İmam Zaman ağanın (ə.f) tövsiyəsi ilə yazılan kitab kimin və haqdadır?!


Mərhum Ayətullah Seyyid Muhəmmədtəqi Musəvi İsfahani – Əhməd Abadi adı ilə məşhur olmuş fəqihlərdən olmuşdur. O, 1301-ci hicri ilində İsfahanda dünyaya gəlmişdir. İslam elminin müqəddimələrini məşhur alim olan atası Seyyid Əbdur-Raziqin yanında öyrənmiş və sonra təhsilinin qalan hissəsini Mirzə Əsədullah, Seyyid Məhmud Hüseyni Qolşadi İsfahani, Seyyid Əbdul-Qasim kimi alimlərin yanında davam etdirmişdir.

Bu alimin İmam Zaman ağaya (ə.f) böyük eşq və əlaqəsi var idi. O, bir gecə yuxuda Həzrəti (ə.f) görür. İmam (ə.f) ona bir kitab yazıb çap etdirməyi tövsiyə edir. Hətta kitabın adını da özü qoyur: “Mikayil Məkarim fi fəvaidi dua Lilqaim”.

Seyyid yuxudan ayılır. Ancaq onu yazmaq üçün tövfiq əldə edə bilmir. O zamana qədər ki, 1330-cu ildə həccə gedir və bu səfərdə hacıların əksər hissəsi vəba xəstəliyinə düçar olur. Alim, Allahla əhd bağlayır və deyir ki, əgər bu səfərdən sağlam geri qayıtsam, İmam Zaman ağa (ə.f) haqqında olan o kitabı yazacağam.


Səfərdən sağlam qayıdır və öz əhdinə vəfa edir. Bu kitabda İmamı (ə.f) tanımağa aid geniş məlumatlar və onun davamçılarının boynuna düşən vəzifələr bəyan edilmişdir.

Bu kitab səkkiz hissədən ibarətdir. Orada Quran ayələrinə və hədislərə istinad edilmiş məlumatlar vardır. (Tebyan)

Bu kitab Əhli-Beyt (ə) məktəbi üçün çox dəyərli olan kitablardandır. Ona görə də alimlərin və tədqiqatçıların nəzərini özünə cəlb etmişdir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .