Taksi sürücüləri sərnişinlərə qarşı hansı haqlara riayət etməlidirlkər?!


Salam. Mən taksi sürücülüyünə başlamışam, Bu işlə bağlı hansı həqqun-nas günahlardan çəkinməliyəm? Aleykum Salam və rəhmətullah.
Həqqun-nas, yəni \"insan haqları\" adlanan günahlar o günahlara deyilir ki, hər hansı bir insan etdiyi pis işlərlə başqa insanların haqqını tapdalayır. Onun günahının bağışlanması da yalnız haqqına girdiyi insanın ona halallıq verməsi nəticəsində ola bilər. Ən böyük günahlar, məhz həqqun-nas günahlardır. Taksi və sürücülük ilə bağlı da çox həqqun-nas günahlar ola bilir. Buna görə son dərəcə ehtiyatlı olmaq lazımdır.
Sizin qarşınıza çıxa biləcək həqqun-nas günahlar çox ola bilər, onlardan bəziləri:
.
1- Sərnişinə kirayə haqqını çox demək
2- Düşən zaman sizə verdiyi pulun qalığını qaytarmamaq
3- Sərnişini qəsdən uzaq məsafə ilə aparmaq
4- Sərnişinin maşında yaddan çıxıb qalmış əşyasını qaytarmamaq
5- Maşını camaatın evinin qapısında saxlamaq

6- Maşını keçiddə, yəni camaatın gedib-gəldiyi yolun üstündə saxlamaq
7- Çox pul almaq üçün yavaş sürərək vaxt öldürmək
8- Sərnişini dediyi yerə çatdırmamaq, yarı yolda və yaxud onun evinə çatmamış \"tələsirəm\" ya başqa bəhanə ilə onu tez düşürtmək
9- Yolda təhlükəli sürərək sərnişinin qorxmasına səbəb olmaq
10- Yağışlı havada, su və palçıqlı yerlərdən keçərkən camaatın üstünü batırmaq

11- Yersiz və çoxlu siqnal verərək camaatı narahat etmək
12- Havanı tüstü və sair ilə həddən artıq çirkləndirən maşından istifadə etmək
13- Maşınla kiməsə zərər vurmaq
14- Təhlükəli ötmə əməliyyatları edərək sərnişini və eləcə də o biri maşınlarda olanları qorxutmaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .