Qiyamətin ən çətin hesabı nədən ibarətdir? Ayətullah İbrahim Əmininin izahı


Ayətullah İbrahim Əmini “Məad” adlı kitabında Qiyamətin ən çətin hesabı barəsində söz açmışdır ki, onunla biz də tanış olaq.

Alimin nəzərinə görə, Qiyamət günü ən çətin hesab verən insanlar – zalımlar və insanların haqlarını tapdalayanlar olacaqlar. İnsanlar bir-birinin yanında yaşadıqları üçün, bir-birlərinə qarşı haqları vardır.

İlahi peyğəmbərlər (ə) bu haqları tanıtmış və zalımlara əzab vəd etmişdilər. Başqa sözlə desək, ər və arvad, ana və ata, övlad, qohumlar, yaxınlar, qonşular, həmvətənlər, cavanlar və qocalar, zənginlər və yoxsullar... bunların hamısının bir-birinə qarşı haqları vardır.


Allah Qiyamət günü ola bilsin ki, Öz haqqından keçsin, ancaq insanların bir-biri üzərində olan haqqından heç bir zaman keçməyəcəkdir.

Əmirəl-möminin (ə) buyurur: “Zülm üç cürdür: Birinci zülm odur ki, bağışlanılmaz. İkinci o zülmdür ki, məhkəməsiz xilas olmaz. Üçüncü zülm odur ki, bağışlanar.


Bağışlanmayan zülm – Allaha şirk etməkdən ibarətdir. Ancaq o zülm ki, bağışlanar – kiçik günahlardır ki, insan özünə qarşı rəva bilər.

Ancaq o zülm ki, məhkəməsiz bağışlanılmaz – bəndələrin bir-birinə etdiyi zülmdən ibarətdir. Orada qisas almaq çox ağır olacaqdır. Çətinliyi yaralanmaq həddindədir. Şallaqla vurmaq kimi deyildir, bəlkə çox ağırdır”.

Ona görə də əziz Peyğəmbərimiz (s) buyurur: “Hər kim qisasdan qorxar, insanlara zülm etməkdən çəkinsin”.

Qiyamət günü haqqun-nasa görə cəzalanan insana heç bir şey yardım etməz.

İmam Baqir (ə) buyurur: “Borclu Qiyamət günü hazır olar, o halda ki, kəskin halda nigaran və qorxu içindədir. Əgər həsənələri varsa, ondan alarlar, borc aldığı kəsə verərlər. Əgər həsənələri yoxdursa, borc verənin günahından götürər, borclu olana verərlər”.

Ona görə də ey insan! Bu bir neçə saatlıq dünyada nə özünə və nə də başqalarına zülm etmə, haqlarını əda et. Yoxsa Qiyamət günü hesabın ağır olacaqdır. (Tebyan)
Yeri gəlmişkən qeyd edək ki, Qiyamət günü, ilk olaraq qətl edənlər hesaba çəkiləcəklər.

İmam Hüseyn (ə) buyurur: “Allah Təalanın Qiyamət günü ilk baxacağı məsələ - qətl məsələsidir. Bu günahı hesaba çəkən zaman, ilk olaraq Adəmin (ə) iki övladından başlayacaqdır. O ikisinin arasında hökm verəcəkdir. Sonra başqa qatillərin məsələsini hesaba çəkəcəkdir, o zamana qədər ki, onlardan bir nəfər belə qalmayacaqdır”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .