İmam Zaman ağanın (ə.f) zahiri siması necədir?

İmam Zaman ağanın (ə.f) zahiri siması necədir? İmam Rza (ə) buyurur: “Qaim (ə.f) o kəsdir ki, qoca kişilərin yaşında və cavanların simasında qiyam edəcəkdir. O, güclüdür və əgər əlini dünyanın ən böyük ağacına uzatsa, onu yerindən qoparar. Əgər dağların arasında fəryad çəksə, qayalar aşağı tökülər”. Bir nəfər İmam Rzaya (ə) belə bir sual verir: “Sizin Qaimin (ə.f) zühur zamanı əlamətləri nə olacaqdır?”. Buyurur: “Əlaməti budur ki, qoca yaşlarındadır, ancaq görünüşü cavandır. Belə ki, baxan deyər ki, 40 yaşındadır və ondan da kiçikdir. O biri əlamət budur ki, gecə və gündüz keçməsinə baxmayaraq, qocalmaz, o zamana qədər ki, əcəli çatar”. İbrahim ibni Mehziyar İmam Zamanla (ə.f) görüşmək şərəfinə nail olmuşdur. O, belə bəyan edir: “O, yeniyetmə bir cavandır, nuranidir. Qaşları genişdir və burnu və üzü uzundur. Boyu ucadır və sanki çiyinləri parlayan ulduzdur. Sağ üzündə xalı vardır, gur və qara saçları qulağının üzərini örtür. Elə bir üzü var ki, heç bir göz onun kimi həyalısını və gözəlini görməmişdir”...



İnsanlar nələrə inanmalıdırlar ki, yer və göy bərəkətlərini zahir etsin?

İnsanlar nələrə inanmalıdırlar ki, yer və göy bərəkətlərini zahir etsin? Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96). “Fərəc” duasında Allaha yerin və göyün bərəkətlərini bizdən əsirgədiyi üçün şikayət edir və deyirik: “Allahım! Bəla və müsibətlərimiz artmışdır. Çarəsizliyimiz aşkar olmuşdur. Ümidimiz naümid olmuşdur. Yer və göy rəhmətini bizdən götürmüşdür”. Bəli, qeyb əsrində İmamın (ə.f) uzaq olması insanların iman və təqvadan uzaqlaşmasına səbəb olmuşdur. Nəticədə isə təqvasızlıq sayəsində yerin və göyün zahiri və batini nemətlərindən məhrum olmuşuq. Yuxarıdakı ayəyə əsasən, əgər Əhli-Beyt (ə) davamçıları İmam Zamanlarına (ə.f) diqqət etsələr, onu öz yanlarında hiss etsələr və təqvalı olsalar, insanların bu imanı sayəsində yer və göy öz bərəkətini nazil edəcəkdir.



İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək?

İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək? İmamın (ə.f) intizarında olan bir cəmiyyət, xalis və sağlam əmələ malik olan cəmiyyət olmalıdır. O cəmiyyət ki, fəsada düçar olar, İmamın (ə.f) zühuruna hazır olduğunu iddia edə bilməz. Alimlərdən biri deyir: Həzrət İ. Zaman (ə.f) üzünə mənə çevirib buyurur: “Ey əziz! Bu mənzərəni gördün? Buna görədir ki, biz sizin sorağınıza gəlirik. Lazım deyildir ki, əziyyət çəkəsən, sağlam əməlin olmalıdır. Gərək müsəlman olasan ki, səninlə həmkarlıq edim. Bu şəhərdə mən bu qocanı seçmişəm. Çünki dindardır və Allahı da tanıyır. Bu da verdiyi imtahanlardan biri idi. Bu qoca qarı bazarın əvvəlindən ehtiyacı olduğunu elan etmişdi. Onu ehtiyaclı görən zaman əlindəkini ucuz almaq istəyirdilər. Heç kəs ona üç dirhəm belə verməyə hazır deyildi. Ancaq bu kişi onu səkkiz dirhəmə aldı. Mən hər həftə onun sorağına gəlirəm. Onun halını soruşuram”. Bəli, İmamın (ə.f) diqqətini cəlb edən şey – ancaq saleh və xalis əməldir. Ona görə də hər bir müsəlman öz əməlinə diqqət etməli, ictimai və iqtisadi haqları düzgün yerinə yetirməlidir.



Axiruzzəmanda zühur edəcək Yəmani kimdir?

Axiruzzəmanda zühur edəcək Yəmani kimdir? İmam Zamanın zühurunun əlamətlərindən biri Yəmani adlı bir şəxsin qiyam etməsidir! Ğeybət-Numani (bab 14, s.286, h.13) əsərində İmam Zamanın zühuru zamanı qiyam edəcək Yəmaninin əlamətləri barədə İmam Baqirdən belə bir hədis gəlib: “Süfyaninin, Yəmaninin və Xorasaninin ortaya çıxması (xüruc etməsi) eyni ildə, eyni ayda və eyni gündə baş verəcək. Onların ortaya çıxmağı sapa düzülmüş muncuqların məsəli kimi olacaq ki, biri o birisinin ardınca gələcək. Hər tərəfdə sıxıntı baş verəcək. Onlarla düşmənçilik edənin vay halına. Bayraqların içində ən doğru yolda olan Yəmaninin bayrağıdır. O hidayət bayrağıdır. Çünki o insanları sizin sahibinizə tərəf dəvət edəcək... Hədisə əsasən Yəmani qiyam edəcək, insanları İmam Zamanın zühuruna çağıracaq. Haq-ədalət tərəfdarı olan Yəmaninin bayrağı hidayət bayrağıdır. Möminlər bundan savayı şəxsin ardına getsələr cəhənnəmlik olacaqlar. Bu əlamətlər hələ indiyə qədər heç kimə qəti olaraq şamil edilməyib.



İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır?

İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır? İmam Zaman ağanın (ə.f) qeybi zamanında ruzi qazanması iki cür həyata keçə bilər:
-Biri budur ki, Həzrətin (ə.f) qeybi möcüzə olduğu kimi, ruzisi, qaldığı yer də möcüzə şəklində ona verilər. Necə ki, Həzrət Məryəm (s.ə) İlahi süfrədən bəhrələnərdi. Hz. Zəkəriyyə (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?». Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir»”. (“Ali-İmran” 37).
-İkinci variant budur ki, Həzrət (ə.f) öz ruzisini başqa insanlar kimi qazanır. İqtisadi sahədə səy göstərir və ruzisini qazanır. Bu variant da mümkündür. Belə ki, hədislərdə oxuyuruq ki, İmam Zaman (ə.f) sizin aranızdadır, sizin evlərinizə qonaq gəlir və xalçalarınızın üstünə qədəmlərini basır...



On ikinci imama (ə.f) verilən “Müntəqim” ləqəbinin mənası nədir?

On ikinci imama (ə.f) verilən “Müntəqim” ləqəbinin mənası nədir? İslaminSesi – Hədislərdə müsəlmanların qeybdə olan və bir gün zühur edib ədaləti yer üzündə bərpa edəcək İmama aid “Bəqiyyətullah”, “Höccət”, “Məhdi”, “Sahibuz-Zəman”, “Qaim”, “Qaib”, “Sahibul-Əmr”, “Mənsur”, “Vəliyyul-Əsr” kimi ləqəblər deyilib. Bu ləqəblərdən biri də “Müntəqim”dir. Müntəqim intiqam sözündən alınıb. İntiqam alan deməkdir. On ikinci İmama müntəqim ləqəbinin verilməsi İmam Sadiq, İmam Baqir və İmam Hüseyndən gələn hədislərdə də qeyd edilib. Bu hədislərdə qeyd edilir ki İmam Zaman zühur edərək İmam Hüseynin intiqamını və digər İmamların intiqamını alacaq. Qeyd etmək lazımdir ki İmam Hüseynin intiqam addımı təkcə İmamlara görə deyil, bütün məzlumlara görə olacaq. İmamla bağlı nəql edilən “Dünyanın sonuna 1 gün qalsa belə, o zühur edib ədaləti yer üzündə bərpa edəcək” hədisindən anlaşılır ki Sahibəz-Zəman təkcə İmamların deyil, bütün məzlumların intiqamını alacaq.



İmam Zaman (ə) quranda gələn “Kaf Ha Ya Əyn Sad” ayəsini necə təfsir edib?

İmam Zaman (ə) quranda gələn “Kaf Ha Ya Əyn Sad” ayəsini necə təfsir edib? Müqəttəə hərfləri qeybi həqiqətlərdən xəbər verir ki, onun elmi Allahın və onun izn verdiyi insanların ixtiyarındadır. Şeyx Səduq təxəllüsü ilə tanınan Məhəmməd ibni Əli bin Babəveyhi Qumminin yazdığı Kəmalud-din və Təmamun-Nemət (cild-2, səh-420) əsərində “Kaf Ha Ya Əyn Sad” ayəsinin təfsiri haqda belə bir hədis nəql olunur:
"Səd ibni Abdullah Qummi deyir: Zəmanınin İmamına (canımız ona fəda olsun) dedim: Ey Allahın Peyğəmbərinin oğlu! “Kaf Ha Ya Əyn Sad” ayəsinin təfsiri nədir? İmam buyurdu: Bu hərflər qeybin xəbərlərindəndir. Allah onu bəndəsi Zəkəriyyəyə deyib. Daha sonra onu Məhəmməd Peyğəmbərə (salamullahi əleyhi və alihi) qissə edib. Bu ona görə idi ki Zəkəriyyə Allahdan beş adın ona təlim edilməsini istəyəndə Cəbrəil nazil oub ona təlim etdi.
Allah dastanı (Aşura faciəsini) Zəkəriyyəyə təlim etdi və buyurdu: “Kaf Ha Ya Əyn Sad”! Kaf yəni Kərbəlanın adı, Ha yəni Əhli-beytin həlak olması, Ya yəni Hüseynə zülm edən zalım Yezid, Əyn yəni ətşan (susuz qalan Hüseyn), Sad yəni səbr. Zəkəriyyə bunu eşidəndə nalə çəkib ağladı və mehrabından 3 gün çıxmadı.....”



İmam Zamanın (ə.f) bizlərə tövsiyələri nələrdir?

İmam Zamanın (ə.f) bizlərə tövsiyələri nələrdir? İmam Zamanın (ə.f) bizlərə tövsiyələri ilə tanış olaq:
1. Əhli-beyt (ə) davamçıları arasında vəhdətin zəruriliyi. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Allah onları bizim bərəkət və duamıza görə cəm edəcəkdir, əgər Allah istəsə”. İmam Zaman ağanın (ə.f) arzusu budur ki, davamçıları birlikdə olsunlar və vəhdət təşkil etsinlər. Dağınıq olmaqdan çəkinsinlər.
2. Allah heç kəslə qohum deyildir. İmam Zaman ağa (ə.f) buyurur: “Allah Təala ilə heç kəs arasında qohumluq mövcud deyildir”.
3.Təqva – fitnədən amanda qalmağın mənbəyidir. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Həqiqətən, sənin hər bir din qardaşın İlahi təqvalı olsun və ona haqqı olduğu kimi əməl edərsə, o, yolunu azdıran fitnədən amanda olar”. Bəli, fitnədən ancaq təvqalı insanlar amanda qala bilər.
4. Allahın nemətləri – əlimizdə olan əmanətlərdir. İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-beyt (ə) davamçılarından hər kəs Allahın ona verdiyi əmanətdən qohumuna simiclik edərsə, bu işi ilə dünya və axirətdə ziyan görər”...



Niyə İmam Mehdi (ə) Kəbə evinə bənzədilib?

Niyə İmam Mehdi (ə) Kəbə evinə bənzədilib? İmam gəlməlidir ya biz ona sarı getməliyik? İslaminSesi – Dünya zülm və fəsadla dolduğu zaman bir xilaskar zühur edib fəsadı aradan qaldırar və dünyanı ədalətlə doldurar. Bütün səmavi dinlər bu həqiqəti qəbul edir. Sağlam düşüncəli insanın fitrəti və mənəviyyatı da bu ədaləti Allahdan tələb edir.
Həzrət Peyğəmbər buyurur: Dünyanın axırına bir gün qalsa belə Allah o günü o qədər uzadar ki Fatimənin övladından adı və künyəsi mənimki kimi olan biri zühur edib, dünya zülmlə dolduğu halda onu ədalətə bürüyər” On ikinci İmam İmam Mehdi qeybdə olsa da əlçatmaz deyil. Möminlər ondan bəhrələnə bilər. İmam Mehdi buyurur:
“Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm”...



İmam Əli (ə): Elə bir dövran gələcək ki...?

İmam Əli (ə): Elə bir dövran gələcək ki...? İmam Əli əleyhissalam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur:
İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qurandan nişanədən (mənaları və həqiqətləri barəsində düşünmədən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin zamanda onların məscidləri bina (zinət və gözəlliyi) baxımından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abadlaşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pisləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik.




Öncəki
Sonrakı