Peyğəmbər və Məsum imamlar adi insanlardan nə ilə seçilir?


Cavab: Məsumlar özlərini “insanlardan üstün yox, insanların üstünü” kimi tanıtdırmışlar. Böyük peyğəmbərlər müxtəlif məqamlarda buyururlar: “Biz də sizin kimi bir bəşərik.” Onlar başqaları kimi zəhmət çəkmiş, ruzi qazanmış, yorularkən istirahət etmiş, acı hadisələrdən qəmlənmişlər.

Məsumluq (günahsızlıq) insanın öz ixtiyarındadır. Əgər bu xüsusiyyət vergi olsaydı hansı əsasla İmamlar ideal seçilməlidilər?! Quran buyurur: “Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər göndərərdik.” Ayədən məlum olur ki, yer üzündə yaşayan insanlara onların özləri kimi peyğəmbər göndərilmişdir.

Allah peyğəmbər və İmamların başqalarından üstünlüyünü əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün nümunə etmişdir.

Biz şiələr məsum bildiyimiz on dörd nəfəri (Həzrət Məhəmməd (s), həzrət Fatimə (ə) və on iki İmam.) yalnız günahdan yox, həm də ən kiçik nöqsanlardan pak bilirik. Günahdan uzaqlıq isə bütün çalışanların çata biləcəyi bir məqamdır. -Kitabın adı: Şübhə doğuran suallar\\Müəllif: Məhəmməd Turan


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .