Həzrət Isа (ə)-ın könül охşаyаn sözlərindən üç nümunə!


 Həzrət Əmirəl mö’minin Əli (ə) buyurmuşdur: “Məryəm оğlu Məsih dеyirdi: “Хоş о şəхsin hаlınа ki, sükutu təfəkkür, bахışı isə ibrətdir. Bu cür şəхs öz əməllərindən ötrü аğlаyır, insаnlаr dа оnun əli və dilindən rаhаtlаdır.”


PЕYĞƏMBƏR NƏ ÜÇÜN VƏ NЕCƏ MƏSUMDURLАR?


Mеhribаn və hikmətli Аllаh bəşərin pеyğəmbərlərin rəhbərliyi ilə düz yоlа uçurumdаn tаnımаsı, еləcə də kаmаl və bəyənilmiş sifətlərin ən sоn həddinə qədər irəliləməsindən ötrü pеyğəmbərləri göndərdi. Bunа görə də hikmətli və mеhribаn Аllаh Öz gö


Həzrət İsa (ə) İlahi məqama yaxınlaşmaq üçün Həvarilərinə hansı tapşırığı verir?!


 Nəfsin istəkləri ilə mübarizə: = Həzrət İsa (ə) öz şagirdlərinə buyurur: «Nə qədər ki, meyl və şəhvətinizə «yox» deməmisiniz ilahi məqama çata bilməyəcəksiniz».

     Maddi və mənəvi nemətlərə çatmaq üç&u


Heyvanların dilini bilən Hz Suleyman (ə) Bayquşda hansı sualları soruşdu və hansı cavabları eşitdi?!


Bütün heyvanların və quşların dilini bilən Süleyman peyğəmbərlə (ə) bayquş arasında hikmət dolu bu dialoqun yaşandığını rəvayət edirlər.
- Niyə buğda yemirsən?
- Adəm əleyhissalam ona görə cənnətdən çıxarıldığı üçün.
- Niyə su içmirsən?
- Nuh əleyhissalamın qövmü suda boğulduğu üçün.
- Niyə həmişə xarabalıqlarda olursan?
- Xarabalıqlar Allah-təalanın mirasıdır...


Ücb (Özündən razılıq) haqda Allah-Taala (c.c) Hz Davuda (ə) nə buyurmuşdur?!


...İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar». Mənbə: \"Kumeyl duasının şərhi (1-ci cild)\" kitabı.


Axirət əhli olmaq üçün Loğman Həkimin 2 tövsiyəsi nələr olmuşdur?!


Loğman oğluna deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki, axirət əhlindən olasan:
1. Yaxşı yoldaş tap ki, səni axirət əhlindən etsin. Çünki əgər şər yoldaş tapsan, onunla əyləşmək səni cəhənnəm əhlindən edəcəkdir.
2. Dünyada sənə çatana qənaət et ki, sağlam yaşayasan”.
Qiyamət günü olan zaman bir dəstə deyəcəkdir: “«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»”. (“Furqan” 28).
İnsanın nəfsinə bir çox şeylərin təsiri vardır. Onlardan biri də insanın yoldaş olduğu insanlardır. İnsan istəsə də, isməsə də təsir qəbul edəndir. Fikirlərinin əksər hissəsini yoldaşları tərəfindən əldə edər. Bi mövzu həm elmi, həm təcrübə yolu isə isbat edilmişdir...


Hz Suleyman (ə) Qarışqanın necə və nə haqda dua etdiyini eşitdi?!


Həzrət Süleymanın (ə) zamanında yağış yağmadığına görə qəhətlik yaranır. İnsanlar Ondan istəyirlər ki, yağış yağması üçün namaz qılsın. Hz Süleyman (ə) onlara deyir ki, sabahı günü namaz qılmaq üçün hamımız səhraya gedək. O günün sabahısı insanlar toplaşır və səhraya tərəf hərəkət edirlər. Yol gedən zaman Süleyman (ə) görür ki, bir qarışqa ayaqlarını torpağa dayayıb, əllərini yuxarı qaldıraraq, belə dua edir: “Allahım! Biz Sənin məxluqlarınıq. Sənin ruzindən ehtiyacsız deyilik. Bizləri insanların günahlarına görə həlak etmə!”. Həzrət Süleyman (ə) üzünü insanlara çevirir və buyurur: “Geri qayıdın, Allah sizi qarışqaya görə sirab edəcəkdir”. Həmin il o qədər yağış yağır ki, o cür yağışı heç bir ildə görməmişdilər.


Allahın nemətləri qarşısında şükür etməyin mümkün olub-olmaması haqda Hz Davud (ə) nə buyurmuşdur?!


Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».
Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir...


Allah Taala (c.c) Hz Adəmə (ə) buyurdu: İşlər dörd şeyə qayıdır!


Allah tərəfindən bəşərin atası Adəm ə-a vəhy oldu: Bütün mətləblər, xeyr işlər dörd kəlmədə yerləşibdir. Adəm əleyhis-salam ərz etdi: O dörd şey nədir? Allah-Taala buyurdu: Biri Mənə aiddir, biri sənə aiddir, biri sən ilə xalqa aiddir, o biri isə Mənimlə sənə aiddir.
Birinci, Mənə aid olan şey budur ki, Mənə ibadət edəsən, Mənim üçün şərik qərar verməyəsən. İkinci, sənə aid olan şey budur ki, ehtiyacın olan şeyi sənə verəcəyəm. Üçüncüsü, səninlə xalqa aid olan şey budur ki, necə ki, ürəyin istəyir xalq səninlə rəftar etsin, eləcə də sən xalqla rəftar et! Dördüncüsü, mənimlə sənə aid olan şey budur ki, sən gərək dua edəsən mən də qəbul edim. Gəda yalvarmaq bacarmırsa ev sahibinin günahı nədir? Allahdan başqa hər bir şeyi ürəkdən çıxartmaq duanın şərtidir...


İlahi Peyğəmbər (ə.s) və imamlardan hansı 40 möcüzə və kəramət nəql olunmuşdur?!


Həzrət İbrahim (ə)-ın möcüzəsi: 1-Allahın iznilə quşları diriltməsi. 2-Atəşin ona soyuq olması.
3-İti bıçağın həzrət İsmail (ə)-ın başını kəsməməsi və onun əvəzinə asimandan göndərilən bir qoyunun qurbanlıq edilməsi.
Həzrət Nuh (ə)-ın möcüzəsi: 4-Möminlərə nicat verən, kafirləri isə qərq edən gəmi.
Həzrət Hud (ə)-ın möcüzəsi: 5-Güclü külək nəticəsində Hud qövmünün həlak olması.
Həzrət Saleh (ə)-ın möcüzəsi: 6-Dağın içindən diri dəvənin çıxarılması.
Həzrət Lut (ə)-ın möcüzəsi: 7-Səmadan Lut qövmünün üstünə kiçik daşların tökülməsi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .