Qiyamət günü insana daha yaxın olanlar onun yaxşı və pis əməllərinə şahidlik edəcəklər!!


Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub


وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ


\"Allaha yağı kəsilənlər Cəhənnəmə (sürüklənib) toplanılacaqları günə qədər (bir yerdə) saxlanacaqlar. Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.\" (Fussilət, 19-20).

İzah: Qiyamət məhkəməsinin xüsusiyyətlərindən biri odur ki, günahkar həm məhkumdur, həm hakimdir, həm də öz əleyhinə şahiddir. Quran Qiyamət günü çox sayda şahidlərin olacağını bildirir. Onlara nümunə olaraq, başda İslam peyğəmbəri (s) olmaqla peyğəmbərləri, İmamları, ilahi övliyaları, yeri, əməlləri yazan mələkləri göstərmək olar. Bu ayələrdə də bu mövzuda başqa bir şahiddən söhbət açılır və o insanın öz bədən üzvləridir. Bir gün günah etdiyi bədən üzvləri onun əleyhinə şahidlik edəcəklər. Günahkar heyrətlə onlardan soruşacaq ki, nə üçün onları əzaba düçar edəcək şeyə şahidlik edirlər? Bədən üzvləri cavab olaraq deyəcəklər: “Allah bizi danışmağa vadar edir və o hər şeyə qadir və hər şeydən xəbərdardır.

Hədis: İmam Əli (ə): “Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub. (Mələklərdən ibarət) qoruyucular var ki, sizin əməllərinizi və nəfəslərinizin sayını tam dəqiqliyi ilə qeydə alırlar (yazırlar).” (Nəhcül-bəlağə, xütbə: 157).




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .