Behiştə daxil olmaq istəyən üçün İmam Əlidən (ə) buyurulan 6 amil hansılardır?!


Sadalanan bu amillər insanı behiştə sala bilər:

1. Allaha, Peyğəmbərə (s) və Əhli-beytə (ə) olan mərifət. İmam Əli (ə) buyurur: “Həqiqətən belədir ki, əgər sizlərdən biriniz öz yatağında o halda ölər ki, Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) haqqına tanış olar – dünyadan şəhid getmiş olar. Şəhidlərin savabına malikdir. Onun mükafatı Qiyamət günü Allah Təalanın öhdəsindədir. O yaxşı əməl ki, ürəyində onu düşünmüşdür və əməl etmək istəmişdir - onun savabına çatacaqdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Behiştə daxil olmaz məgər o insan ki, İmamları (ə) tanıyar və İmamlar (ə) da onu tanıyar”.

2. Əhli-beytə (ə) yardım etmək. İmam Əli (ə) buyurur: “O kəs ki, bizə yardım edər, bizi sevər - İlahi rəhmət intizarındadır”.

3. Təvqa. İmam Əli (ə) buyurur: “Həqiqətən təqva - bugünkü dünya üçün pənah, büdrəmələr və günahlar qarşısındakı qalxan və sabah Qiyamət günü üçün behiştə gedən yoldur”.

4. Əqidəyə uyğun əməl etmək. İmam Əli (ə) buyurur: “Allah hidayət kitabını göndərmişdir ki, yaxşı və pis orada bəyan olunsun. Yaxşı yolu seçin ki, hidayət olasınız. Pislikdən uzaq olun ki, müstəqim yolu gedə biləsiniz. Vacibatlara riayət edin və onları bəyənilmiş halda yerinə yetirin. Onlar barəsində Allahın haqqını yerinə yetirin. Vacibatlara riayət etmək, Allahın haqqına riayət etmək - sizi behitşə tərəf çəkər”. İmam (ə) buyurur: “Behişt İslamın mükafatıdır ki, İslam müsabiqəsində qalib gələnlər üçün nəzərdə tutulmuşdur”.

5. Xüsusi dostların darvazası. İmam Əli (ə) buyurur: “Həqiqətən, cihad behişt darvazalarındandır ki, Allah bu darvazanı öz xüsusi dostları üçün açmışdır”.

6. Xalis niyyət. İmam (ə) buyurur: “Allah niyyətdə doğruluq və sədəqatə görə hansı bəndəsini istəsə behiştə daxil edər”. Behişt heç bir zaman asan əldə olunmaz. Hər kim behişti istəyisə, bu yolda səy göstərməlidir. Əgər bu yolda çətinliklə üzləşsə, gərək onlara müqavimət göstərsin. İmam Əli (ə) buyurur: “Behişt ox və nizə sayəsində hazır olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Behişt çətinliklərə bükülmüşdür”. Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .