Həzrət Peyğəmbərdən (s) sonra ümmət səhvə düçar olmuşdusa, Həzrət Əlİ (ə) nə üçün susurdu?


Cavab: Həzrət Əlinin (ə) ilahi məqamına şübhə edib, onu Peyğəmbərdən (s) sonrakı üç xəlifə ilə eyniləşdirənlər, həmin xəlifələrin müdafiəsinə qalxaraq deyirlər: «Əvvəlki üç xəlifənin doğru yoldan azdığını bilərək, həzrət Əli (ə) nə üçün susurdu?»...


Əmİrəl-mömİnİn Əlİ (ə) öz xİlafətİnİ “Qədİr” hədİsİ İləmİ sübuta yetİrdİ?


Sual: Bilirik ki, İslam Peyğəmbəri (s) Əmirəl-mömininin (ə) xilafət və canişinliyini Qədir günü elan etmiş, ona itaəti bütün müsəlmanlara vacib saymışdır. Belə bir sual yaranır: Əgər Əmirəl-mömininin (ə) canişinliyi belə bir gündə elan olunmuşdursa, nə üçün imam həyatı boyu öz imamətinin isbatı üçün bu hədisi dəlil göstərməmişdir?


İmam Həsənİn (ə) sülhünün və İmam Hüseynİn (ə) savaşının fəlsəfəsİ nədİr?


Sual: Məsum imamlar və din başçıları bizə göstəriş vermişlər ki, gücümüz çatan təqdirdə öz haqqımızı müdafiə edək. Yəni müsəlman şəxs zülmə boyun əyməməli və azad yaşamalıdır. İmam Hüseyn (ə) öz xütbələrindən birində buyurur: “Ey insanlar, agah olun, məni ya savaş, ya da zillətə boyun əymək seçimi qarşısında qoyublar. Amma zillətin qəbulu bizdən uzaq bir işdir və biz heç vaxt zillətə boyun əymərik.”
Aydındır ki, həzrət “biz” dedikdə bütün əhli-beytdən olanların yolunu göstərir. Bəs necə olur ki, imamın qardaşı imam Həsən (ə) Yezid kimi alçaq bir şəxs olan Müaviyənin qarşısında səbr edir?


Doğrudanmı həzrət Əlİnİn (ə) evİnİn damına ulduz düşmüşdür?


Sual: Dəfələrlə həzrət Peyğəmbərin (s) belə bir xəbər verdiyini eşitmişik ki, müəyyən bir gecə səmadan yerə bir ulduz enər; Həmin ulduz kimin evinin damına düşərsə, həmin şəxs həzrətin qızı Zəhranın əridir. Bildirilir ki, müəyyən bir gecədə həmin ulduz həzrət Əlinin (ə) evinin damına düşmüşdür. Əgər ulduzlar hər biri yer kürəsindən böyükdürsə, yuxarıdakı rəvayəti doğru saymaq olarmı?


Doğrudanmı Əlİ (ə) Mədİnədən Mədaİnə bİr gecədə gəlmİşdİr?


Sual: Bəzi kitablarda nəql olunur ki, Əmirəlmöminin Səlman vəfat etdiyi vaxt bir gecə ərzində Mədinədən Mədainə gəldi. Səlmana Mədaində qüsl verdi, onu dəfn etdi və sübh Mədinəyə qayıtdı. Mədinə ilə Mədain arasındakı uzun məsafəni bir gecədə qət etmək necə mümkün oldu?


Həzrət Əlİ (ə) namazda olduğu vaxt saİlİ (dİlənçİnİ) necə gördü?


Sual: Həzrət Əli (ə) ilә bağlı rəvayətlərdə oxuyuruq ki, onun ayağına batmış oxu yalnız namazda olduğu vaxt çıxara bildilər. Namaz qıldığı vaxt həzrətin diqqəti Allaha elə cəlb olunardı ki, vücudunu hiss etməzdi. Amma başqa rəvayətlərdə bildirilir ki, bir gün həzrət Əli (ə) namazda olduğu vaxt məscidə daxil olan fəqiri və barmağındakı üzüyü ona bağışladı. Necə ola bilər ki, ayağına batmış oxun namaz vaxtı çıxarılmasından xəbər tutmayan həzrət məscidə girən fəqiri görür?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .