Ramazan ayında günahların tökülməsi üçün nə lazımdır?


Ramazan ayında günahların tökülməsi üçün nə lazımdır?İmam Baqir (ə) Cabirə buyurur: \"Ey Cabir! O kəs ki, Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, dilini qoruyar, gözünü harama yumar, insanlara əziyyət verməkdən çəkinər – anasından doğulduğu gün kimi günahları ondan dəf olar”. İmam Baqir (ə) buyurur: \"O zaman ki, Peyğəmbər (s) Ərəfatdan qayıtdı və Minaya yollandı, məscidə daxil oldu. İnsanlar onun ətrafında toplaşdılar və ondan Qədr gecəsi barəsində soruşdular. Həzrət (s) orada xütbə dedi və Allaha həmd etdikdən sonra buyurdu: ... Ey insanlar! Hər kim sülh və salamtlıqla Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, namazına nəzarət edər, cümə namazına və Fitr bayramı namazına gedər, şübhəsiz ki, Qədr gecəsini dərk etmiş olar və Allahın mükafatını əldə etmiş olar”...


Dua qəbul olubsa hansı əməlləri edək, olmayıbsa hansı günahlardan uzaqlaşaq?


Dua qəbul olubsa hansı əməlləri edək, olmayıbsa hansı günahlardan uzaqlaşaq?Əgər duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən ki, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən. Əgər bacarsan, 2 rükət şükür namazı qılasan.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən. Yenə də Allahın evinə və dərgahına gedib, Onu unutmayasan, Onunla söhbət edəsən. Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun: 1. İlahi rəhmətdən məyus olmayasan. Ola bilsin ki, duanın yerinə yetməsinə mane olan günahlar vardır. Ona görə də çoxlu tövbə edəsən...


Nə edək ki, oruc yalnız aclıq və susuzluq olmasın?


Nə edək ki, oruc yalnız aclıq və susuzluq olmasın? İmam Əli (ə) buyurur: \"Elə oruclar vardır ki, onlar yalnız aclıq və susuzluqdan ibarət olur\". Ancaq mübarək aya baxışımızı düzəltsək, bizlər hər birimiz İlahi Ziyafətdə Allah qonaqları olarıq. O aclıq və susuzluq ki, o isti hava ki, onda olan oruc Allah üçün, Allah qonağı olduğumuza görə tutularsa - nə gözəldir. Bu halda \"bəlkə, təqvalı olasınız\" hədəfinə daha yaxın olmuş olarıq. Təqvalı – yəni kontrollu varlıq. Bütün hissləri öz əlində olan, hisslərinin əlində oyuncaq olmayan varlıq. Həyatın nə olduğu ilə bağlı düzgün baxışı olan... Həyatda hədəfin nə olduğun bilən bir varlıq... Bütün pisliklərdən təmizlənmiş, bütün yaxşıları qazanmağa istəkli bir varlıq. Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: “Oruc tutan (orucunun haqqını əda etməz) o zaman ki, dilini, qulağını, gözünü və əzalarını hifz etməz”.


Oruc tutmaq insana hansı sifətləri verər? Hz Peyğəmbərin (s) hədisi.


Oruc tutmaq insana hansı sifətləri verər? Hz Peyğəmbərin (s) hədisi.Həzrət (s) buyurur: “Hər kim Ramazan ayını Allah Təalaya görə oruc tutarsa, Allah da 7 sifəti ona vacib edər:
1. Haramı bədənindən əridər. 2. Onu Öz rəhmətinə yaxın edər. 3. Atası Həzrət Adəmin (ə) xatasını örtər.
4. Can verməyi onun üçün asan edər. 5. Onu Qiyamət gününün aclıq və susuzluğundan amanda saxlayar. 6. Atəşdən bəraəti ona əta edər. 7. Ona behişt təyyibələrindən yedizdirər”. Allah qarşıdan gələn bu mübarək ayda bizə də bu yeddi hədiyyəni nəsib etsin!


Şükür məqamına ucalmağın günahlarla nə əlaqəsi var?


Şükür məqamına ucalmağın günahlarla nə əlaqəsi var?Şükür Məqamı yəni: Bütün haramlardan çəkinməklə mümkün olur! 1-İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin». («Kafi», 2-ci cild, səh-98.) İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq». 2-Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən»...


Hz Peyğəmbər (s) şeytanı özündən uzaqlaşdırmaq üçün hansı tapşırığı verir?


Hz Peyğəmbər (s) şeytanı özündən uzaqlaşdırmaq üçün hansı tapşırığı verir?Həzrət Əlidən (ə) nəql edilən bir hədisdə buyurulur: \"Peyğəmbərdən (s) soruşdular: Nə edək ki, şeytan bizdən uzaq olsun.?\"
Peyğəmbər (s) buyurdu: “Oruc şeytanın üzünü qaraldır, Allah yolunda sədəqə kürəyini yerə vurur, Allaha xatir sevmək və saleh əməli axıra kimi qoruyub saxlamaq onu məhv edir, istiğfar etmək onun qəlbinin damarını qırır.” \"Biharul-ənvar\", c. 93, səh. 255...


Həyanın 10 xüsusiyyəti nələrdir?


Həyanın 10 xüsusiyyəti nələrdir?Həzrət Peyğəmbər (s) həyanın 10 mühüm xüsusiyyətini sadalayarkən buyurur ki, bu xüsusiyyətlər düşüncə sahiblərinin həyadan götürdüyü faydalardır:
1.Müdara – keçinmək; 2.Mehribanlıq; 3.Aşkar və xəlvətdə Allahı nəzərdə saxlamaq; 4.Salamatlıq; 5.Pislikdən uzaqlıq;
6.Təbəssüm; 7.Güzəşt; 8.Bağışlamaq; 9.Qələbə; 10.Xalq arasında yaxşı ad.


Xoş niyyətliliyin dəyəri və pis niyyətlilik haqda İslam maarifində nə deyilir?


Xoş niyyətliliyin dəyəri  və pis niyyətlilik haqda İslam maarifində nə deyilir?Niyyət dedikdə məqsəd və iradə başa düşülür. İslam dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara və təbiət aləminə qarşı - xoş münasibətə çağırır. İnsan hamı üçün xeyir və səadət istəməli, imkan daxilində xalqın çətinliyini aradan qaldırmağa çalışmalıdır. Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar vəd edilir. İmam Sadiq (ə) buyurur: «Fəqir mömin belə dua edir: «Pərvərdigara, mənə ruzi əta et ki, xeyir işlər görə bilim». Əgər onun niyyəti xalis olsa, hələ heç bir xeyir iş görməmiş onun əməl naməsinə savab yazılar ...» («Məhəccətul-bəyza» 8-ci cild, səh-106.)...


İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu?


İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu? Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir: 1- Çox dua etmək, 2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək), 3- Çox Quran oxumaq, 4- Günahlardan tövbə etmək,
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar. 5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq 6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq 7- Qəlbdən bütün günahların kökünü kəsmək 8- Təqvalı olmaq 9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək 10- Bu duanı çox oxumaq: \"Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh.


Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq?


Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq? Əbdüssəlam ibni Saleh Hərəvi deyir şabanın sonu idi və mən İmam Rzanın yanına getdim. Şabanın sonuncu cüməsi idi. İmam mənə buyurdu:
“Ey Əba-Səlt! Şabanın çoxu arxada qalıb və bu onun axırıncı cüməsidir. Geridə qoyduğun xətalarını yerdə qalan günlərdə aradan qaldır! Və sənə kömək edəcək şeyləri həyata keçir! Ey Əba-Səlt sənə (mənəvi həyatına) kömək etməyəcəkləri tərk et! Çoxlu dua və istiğfar et! Quran oxu, günühlarından tövbə et!, Elə olsun ki Allahın ayı sənə üz gətirəndə tər-təmiz olasan. Bu zaman öhdəndə ödənilməmiş və verilməmiş əmanət qalmasın!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .