Qiyamət günü İmam Hüseynin (ə) zəvvarı 100 nəfərə şəfaət verəcəkdir?!


Həzrət Peyğəmbər (s) buyurur: “İmam Hüseynin (ə) şəhadətinə görə möminlərin qəlbində elə bir hərarət vardır ki, heç bir zaman sönməyəcək və soyumayacaqdır”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Həsən və Hüseyn hər bir halda İmamdırlar. İstər əyləşsinlər və istərsə də ayaqda dursunlar”.
Həzrət Peyğəmbər (s) yenə buyurur: “Şübhəsiz ki, Hüseyn – behişt qapılarından biridir”.

“Yəqin olsun ki, Hüseyn ibn Əli (ə) səmada yerdən daha ucadır”.

“Hüseyn məndəndir və mən də Hüseyndənəm. Hüseyni sevən – Allahın məhbubudur. Hüseyn ümmətlərdən biridir”.


“Kərbəla – yer üzərində olan ən pak abidədir. Ehtiram cəhətdən isə ən böyük abidədir”.
“Hər kim ona (Hüseynə) inad edərsə, Allah behişt ətrini ona haram edər”.

İmam Baqir (ə) buyurur: “Əgər insanlar İmam Hüseynin (ə) hərəmini ziyarət etməkdə nə qədər fəzilət olduğunu bilsəydilər, ziyarətin şövqündən ölərdilər”.
İmam Sadiq (ə) buyurur: “Kərbəlanı ziyarət edin və bu işi davamlı edin. Çünki Kərbəla, Peyğəmbərin (s) ən üstün övladını ağuşuna almışdır”.

İmam Səccad (ə) buyurur: “Qiyamət günü Kərbəla torpağı mirvari ulduz kimi parlayacaqdır. Car çəkəcəkdir ki, mən Allahın müqəddəs torpağıyam”.
İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) hərəminin torpağı hər dərdin şəfası və hər cür qorxudan amandır”.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Həqiqətən, Allah Məkkəni hərəm qərar verməzdən əvvəl, Kərbəlanı əmin və bərəkətli hərəm qərar vermişdir”.
Həzrət (ə) başqa yerdə buyurur: “Hüseyn (ə) türbətinə səcdə etmək – yeddi qatlı hicabları (pərdələri) parçalayar və aradan qaldırar”. (Beytutə)

İmam Sadiq (ə) yenə buyurur: “Qiyamət günü İmam Hüseynin (ə) zəvvarı cəhənnəm əhlindən və israf edənlərdən yüz nəfərinə şəfaət verəcəkdir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .