İSLAM ŞƏRİƏTİNƏ ƏSASƏN BİR KİŞİ ÜÇÜN HANSI XANIMLAR MƏHRƏM VƏ NAMƏHRƏMDİR?!


Ayə və hədislərdən istifadə edərək bu nəticəyə gəlinir ki, bir-birinə nisbətdə qadın və kişi münasibətləri iki yerə bölünür: Məhrəm və naməhrəm. Hər bir kişiyə aşağıdakı qadınlar (və ya hər bir qadına aşağıdakı kişilər) məhrəmdir və həmin qadınlar aşağıda adı sadalanan kişilərin yanında hicaba riayət etmələri vacib deyil.

1. Ana (Ata)
2. Bacı (Qardaş)
3. Ananın anası (Ananın atası)
4. Atanın anası (Atanın atası)
5. Qardaşın qızı (Qardaşın oğlu)
6. Bacının qızı (Bacının oğlu)
7. Bibi (Əmi)
8. Xala (Dayı)
9. Həyat yoldaşı
10. Öz qızı (Öz oğlu)
11. Qaynana (Qaynata)
12. Süd anası
13. Süd bacısı (süd qardaşı)
14. Yaxınlıq etdiyi arvadının himayəsində olan qızı

Onuda bilməliyik ki, əmi qızı, bibi qızı, dayı qızı, xala qızı, əminin həyat yoldaşı, dayının həyat yoldaşı, qardaşın həyat yoldaşı, dostun anası, baldız, həyat yoldaşın xalası və ya bibisi, yaxın qonşu, sinif yoldaşı, müəllim, qız dostu, digər qohumlar və s… bu kimi özümüzə məhrəm bilərək əl verib görüşdüyümüz və yaxud yaxın münasibətlərdə olduğumuz hər bir kəs bizə nisbətdə naməhrəmdir və qəlblərini qırmamağa xatir və ya bizdən inciməməklərinə xatir onlarla görüşmək yox, əksinə Allaha xatir İslamın naməhrəm prinsipinə riayət etməyimiz vacibdir. Unutmamalıyıq ki, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: \"İslam hər şeydən üstündür, nəinki hər şey islamdan.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .