Həzrət Musanın (ə) Uca Allahdan xəbər aldığı adamlar kimdir?


Ustad Ənsarian nəql edir: “Bir gün Musa ibn İmran (ə) Allaha buyurur: “Mənim elm, dərk və ibadət cəhətdən qiymətim neçədir?”. Allah Təala buyurur: “Qiymətin 5-dir. Heç bir əskiyin yoxdur”. Musa (ə) deyir: “Allahım! İnsanların arasında elələri var ki, bizim arxamızca yersiz sözlər danışırlar?”. Allah buyurur: “Çoxdur”. Deyir: “Niyə?”.
Buyurur: “Bəzi insanların əxlaqı – yersiz danışmaqdır”. Deyir: “Allahım! Sənin böyük qüdrətin vardır. Elə bir iş görə bilməzsən ki, onların yersiz danışmaqlarını qət edəsən?”.
Buyurur: “Xeyr, Mənim dünyada insanların işi ilə işim yoxdur. Onlar nəinki sənin arxanca yersiz söz danışırlar, bəlkə onları xəlq edən Allah olan Mənim də arxamca minlərlə yersiz söz danışırlar. Onlar deyirlər ki, bu aləmin Allahı yoxdur. Halbuki, Mən varam və onların ruzisini verirəm”.


Allahın əzəmətli adı Bələm Bauradan necə alındı?


... Əli ibni İbrahim Qumi bu ayənin təfsirindən sonra yazmışdır ki, atam İmam Rzadan (ə) nəql edirdi ki, o Həzrət (ə) buyurmuşdur: “Bələm Baura Allahın əzəmətli adına malik idi. Əzəmətli adın vasitəsilə dua edərdi və Allah da duasını yerinə yetirərdi. Sonda Firona tərəf meyil etdi. Onun saray əhlindən oldu. Firon Musanı (ə) və tərəfdaşlarını tutmaq üçün ona müraciət etdi. Ona dedi: “Allahdan istə ki, Musanı (ə) və səhabələrini bizim tələmizə salsın”. Bələm uzunqulağa minir ki, Musanı (ə) axtarmağa getsin. Uzunqulaq yol getməkdən imtina edir və Bələm heyvanı döyməyə başlayır. Allah Təala uzunqulağın dilində olan qıfılı açır və uzunqulaq deyir: “Vay olsun sənə! Məni nə üçün döyürsən?! İstəyirsən ki, mən səninlə gəlim və sən də Allahın peyğəmbərini (ə) və iman əhlini nifrin edəsən?!”. Bələm bu sözlərdən sonra heyvanı o qədər döyür ki, nəhayət heyvan can verir. O andan sonra Allahın əzəmətli adı onun dilindən götürülür. Quran onun haqqında buyurur: “Beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin(Musanın (ə) zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu mütləq ucaldardıq”.


Həzrət Musanın (ə) duasını səsləndirən cavan, onu nə ilə əsəbiləşdirdi?


Həzrət Musa (ə) bu cavanı çox axtarır və nəhayət, yoldan keçən zaman bir qaradərili qul görür ki, alnında səcdənin təsiri qalmışdır. Ona salam verdi və adını soruşdu. O da adının Bərəx olduğunu dedi. Həzrət Musa (ə) ondan xahiş edir ki, gəlsin və Allah Təaladan yağış istəsin. O zaman ki, səhraya çatırlar, bu qaradərili cavan əllərini göyə qaldırıb, bu cür münacat etməyə başladı: “Allahım, bu qəhətliyi və bahalığı bitir bizim üçün. Sənin mülayimliyindən uzaqdır ki, bizə əzab verəsən... Məgər Sənin bəndələrin sənin hökumətindən qaça bilərlərmi ki, onlara əzab verməkdə tələsmisən?”. Bərəx bu sözləri deyən kimi, yağış yağmağa başladı. Yağış o qədər yağdı ki, Bəni-İsrayilin hamısı sirab oldular. Bərəx şəhərə gəldi və Musaya (ə) dedi: “Ey Musa! Gördünmü ki, Allahla necə münacat etdim və Allah da mənə insaf verdi”.
Həzrət Musa (ə) onun Allaha qarşı cəsarətindən əsəbiləşdi. Onu cəzalandırmaq istədi. Ancaq Allah tərəfindən vəhy gəldi: “Ey Musa! Bu qaradərili qulla işin olmasın. Çünki o, hər gün üç dəfə bizi sevindirir”.


Mömin sevincli olmalıdır, yoxsa kədərli?


Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) o peyğəmbərlərdəndirlər ki, zahidlik və Allah qorxusu sahəsində yüksək dərəcəyə çatmışdılar. Bir gün bu iki peyğəmbər bir-biri ilə rastlaşır.
Həzrət Yəhya (ə) görür ki, Həzrət İsa (ə) gülümsəyir. Ona xitab edərək, deyir: “Niyə səni qafil insanların simasında görürəm? Sanki İlahi əzabdan amandasan?”. Həzrət İsa (ə) cavabında Həzrət Yəhyaya (ə) buyurur: “Nə səbəbdən səni nigaran və narahat görürəm? Sanki İlahi rəhmətdən ümidsiz olmusan?”. Hər ikisi bu mövzular haqqında müzakirələr etməyə başladılar. Ancaq bir yerə gəlib çata bilmədilər. Ona görə də İlahi vəhyin enməsini gözlədilər. Allah Təala onlara belə bir vəhy göndərdi: “Siz iki nəfərin arasından Mənim üçün ən sevimlisi o kəsdir ki, üzü gülür və Mənə qarşı hüsnü-zənni daha çoxdur”.


Cavan hansı xasiyyətinə görə Hz Davudun (ə) behiştdə yanında yerləşdiriləcək?!


Allah Həzrət Davuda (ə) vəhy edir ki, Ovusun qızı Xəladəyə behişt müjdəsi versin. Onu agah etsin ki, behiştdə Davudla (ə) yoldaş olacaqdır. Davud (ə) da onun evinə gəlir və Xəladə qapını açır. Davudu (ə) görən kimi tanıyır və deyir: “Mənimlə bağlı bir şey nazil olmuşdur ki, bura gəlmisiniz?”. Davud (ə) deyir: “Bəli, sən behiştdə mənim yoldaşımsan”. Xəladə deyir: “Ola bilsin ki, mənimlə eyni adda olan başqa biri olsun. Onun haqqında nazil olmuşdur”. Davud (ə) deyir: “Xeyr. Sənin barəndə nazil olmuşdur. Öz halından bir qədər mənə danış”. Deyir: “Mənə çatan hər bir ziyana görə səbir edirəm və Allahın rizasına təsliməm. Heç bir şeyin qayıtmağını istməmişəm, ancaq Onun razılığını istəmişəm. Heç bir şeyin qarşılığında əvəz istəməmişəm və Ona şakir olmuşam”. Davud (ə) deyir: “Buna görə bu məqama çatmısan ki, sənin barəndə vəhy nazil olubdur”.


Həzrət Yusifin (ə) yuxu yozumu nədən qaynaqlanırdı?


... Əslində başqa insanlar yuxu yozan zaman ehtimallara söykənirlər. Ancaq Həzrət Yusifin (ə) elmi – yəqinə söykənən bir elm idi. Çünki bu elm – ladoni elm idi, Allah tərəfindən inayət edilmiş elm idi. Ona görə də heç bir zənn və gümana bunda yer yox idi. Bu yolla Həzrət Yusif (ə) Allahın nələrə qadir olduğunu bir daha cahil insanlara göstərməyə çalışmışdır. O şeyi ki, onlar hiss edir və ehtimal verirdilər, Yusif (ə) onun haqqında qətiyyətlə danışır və bu elmdə yəqinliyə çatdığını bir daha nümayiş etdirirdi. Ona görə də buyururdu ki, bu, Allahın elmidir, mənim yozumum deyildir. Beləliklə deyə bilərik ki, hər kimin qəlbi və ruhu nə qədər təmiz və pak olarsa, Allah ona daha çox yaxın olar. İnsanlara xidmətdə həmin şəxsə yardım edər və onu əli çatmadığı elmlərə yetişdirər. Çünki Allah Təala mömin bəndələrinə həmişə yardım etmiş və etməkdədir...


“Әr-rәhmаn” surәsi nаzil оlаndа nə baş verdi ki, Həzrət Cəbrail güldü?


“Әr-rәhmаn” surәsi nаzil оlаndа Pеyğәmbәr (s) öz sәhаbәlәrinә buyurdu: “Kim bu surәni kаfirlәrin аrаsındа охumаğа hаzırdır?” Bәdәn cәhәtdәn zәif vә аlçаqbоy оlаn Әbdürrәhmаn ibn Mәsud bunа hаzır оlduğunu bildirdi. Аmmа Pеyğәmbәr (s) bәdәn cәhәtdәn güclü bir şәхs istәyirdi. Çünki birdәn düşmәn оnа hücum еtsә, müqаvimәt göstәrә bilsin. Аmmа ibn Mәsud bu iş üçün münаsib dеyildi. İbn Mәsud, Pеyğәmbәrə (s) isrаr еtdi vә Hәzrәti rаzı sаldı. Pеyğәmbәr (s) оnа icаzә vеrdi. О, Kәbәnin kәnаrınа, Qurеyş bütpәrәstlәrinin cәm оlduqlаrı yеrә gәldi vә surәni охumаğа bаşlаdı. Surәni охuyub qurtаrmаmış оnu bәrk döydülәr. İbn Mәsud qаnlı hаldа Pеyğәmbәrin (s) hüzurunа gәldi. Pеyğәmbәr (s) оnu bu hаldа görüb qәmlәndi. Bu vахt həzrət Cәbrаil nаzil оldu. Cәbrаil gülürdü. Pеyğәmbәr (s) оnа buyurdu: “Sәni şаd görürәm. Аmmа İbn Mәsud çох pis vәziyyәtdәdir.” Cәbrаil buyurdu: “Gülmәyimin sәbәbi gәlәcәkdә sәnә аşkаr оlаcаq...”


Çətinliklərdən xilas olmaq üçün tez-tez hansı duanı etmək lazımdır?!


Həzrət Yunusun (ə) duası: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya, 87).
İzah: Yuxarıdakı dua həzrət Yunusdan (ə) nəql olunmuşdur. O, ən çətin şəraitdə Allahdan problemlərin aradan qalxmasını və kədərinin dağılmasını istədi. Allah da onun duasını qəbul etdi və onu bu bəlalardan xilas etdi. Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar...
Hədis: İmam Sadiq (ə): “Kədərli olan, amma bu duanı – La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin – oxumayana təəccüb edirəm.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 393, hədis: 5835).


Edama məhkum olunmuşun Həzrəti Yəhyaya (ə) 3 moizəsi nələr haqda idi?!


İmam Sadiq (ə) buyurur: “Bir nəfər Həzrət İsanın (ə) yanına gəlir və zina etdiyini etiraf edir. Ondan istəyir ki, onu paklasın. Onun zina etdiyi sübut olunduqdan sonra hökm verilir ki, onu daş-qalaq etsinlər. Cəmiyyət toplaşdı. Həzrət Yəhya (ə) da cəmiyyət arasında idi. Zina edən kişini bir çuxura qoydular ki, insanlar onu daş-qalaq etsin.
O, fəryad çəkdi: “Hər kimin boynunda cəza varsa, buradan getsin”. Hamı getdi və ancaq Həzrət İsa (ə) ilə Hz Yəhya (ə) qaldı.
Bu zaman Həzrət Yəhya (ə) fürsəti qənimət bilib, ondan nəsihət almaq üçün çuxura düşdü. Həmin şəxsə dedi: “Ey günahkar insan! Mənə moizə et”.
- O, dedi: “Nəfsini azad buraxma ki, səni məhv edər”. Yəhya (ə) dedi: “Yenə moizə et!”. - Kişi dedi: “Günahkarı günahına görə məzəmmət etmə”. Yəhya (ə) yenə israr etdi ki, onu moizə etsin. - Kişi dedi: “Qəzəblənmə”. Yəhya (ə) buyurdu: “Bu üç moizə mənim üçün kifayətdir”.


Hz Musanın (ə) dövründə Bu kasıba niyə ruzi verilmirdi?


Həzrət Musa (ə) bir yoxsulu görür ki, kasıblığın şiddətindən paltarsız halda səhra qumunun üzərində yatmışdı. Yaxınlaşan zaman həmin şəxs dedi: “Ey Musa! Dua et ki, Allah mənə bir az ruzi versin ki, taqətsizlikdən canım boğazıma gəlmişdir”. Hz Musa (ə) onun üçün dua edir və oradan gedir. Bir neçə gün sonra Musa (ə) həmin yoldan geri qayıdır və görür ki, həmin yoxsulu həbs edirlər. Çox sayda camaat onun başına toplaşmışdır. Soruşur ki, nə baş veribdir? Deyirlər: “İndiyə qədər onun pulu olmamışdır. İndi ki, bir qədər pul əldə edibdir – şərab içmiş və bir nəfəri öldürmüşdür. İndi onu həbs edirlər ki, qisas alıb edam etsinlər”. Odur ki, Allah Təala Quranda buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27). Hz Musa (ə) İlahi hikməti təsdiq edir və xahişinə görə istiğfar edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .