Həzrəti Əyyub (ə) problemlə üzləşdikdə hansı duanı oxuyardı?!


Həzrət Əyyub (ə) Allahın müxtəlif bəlalarla sınağa çəkdiyi peyğəmbərlərdəndi! \"Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla gəlibdir. Sən rəhimlilərin ən rəhimlisisən!” Biz onun duasını qəbul etdik və ona gəlmiş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.\" (Ənbiya, 83-84). İzah: Həzrət Əyyub (ə) Allahın müxtəlif bəlalarla sınağa çəkdiyi peyğəmbərlərdəndir. Amma o, səbir etdi və dilinə şikayət, dözümsüzlük iyi verən heç bir söz gətirmədi. O, möminlər üçün səbir örnəyidir...
Hədis: İslam peyğəmbəri (s) “Ya Ərhəmər-rahimin” – deyən bir kişini gördü. Ona buyurdu: “Allahdan hacətini istə. Çünki O, sənə nəzər salmışdır.” (Biharul-ənvar, c. 9, səh. 234, hədis: 7).


Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?


Həzrətin (s) əfv edə bilmədiyi kəslərdən biri o kəslər idi ki, cinayət törədirdilər və açıqca deyirdilər ki, əgər məni azad etsələr, həmin cinayəti yenə təkrar edəcəyəm. Misal üçün Bədr döyüşündən sonra bir nəfər Həzrətin (s) xidmətinə gəlir və deyir: “Məni bağışlayın, səhv etmişəm. Mənim arvad və uşaqlarım vardır”. Həmin şəxs əsir idi və ona edam hökmünü vermişdilər. Həzrət (s) ona buyurur: “O zaman bağışlayaram ki, bir daha müharibəyə gəlməyəsən”. Deyir: “Olar”. O zaman ki, onu azad edirlər, müşriklərin yanına gedir və deyir: “Bu dəfə də döyüşsəniz ilk sırada olacağam”. Elə ki, Ühüd döyüşü olur, yenə gəlir. Tərslikdən döyüşdə ələ düşür və əsir olur. O zaman ki, Həzrətin (s) yanına gətirirlər, deyir ki, ağacan, bu dəfə də məni bağışla! Həzrət (s) buyurur: “Xeyr, bu dəfə deyil”. Ona görə də əfvin şərtləri vardır və hər kim ona riayət edərsə, əfv olunmağa layiq olar. Əks halda əgər dinimizə ziyan vura biləcək cinayətkardırsa, onu əfv etmək məsləhət deyildir.


Hz Peyğəmbər (s) dualarında Allah-Taaldan (c.c) hansı nemətləri istəyərdi?


İslam Peyğəmbəri (s) dualarında Allah-Taaladan bu nemətləri istəyərdi:
-Allahım Özünü mənə tanıtdır. Əgər Öz mərifətini mənə nəsib etməsən Sənin Rəsulunu tanımaram.
-Allahım Rəsulunu mənə tanıtdır. Əgər Rəsulunu tanımasam Sənin Höccətini tanımaram.
-Allahım Höccətini mənə tanıtdır. Əgər Höccətini tanımasan dinimdə zəlalətə düşərəm.
Bu dua oxunması ən çox tövsiyə olunan dualardandır. Xüsusəndə zəmanə İmamını (ə.f) tanımaq, axir-zaman fitnələrinə uymamaq, ilahi mərifət əldə etmək üçün hər gün oxunması tövsiyə olunur.


Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?


bir gün Yuşə ibn Nunu çağırıb ona öz vəsiyyətlərini edir. Sonra bir gün təkcə \"Tur\" dağından keçəndə bir kişinin qəbir qazmaqla məşğul olduğunu görür. Ona yaxınlaşıb deyir: \"İstəyirsən sənə kömək edim?\" Həmin kişi \"bəli\" deyə cavab verir. Musa Peyğəmbər (ə) ona kömək etməyə başlayır. Qəbri qazıb qurtardıqdan sonra Həzrət Musa (ə) qəbrə daxil olur. Onun içində uzanır ki, qəbrin uzunluğunun düz olub-olmadığını yoxlasın. Həmin andaca Allah-Təala onun gözləri önündən pərdəni kənara çəkir. Həzrət Musa (ə) özünün Cənnətdəki məqamını görür. Musa Peyğəmbər (ə) deyir: \"Allahım, mənim ruhumu Öz yanına apar!\" Həmin vaxt Həzrət Əzrail (ə) onun canını alır və o qəbri Musa Peyğəmbərin (ə) məzarı edərək üzərini örtür. Əslində, qəbirqazan elə Həzrət Əzrailin (ə) özü olur. O, Özünü həmin surətdə göstəribmiş. Bu vaxt Haqqın carçısı səmada uca səslə belə deyir: \"Kəlimullah (Allahın həmsöhbəti olmuş) Musa da öldü. Daha bundan sonra kimdir ölməyən?\" Bəzi hədislərə əsasən, Həzrət Musanın (ə) qəbri Nəcəfdə yerləşən \"Tur\" dağında, yaxud da \"Sina\" bölgəsindədir.


İslam Peyğəmbərinin (s) əbədi möcüzəsi nə olmuşdur?


Hədis: İslam peyğəmbəri (s): “Quranın zahiri gözəl və könüloxşayan, batini dərin maarif dəryasıdır. Onun ecazkarlıqları saya gəlməz, incəlikləri köhnəlməz.” (Kafi, c. 2, səh. 599, hədis: 2).
Quran surələrinə bənzər yalnız bir surə gətirmək tələb olunur. İslam düşmənləri Quranla mübarizəyə sərf etdikləri bütün imkanlara baxmayaraq, heç zaman bu çağırışa cavab verə bilmədilər. Əlbəttə, Quranın ecazkarlıq yönləri yalnız fəsahət və bəlağətlə bitmir...


Həzrət İsa Məsih (ə): Dünyada 2 cür xəstə var...


Həzrət İsa (ə) deyir: “Ey kişi! Dünyada iki cür xəstə vardır. Bir növ xəstələr öz xəstəliklərini hiss edərlər və özləri təbibin yanına gələrlər ki, müalicə olsunlar. Ancaq bir növ xəsətlik də vardır ki, xəstəliyindən agahlığı yoxdur. Ancaq bir başqası onun xəstəliyini başa düşür, ürəyi yanır və deyir: “Gedək və təbibi onun yanına gətirək”.
Bu xanım ikinci növ xəstələrdəndir. Pisliyə və zinaya düçar olduğu üçün fikirlərinin pis olmasına diqqət etməmişdir, ona görə də gərək təbib onun yanına gəlsin.
Mənim qəlbim dünyanın günahkarlarına görə alovlanır, narahatam. Özüm gəldim və evinə daxil olmadan qapının arxasından ona nəsihət verdim. Bu gündən tövbə etdi və artıq heç kəsə yol verməyəcəkdir...


Quranda Bəni-İsrailə vəd edilən və mələklərin gətirdiyi sirli “Tabut” nədir?


“Nur-Təfsir”-ində Bəni-İsrailin əlində həmin tabut (sandıq) barəsində qeyd olunur ki, həmin sandıq onlara Hz.Musadan (ə) qalmışdı. Bu o sandıq idiki anası Musa (ə) peyğəmbəri onun içinə qoyub Nil çayına buraxmışdı. Musa (ə) sarayda yaşadıöı müddətdə sandığı da özü ilə qoruyurmuş. Sonralar Musa (ə) nazil olan Tövrat ayələrini onun içində gizlədirmiş. Musa (ə) dünyasını dəyişməyə yaxın nazil olan Tövrat yazılarını, əsasını və Allah dərgahından nazil olan bəzi əşyaları həmin sandığın içinə qoyub vəsisi Yuşa ibn Nuna əmanət edir. Sonralar Bəni-İsrail peyğəmbərləri bu əmanəti qoruyaraq bir-birinə ötürür. Hətta döyüşlərdə Bəni-İsrail bu sandığı döyüş meydadına gətirir və qələbə çalırdılar. Lakin Bəni-İsrail içində çoxalan münafiqlərin xəyanət və nifaqları bu sandığın müqəddəslik ehtiramını aradan aparır.


Həzrət İsanın (ə) xoş halına dediyi şəxslər - Onlardır xoşbəxt olanlar!


Hz.Əli (ə) Həzrət İsa peyğəmbərdən (ə) bir hədis nəql edərək xoşbəxtlik və mənəvi ucalıq əldə etmiş bir insan barəsində buyurur:
“Xoş o kəslərin halına ki, susmağı təfəkkür, baxışları ibrətlə dolu, günahları üçün ağlayan, evi geniş olan, insanlar onun dilindən və əlindən amanda qalmış olsun.” (Xisali Şeyx Səduq. Cild-1. Səh-29)
Həzrət İsa peyğəmbərdən (ə) nəql olunan bu hədisdə ilk öncə insanın öz-özü ilə münsibətinə işarə olunur. Yalnız özündə müəyyən islahatlara nail olmuş insan digərləri ilə ünsiyyətdə və münasibətlərdə əmin və dürüstlük nümunəsi kimi tanına bilər.


Dualarımızda Allah-Taaladan (c.c) hansı 4 məsələni istəyək?


Heç şübhəsiz ki, sınıq qəlb və göz yaşları ilə gecə yarısı xəlvətdə edilən dua qəbula çox yaxındır. Allah-Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! Mənim hüzuruma qəlbindən sınıqlıq, cismindən təvazö, gözündən gecə yarısı olan yaş gətir. Məni çağır, yəqin ki, icabət edəcəyəm». (Biharul-ənvar/67-ci cild, səh-14)
İstənilən dörd şeyə nəzər salaq: 1-Allahın müdara ilə yumşaq rəftarı; 2-Rəhmətə qovuşmaq; 3-Verilən ruziyə qane olmaq; 4-Bütün hallarda təvazö.


Saleh Peyğəmbərin (s) qövmünün hamısı nə üçün əzab olundular?


Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. İmam Sadiq (ə) «Ali-İmran/183 ayəyə əsasən buyurdu: «Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.» (Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.)
İmam Əli (ə) bu mövzunu belə şərh edir: «Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .