danışaq?
Quran: \"Mənə ibadət et və məni anmaq üçün namaz qıl\" (\"Ta-ha\" 14)

Yaradılışdan məqsəd nədir?
Quran: \"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım\" (\"Zariyat\" 56)

İbadətdən məqsəd nədir?
Quran: \"Sənə yəqin (ölüm) gələnədək Rəbbinə itaət et!\" (\"Hicr\" 99)

Şeytan kimdir?
Quran: \"Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. \" (\"Fatir\"6)

Şeytanın vəsvəsələrinin müqabilində nə etməliyəm?
Quran: \"Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın\" (\"Fussilat\" 36)

Mənim daxili düşmənim kimdir?
Quran: \"Nəfs (insana) pis şeylər görməyi əmr edər\" (\"Yusuf\" 53)

Nəfsimlə necə rəftar etməliyəm?
Quran: \"Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!\" (\"Şəms\" 9)

Hara üz tutduğumu bilmək istəyirəm.
Quran: \"Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan\" (\"İnşiqaq\" 6)

Bunun üçün yol azuqəsinə ehtiyac varmı?
Quran: \"Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir).\" (\"Bəqərə\" 197)

Təqvanın nə faydası var?
Quran: \"Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.\" (\"Təlaq\" 2-3)=İslamadogru.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .