Nə üçün İmam Hüseynə “Əbu Abdullah” ləqəbi verilmişdir?


Nə üçün İmam Hüseynə “Əbu Abdullah” ləqəbi verilmişdir? “Əbu Abdullah” künyəsi barədə üç nöqtəni qeyd etmək lazımdır:
1. Ərəbin övladı olduqda körpəyə ad qoymaqdan əlavə ona künyə də təyin edərdilər. Hüseyn ibn Əlinin “Əbu Abdullah” künyəsi hələ azyaşlı olduğu müddətdən təyin olunmuşdur.
2. İmam Hüseynin Abdullah adlı bir övladı olmuşdur və o, Kərbəlada şəhadətə çatmışdır. Sanki Abdullah Kərbəlada dünyaya gəlmiş və anasının adı Rübab idi. O, Əli Əsğərdən başqa bir övlad olmuşdur.
3. İmam Hüseynin qiyamı dinin qalıcılığı və təkallahlılıq uğrunda olmuşdur. Dünyada hər bir təkallahlılın ibadəti Qiyamətədək İmam Hüseynin hərəkat və şəhadətinə borcludur. Bu səbəbdən o, bütün Allah bəndələrinin atasıdır. Yəni “Əbu Abdullah” – Allah bəndəsinin atası.


Ayətullah Kuhistaninin sinəvuranlara hörmətlə yanaşmasının səbəbini necə açıqlayır?


Ayətullah Kuhistaninin sinəvuranlara hörmətlə yanaşmasının səbəbini necə açıqlayır? Müqəddəs insanlardan sayılan böyük alim Ayətullah Kuhistani İmam Hüseyn (ə) matəmində sinəvuran əzadarlara çox hörmətlə yanaşırdı. Onun dostlarından biri deyir: Məhərrəmin yeddinci günü idi. Ayətullah Kuhistani ilə görüşmək üçün hüseyniyyəyə getmişdim. Bu vaxt bir dəstə sinə vura-vura hüseyniyyəyə daxil oldu. Ayətullah əbasını bir tərəfə qoyub əzadarların arasına girdi və dəstənin arasında get-gəl etməyə başladı. Onun bu riyasız əməli bizim çox xoşumuza gəldi. Əzadarlıqdan sonra alim bizə buyurdu: Mən onları tanıyıram. Onlardan bəziləri şəri məsələlərə riayət etmirlər. Ona görə də onlar hər vaxt gəlsəydilər, o qədər də əhəmiyyət vermirdim. Ancaq bir gecə yuxuda gördüm ki, onlar sinə vura-vura hüseyniyyəyə daxil olurlar və qarşılarında bir məşəl vardır. Onun nuru hər yeri işıqlandırmışdı. Mən dünyada belə bir nur görməmişdim. Yuxudan oyandım və öz-özümə fikirləşdim: düzdür ki, onlar şəri qaydalara o qədər də riayət etmirlər, amma indi Əba Əbdillah Hüseynin (ə) qonaqlarıdır. Ona görə də onların hörmətini saxlamaq lazımdır. O gündən sonra hər vaxt sinəvuran dəstələr görsəm, onları çox hörmətlə qarşılayıram və hörmətlə yola salıram...


İmam Hüseynin (ə) İmam Səccada (ə) təlim etdiyi mühüm münacat hansıdır?


İmam Hüseynin (ə) İmam Səccada (ə) təlim etdiyi mühüm münacat hansıdır?İmam Səccad buyurur: Aşura günündə atamın bədəni qan idi. Məni bağrına basıb dedi: Əziz oğlum! Bu duanı hifz et ki anam Fatimə mənə təlim edib. Ona Peyğəmbər, ona da həzrət Cəbrail təlim edib. Bu duanı ehtiyac zamanı hər bir qəm-qüssə və bəla zamanı bu cür oxu! “Bi-həqqi Yasin vəl-Quranil-Həkim, və bi-həqqi Taha vəl-Quranil-əzim Ya mən yəqdiru əla həvaicis-sailin, Ya mən yələmu ma fid-dəmiri, Ya munəffisən ənil-məkrubin, Ya mufərricən ənil-məğmumin, Ya Rahiməş-Şeyxəl-Kəbir, Ya Raziqət-tiflis-səğir, Ya mən la yəhtacu ilət-təfsir səlli əla Muhəmməd və Ali-muhəmməd vəf-əl bi……” Tərcüməsi: “İlahi Yasinə xatir, Qurani-Kərim, Taha və Qurani-Əzimə xatir, Ey diləyənlərin ehtiyaclarını yerinə yetirən, Ey qəlblərdə olanları bilən, Ey çətinlikləri və bəlaları aradan qaldıran, Ey qəmliləri şad edən, Ey qocalara rəhm edən, Ey körpəyə ruzi verən,...


İmam Əli (ə) qulağına bismillah dedi, dərsləri başa düşməkdə dərki artdı?


İmam Əli (ə) qulağına bismillah dedi, dərsləri başa düşməkdə dərki artdı? Bismillah. \'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.\'
\"Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və Şeyxin dərslərində iştirak etməyə başladım. İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim. Nə qədər çalışsamda faydası olmurdu. Nəhayət bir gün Həzrət İmam Əlinin (ə) ziyarətinə getdim və çoxlu dua edib dedim Ağacan (ə) Allahdan istəyinki zehnim yaxşı olsun. Axşam yuxuda gördüm ki, Həzrət İmam Əlinin (ə) hüzurundayam. Həzrət Əli (ə) mənim qulağıma \'Bismillahir rəhmanir rəhim\' dedi. Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı. Bir neçə gündən sonra artıq sinifdə mən də mövzu haqqında öz fikrimi söyləyirdim. Bir gün dərsdə Şeyx Ənsari ağa ilə çoxlu bəhs edib ona iradlar tutdum.
Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O, mənə baxıb təbəssüm edərək yavaşca qulağıma pıçıldayıb dedi Sənin qulağına \'Bismillah\' oxuyan mənim qulağıma Vəladdallinə (Fatihə surəsi ) kimi oxuyub. Ağa bunu deyib getdi...


Hz. Zəhra (ə) qiyamət günü Allahdan nəyi istəyəcək?


Hz. Zəhra (ə) qiyamət günü Allahdan nəyi istəyəcək? Dəyərli bir rəvayətdə nəql olunur ki, İslam Peyğəmbəri (s) buyurdu: “Qiyamətdə Allah-təala tərəfindən xanım Fatiməyə (s.ə.) xitab olunur: “Ey Fatimə! Məndən istə, sənə əta edim, məndən istə səni razı salım.” Xanım Fatimə (s.ə) deyər: “Səndən istəyim budur ki, mənim və ailəmin dostlarını əzab oduna salmayasan.” Allah-təala buyurar: “Ey Fatimə! And olsun izzət və cəlalıma, mən göylərin və yerin yaranışından iki min il qabaq and içmişəm ki, sənin və ailənin dostlarına əzab odunu daddırmayım.” (“Təvilul-ayatul-zahirə”, 484; “Biharul-ənvar”, 28-139, bab 4, hədis144)


Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi?


Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi? Həzrət Peyğəmbər (s) anadan olduqdan 7 gün sonra babası Əbdülmüttəlib bir qoyun kəsib, ehsan verir. Bütün Queryşin iştirak etdiyi qonaqlıqda o, nəvəsinin adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, ərəblər arasında Muhəmməd adı çox az işlədildiyi halda, nəyə görə uşağın adını Muhəmməd qoydun? Cavab olaraq bildirir ki, onun göydə və yerdə təriflənməsini istədiyim üçün belə ad qoydum.
Həzrət Peyğəmbərin (s) şairi olmuş Həssam ibn Sabit bu haqda deyir: “Allah Öz adından Peyğəmbəri (s) üçün bir ad seçdi: Allah Özü Mahmud idi, onu da Muhəmməd adlandırdı”. Hər iki sözün kökü də, mənası da eynidir. Sözsüz ki, Peyğəmbərin Muhəmməd (s) adlandırilmasında İlahi ilhamın təsiri olmuşdur. Bəzi tarixçilərin verdiyi statistik məlumata görə, o vaxtacan cəmi on alti nəfər Muhəmməd adlandırılıbmiş. Bir addan nə qədər az olsa, onun haqqında səhvə yol vermək bir o qədər azalar...


İmam Hüseyn (ə) bir küfəliyə hansı əməli ən xeyirli əməl olaraq tanıtdırdı?


İmam Hüseyn (ə) bir küfəliyə hansı əməli ən xeyirli əməl olaraq tanıtdırdı? İmam Hüseynin (ə.s) bir Kufəliyə ən xeyirli əməl haqqında tövsiyəsi:
İnsanın insanlarla münasibəti o zaman islah olar ki o ilk növbədə Allahla münasibətlərini islah etsin. Əksinə insanlar razı qalsın və bəyənsin deyə Allahın hökmünü m müxtəlif istiqamətlərə yozub, təhrif etmək və ya o hökmü tapdalamaq böyük günahdır.
Belə olan halda Allah da o insanı insanların ixtiyarına buraxar. İnsanın həyatında əsas meyar Allahın razı qalmasıdır. Allahın insandan razı qalması həm də axirət dünyasının ən böyük neməti hesab edilir.


Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək?


Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək? Həsən ibn Cəhm adlı şəxs bir gün İmam Rzadan (ə) xahiş etdi ki, dualarında onu unutmasın (yəni onun barəsində də dua etsin). İmam onun xahişinə sualla cavab verdi:
“Məgər elə bilirsən ki, mən (dualarımda) səni unutmuşam?” Həsən düşündü ki, İmam öz tərəfdarlarından ötrü dua edir; o da İmamın tərəfdarlarından biridirsə, deməli, İmam onun da barəsində dua edir. Ona görə cavab verdi: “Xeyr, bilirəm ki, məni unutmursan”. Həsənin təəccübünə rəğmən İmam yenə ondan soruşdu: “Bunu haradan bildin?” Həsən söylədi: “Sən öz tərəfdarlarından ötrü dua edirsən, mən də sənin tərəfdarlarındanam”. İmam onu dinləyib yenə sual verdi: “Bu məsələdən başqa bir şey anladınmı?” Həsən dedi: “Xeyr”. Onda İmam belə söylədi: “Əgər mənim yanımda hansı yerə (məqama) sahib olduğunu bilmək istəyirsənsə, bax ki, sənin yanında mən hansı yerdəyəm”


Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir?


Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir? Həzrət Peyğəmbər (s) buyurdu: Bir gün Allahın seçilmiş 4 böyük mələyi mənim yanıma gəldi. Onlar mənimlə həmsöhbət olanda sözlərinin davamında belə dedilər: Ya Rəsulallah! Sənə salavat deyən müsəlmanlar bilməlidirlər ki biz onlar üçün bu müjdələri veririk:
1-Cəbrail (ə) dedi ki, Ya Rəsulallah! Sənə hər gün 10 salavat deyənin qiyamətdə əlindən tutar və onu küş sürəti ilə Allahın sirat körpüsündən keçirərəm, 2-Mikail (ə) dedi ki, Mən də ona behiştin kövsər suyundan bol bol içirərəm, 3-İsrafil (ə) dedi ki, Mən də onun günahlarının bağışlanması üçün başımı səcdəyə qoyub duaçı olaram, Allahım onu bağışlamayana qədər başımı səcdədən qaldırmaram, 4-Əzrail (ə) da dedi ki, Mən də onun ruhunu Peyğəmbərlər (ə) məqamında olaraq alaram,
Mələklərin salavat deyənə bu dərəcə məqam tanıması nəticəsində Peyğəmbər (s) da buyurdu bu insan nə böyük məqamda və dəyərli insandır İlahi!!


Peyğəmbər (s) hansı yeməkləri yemirdi?


Peyğəmbər (s) hansı yeməkləri yemirdi? Ayətullah əl-üzma Amuli, “Məfatehul-həyat” kitabı: Peyğəmbər (s) yeməyi isti-isti yemirdi və onun soyumasını gözləyirdi. Peyğəmbərin (s) qarşısına isti yemək qoyulduqda o həzrət (s) buyururdı: “Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir”.
Ənəs deyir: Peyğəmbər (s) heç vaxt yeməyi pisləmədi. Bir yeməyi bəyənirdisə, onu yeyirdi və əgər xoşlamırdısa, yemirdi.
Peyğəmbər (s) sarımsaq, soğan, kəvər, məğafir (ağacın axmış şirəsidir. Bu şirin dadlı olsa da, çox pis iyli şirədir. Botanikada buna \"kitrə\" deyilir) yemirdi. Çünki onun iyi ağızda qalır.
Peyğəmbər (s) çox sadə süfrələr başında əyləşirdi, heç vaxt gəyirmirdi, azad və qul insanların dəvətini qəbul edirdi, hətta ayaq və qarından hazırlanmış olsa da. Bir içim süd də olsa hədiyyəni qəbul edirdi və onu içirdi. Amma sədəqə qəbul etmirdi./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .