İmamın Rizanın (ə) iman mərhələləri haqda möhtəşəm kəlamı...


İmamın Rizanın (ə) iman mərhələləri haqda möhtəşəm kəlamı...İmam Rza (ə) insanda formalaşan imanın mərhələlərinə işarə edərək bu mübarək kəliməni buyurub. İnsan öncə qəlbi ilə təsdiq etməlidir. Çünki, qəlb bütün insanlığı özündə ehtiva edən “məkandır” . Bütün insanlığ və şəxsiyyətlık qəlbdə cəm olur. Qəlb pak olduqca ora iman nuru daxil olur. İlahi nur daxil olduğu məkanı özü kimi nurlandırır. Sonra insan qəlbində olanı dili ilə iqrar edir. Necəki Həzrəti Əli (ə) buyurub: “Hər bir kişi dilinin altında gizlənib”. Dil qəlbin, şəxsiyyətin aynasıdır. Pis, çirkili qəlbdən bəd və əxlaqsız sözlər, pak qəlbdən pak sözlər cari olar. Necəki, Allah Rəsulu buyurub:”Hikmət qəlbdən dilə cari olar”. İmamın (ə) buyurduğu kimi bu üç mühüm amil Qəlb, Dil və Əməl keyfiyyət hasil etdikdən sonra İman şəkilini alıb öz sahibini Mütəal Allahın mərifətinə doğru götürür.


Əmirəlmöminin İmam Əlinin (ə) hikmətli kəlamları...


Əmirəlmöminin İmam Əlinin (ə) hikmətli kəlamları... Hz Əmirəlmöminin (ə) buyurur: Möminin qəniməti hikmət əldə etməkdir. Hər kəs din əldə edibsə nicat tapacaq. Fəzilətlə iftixar etmək, nəsillə fəxr etməkdən üstündür. Nəfsinin şərindən amanda olan şəxs qurtular. İnsanın zirəkliyi onun əsli-nəcabətinə bağlıdır. Nicat düzgünlükdədir. Hər bir ürək bir şeyə məşğuldur. Onun nemətinə naşükür olmağın axırı yoxdur. Hər kəsin sözləri onun şəxsiyyətini tanıtdıran əvəzləyicidir. Haqqı qəbul etmək dindəndir. Qəlbin qüvvəti səhih imanın nəticəsidir. Hərislik həris insanın qatilidir. Hər bir işi tədbir və ölçüb-biçməklə gör ki, xoşagəlməzliklərdən uzaq olasan. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir. Hər kəsin yoldaşı onun dininin göstəricisidir...


Axirətimizi məhv edən kiçik günahlar hansılardır?


Axirətimizi məhv edən kiçik günahlar hansılardır? İnsan Qiyamət günü elə böyük günahla rastlaşar ki, bu kiçik günahların toplanmasından yaranmışdır. Əməl dəftərində onlar qeyd olunar. İmam Baqir (ə) buyurur: \"Dəyərsiz hesab etdiyiniz günahlardan çəkinin, çünki onlar da hesaba çəkiləcəkdir. Sizlərdən biriniz deyirsiniz ki, günah edirəm və bağışlanma da istəyirəm. Allah Təala buyurur: \"O şeyi ki, əvvəlcədən göndərmisən, nəticəsini yazacağıq. Hər bir şeyi Böyük İmama (əməl dəftərinə) yazarıq”. İmam Əli (ə) \"Nəhcül-bəlağə”də buyurur: \"Allah bəndələri! Özünüzü ölçün, sizi ölçmədən əvvəl. Hesabınızı çəkin, hesabınızı çəkməzdən əvvəl. Boğaz yolunuz tutulmazdan əvvəl rahat nəfəs alın. Sizi zorla itaətə vadar etməzdən əvvəl itaətkar olun. Bilin, həqiqətən o kəs ki, özünə yardım etməz və özünə xəbərdarlıq edən olmaz, başqası ona xəbərdarlıq və nəsihət edən olmaz”.


Çox danışmaq necə cəhənnəmə aparır?


Çox danışmaq necə cəhənnəmə aparır?İmam Əli (ə) buyurur: “Hər kim çox danışar – səhvləri də çoxalar. Hər kimin səhvi çoxalar – həyası azalar. Hər kimin həyası azalar – təqvası azalar. Hər kimin təqvası azalar – qəlbi ölər. Hər kimin qəlbi ölər – cəhənnəmə daxil olar”. Hədisin şərhi.
İmam (ə) çox danışmağın ziyanlarına işarə edərək buyurur ki, hər kim çox və yersiz danışar, istər-istəməz səhvləri və xataları da çox olar. Dediyi sözlərin artıq mənasına və məntiqinə diqqət etmədiyinə görə, çoxlu səhvlər edər. Bu səhvlər sayəsində insanların qarşısındakı etibarı zədələnər. Nəticədə həyası azalar. Həyası o qədər azalar ki, etdiyi səhvlərin nə qədər utandırıcı olduğuna diqqət etməz. Həya insanı bir çox səhv və günahdan saxlayar. Əgər həya azalarsa, insan daha çox günah etməyə meyl edər...


Qədr gecəsinin fəzilət və dəyəri haqda hədislərdə nələr deyilir?


Qədr gecəsinin fəzilət və dəyəri haqda hədislərdə nələr deyilir?Bu gecənin fəziləti haqqında deyilir:
1. Bu gecədə edilən hər bir yaxşı əməl, başqa gecələrdə edilənlərdən daha üstündür. İmam Sadiqə (ə) sual verirlər ki, necə ola bilir ki, Qədr gecəsi min aydan üstün olur? Həzrət (ə) belə cavab verir: “Qədr gecəsindəki əməl, Qədr gecəsinin olmadığı min ayda edilən əməldən daha üstündür”.
2. Mələklər və ruh Allahın izni ilə yerə enərlərlər. İmam Səccad (ə) buyurur: “Allah Peyğəmbərə (s) buyurur: “Bilirənsənmi ki, Qədr gecəsi niyə min aydan daha üstündür?”. Həzrət (s) buyurur: “Xeyr”. Allah buyurur: “Ona görə ki, bu gecədə mələklər və ruh Allahın izni ilə yerə enərlərlər”...


Həzrət Peyğəmbərin (s) baxışında güclü insan kimdir?


Həzrət Peyğəmbərin (s) baxışında güclü insan kimdir?Həzrət Peyəmbər (s) Mədinədə bir dəstə cavanla rastlaşdı ki, idman və güləşirdilər. Hz Peyğəmbər (s) buyurdu: Sizin baxışınızda güclü insan kimdir? Müsəlmanlar dedilər: Ən güclü və qüvvətli o şəxsdir ki, heç kəs onun qol gücünü əyə bilməyə! Hz Peyğəmbər (s) buyurdular: Həqiqi güclü və qəhrəman o kişidir ki, Şeytan əli ilə onun sinəsinə vura ki əsəbləşdirib insanlara hücum gətirə. Amma həqiqi güclü kişi isə şeytanın istəyinin əksinə olaraq Allahı xatırlayaraq səbir və haqqından keçməklə insanlara qarşı mehriban və əsəbini yerə atar.”Mənbə: Mişkatul-Ənvar kitabı, səh: 145.


Qohumların insan həyatında dəyəri haqda İmam Əli (ə) hansı izah verir?


Qohumların insan həyatında dəyəri haqda İmam Əli (ə) hansı izah verir?Əmirəl-möminin (ə) insanlar üçün xütbə deyirdi, Allaha həmd etdikdən sonra, Həzrət (ə) buyurur: “Heç kəs öz qohumlarından ehtiyacsız deyildir, baxmayaraq ki, mala və övlada malik olsa da. Həmçinin onların mehribanlığından, kəramətlərindən, əl və dillə müdafiələrindən ehtiyacsız deyildir.
Qohumlar ən əzəmətli dayaq, ürəkyandıran insanlar, onun üçün ən böyük qəm yeyən olarlar. Qohumların xüsusiyyətlərindəndir ki, məhəbbət və ürək yandırmaqda sadiq olsunlar. Belə ki, xalis niyyətlə yaxşılıq əlini qohumları üçün açarlar. Allah dünyada infaq etdiklərini yerinə qoyar və axirətdə bir neçə qat mükafat verər...


Əzab mələklərindən nicat yolu hansı əməllə mümkündür?


Əzab mələklərindən nicat yolu hansı əməllə mümkündür?Əzab mələklərindən nicat yolu: Hz Peyğəmbər (s) buyurur: “Hər kim Allahın onu 19 şölədən (əzab mələklərindən) xilas etməsini istəyirsə, \"Bismilləhir-Rahmənir-Rahim\"i qiraət etsin. Çünki o, 19 hərfdəndir. Allah onun hər bir hərfini, o mələklərin hər birinin qarşısında qalxan qərar verər”. Allahın Peyğəmbəri (s) buyurur: \"Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (“Bismilləhir-Rahmənir-Rahim”də) \"bə\" hərfini çək, \"sin\"i açıq yaz, \"mim\"i əyri yazma, Allahı gözəl yaz. “Ər-rəhman”ı bir qədər uzat, “ər-rəhim”i yaxşı yaz\". İmam Əsgəri (ə) \"Bismilləhir-Rahmənir-Rahim\"i təfsir edərkən buyurur: \"Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər\".


Ev alan məmura İmam Əli (ə) nə buyurdu?


Ev alan məmura İmam Əli (ə) nə buyurdu?Əmirəl-mömininə (ə) xəbər verirlər ki, onun işçilərindən biri ki, adı Şərih Qazi idi, 80 dirhəm məbləğində ev satın almışdır. İmam (ə) onu yanına çağırır və qəzəbli baxışlarla ona buyurur: “Əgər evi satın alan zaman mənim yanıma gəlsəydin, sənə elə bir sənəd yazardım ki, onu almaq üçün nə dirhəmə və nə də ondan artığına rəğbət etməzdin.
O sənədi belə yazardım: Bu, o evdir ki, xar bəndə köçməkdə olan ölüdən satın almışdır. Bu ev – qürur evidir ki, məhv olanların məhəlləsində, həlak olanların küçəsində qərar tutur. Bu ev dörd cəhətlə sonlanır: - Bir tərəfi bəlalarla. - İkinci tərəfi müsibətlərlə. - Üçüncü tərəfi süst edən hava və nəfsani istəklərlə. - Dördüncü tərəfi yoldan azdıran şeytanla xətm olunar”.


“Şeytan ramazanda zəncirlənir” nə deməkdir?


“Şeytan ramazanda zəncirlənir” nə deməkdir?İslaminSesi.info - Hədislərdə və digər dini mətinlərdə Ramazan ayında Şeytanın əllərinin bağlandığı çox qeyd edilib. Görəsən doğurdanmı Şeytan zincirlənir? Elə isə görəsən bu ayda olan günahlara kim “fitva” verir? Necəki Allah Rəsulu buyurub: Şeytan Adəm övladının bədənində, qanında dolaşır, elə isə aclıqla onun yollarını sıxışdırın və maneə yaradın. ( Biharul-ənvar .C-70.S-62 ) Hədisdən göründüyü kimi oruc insanın şeytanla mübarizə vasitəsidir. İnsan oruc vasitəsi ilə həm şeytana, həm də nəfsi əmmarəsinə ( pisliyə dartan nəfs) qalib olur. Nəfsini cilovlayır, şeytanı isə özündən uzaqlaşdırır. Hədislərdə nəfsin və şeytanın ram edilməsi üçün ən gözəl silah orucluq tövsiyyə edilib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .