Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?


Bəzən elə olur ki, qohumlarımız bizimlə eyni əqidədə olmurlar. Bəzən hətta bizi incidirlər. Biz onlarla necə rəftar etməliyik?

Bu barədə İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm (qohumları yoluxmaq, münasibət saxlamaq, hal-əhval saxlamaq) əxlaqı gözəl, əli bağışlayan, qəlbi və canı xoş edər. Ruzini artırar, əcəli və ölümü təxirə salar”.

İmam, “bəzi qohumlarımın təfəkkürü başqadır. Mənim fikirlərimdən qeyrisinə malikdirlər. Onların mənim üzərimdə haqları vardırmı?” sualına isə belə cavab verir:

“Bəli, qohumluq haqqını heç bir şey əvəzləyə bilməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”.

Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlir və deyir: “Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onlardan uzaqlaşam”.

Həzrət (s) buyurur: “O zaman Allah da səni tərk edər. Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”.

Beləliklə deyə bilərik ki, qohumlarımız bizim üzərimizdə haqları olan insanlardırlar. Hər nə qədər əqidələri bizdən fərqli olsa da, hər nə qədər bizə qarşı yersiz rəftarlar göstərsələr də, yenə də onlarla əlaqəni kəsmək olmaz. Çünki qohumluq əlaqəsini kəsmək Allahın bəyənmədiyi və ona görə cəza verdiyi bir əməldir.\\\\faktxeber


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .