“Nəsuh tövbə” nədİr?


Cavab: “Nəsuh” sözünün lüğət mənası xalis deməkdir. Nəsuh tövbə isə xalis tövbə mənasını daşıyır. Xalis tövbə odur ki, bir daha günaha qayıtmasın. Uyğun həqiqəti təsdiqləyən rəvayətlər çoxdur. İmam Sadiqdən (ə) soruşdular ki, “Allaha nəsuh tövbə edin” nə deməkdir? İmam (ə) buyurdu: “Məqsəd odur ki, bəndə günahına tövbə etsin və bir daha həmin günaha qayıtmasın.”
İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir hədisdə həzrət buyurur: “Nəsuh tövbə odur ki, tövbə edən insanın batini zahiri kimi olsun.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .