Hava niyə isti və soyuq olur? – İmam Sadiqin (ə) mübarək izahı


... Əgər kimsə desə ki, havanın belə tədrici olması günəş seyrinin tədrici olmasına görədir və ya günəşin yerə yaxınlaşması və uzaqlaşmasına görədir – gərək o şəxsdən soruşaq: “Bəs niyə günəşin və Yer kürəsinin hərəkəti, fasilənin yaxın və uzaq olması belə xəlq olmuşdur? Əgər tədrici olmasının səbəbini günəşin qərbə və şərqə nur saçmasında görərsə, gərək bunun da səbəbini soruşaq. Hər nə desə, yenə də bu sual meydana gələr ki, axı niyə belədir? Nəhayət varlıq aləminin hədəfli və tədbirli olmasına gəlib çatarıq. Əgər hərarət olmasaydı, meyvələr bərk və acı olardı. Yumşalmaz və yetişməzdi ki, yeyilə bilinəsi olsun. Əgər soyuq olmasaydı, əkinlər belə cücərməzdilər, insanların ruzisini verməzdilər. Məgər görmürsənmi ki, soyuq və isti bu qədər faydası ilə bədəni yenə də ağrıdır? Bu məsələdə təfəkkür edənlər üçün ibrətlər vardır”.


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?İmam Sadiq (ə) haqq və doğru yolda olanı 3 sifət və xarakterlə bəyan edir. Bu 3 sifət insanın tövbə edib, rəbbinə doğru yol almasının nişanələridir. Ola bilsin ki, hər bir insan, hər bir mömin özünün doğru yolda olduğunu düşünsün. Lakin bununla belə özünü Əhli-Beytin (ə) “hikmət tərəzisində” yoxlasa onun üçün daha xeyirli olar. İmam (ə) buyurub: -“Haqqı bəyan edən (doğru yolda olan) bu 3 sifətlə tanınar:
-Baxılsın yoldaşlarına ki, kiminlə yoldaşlıq edir.
-Namazlarının keyfiyyətinə və necəliyinə baxılsın.
-Namazlarının vaxtına baxılsın.” (Məhasin 1/396)


İmam Əlidən (ə) 14 hikmətli öyüd (Nəhcül-Bəlağə)


İmam Əli əleyhis-salam buyurmuşdur:
1. Kim öz eybinə baxsa, başqasının eybini görməz.
2. Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz.
3. Kim zülm qılıncını (qınından) çəksə, həmin qılıncla öldürülər.
4. Kim işlərdə özünü əziyyətə salsa, həlak olar.
5. Özünü çətinlik və əziyyət burulğanlarına atan kəs boğular (məhv olar).
6. Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar.
7. Çox danışan kəs çox səhv edər...


Hz Əli (ə) bütün zikrləri hansı cümlələrdə cəmləşdirdi?!


Hz. Əli (ə)dan bir hədis nəql olunur. Hədisdə buyrulur ki, İmam (ə) bir nəfərin dəftərdən uzun bir zikr oxuduğunu görür və buyurur: “Uzun duanı eşidib cavab verən Allah həmçinin qısa duaya da cavab verər.” Kişi: Bəs mən nə edim? İmam: “O uzun duanın yerinə bu qısa kəlmələri oxu:
1-Əlhəmdu lillahi alə kulli niməh – Onun bütün nemətlərinə həmd olsun.
2- Əsəlulahə min kulli xeyr – Bütün xeyrləri Allahdan istəyirəm.
3- Əstəğfirul-lahə min kulli zənb – Bütün günahlar üçün Allahdan bağışlanma diləyirəm.
4- Əuzu billahi min kulli şərr – Bütün şərrlərdən Allaha sığınıram...


Mənəviyyatlı mömin şəxsin dərəcəsi İmam Əsgərinin (ə) hədisi ilə ölçülməlidir?


İmam Həsən Əskəri (ə) öz gözəl hədisində insanların fəzilət və dəyər baxımından dərəcələrini bəyan edərək bu sifətləri bəyan edir:
İnsanların ən imanlısı şübhəli işlər zamanı çəkinən, ehtiyat edəndir.
İnsanların ən abidi vacibatı yerinə yetirəndir.
İnsanlarin ən zahidi haramdan çəkinəndir.
İnsanların ən çalışqanı (ən diqqətlisi) günahları tərk edəndir. (Tuhəful-uqul. S-489)


Din sevgidən və nifrətdən başqa bir şey deyil - İmam Sadiq... Yəni?


Rəvayətdə deyilir ki, Bir gün Fuzeyl ibn Yəsar Həzrəti İmam Sadiq (ə)dan soruşur: Sevgi və nifrət imandandırmı? İmam (ə) cavab verir: Məgər iman sevgi və nifrətdən başqa bir şeydirmi? (Bihar-69.Səh-341). Yaxud İmam Sadiq (ə)dan başqa bir hədisdə qeyd olunur: Bir kəsin dində dostu və düşməni olmasa, onun dini olmaz ( Bihar-69. Səh-250). Hədislərin zahirinə nəzər edəndə ola bilsin ki, anlaşılmazlıq yaransın. Amma diqqət etdikdə bunu İmamın (ə) bizə olan tövsiyyəsi kimi də dəyərləndirmək olar. Yəni insanın daxilində elə bir cazibə və dafiə hissi yaranmalıdır ki, bu hisslərlə öz dinini qoruya bilsin...


Dünyaya bağlılıq özü ilə insana hansı bəlaları gətirər?


Hz Peyğəmbər (s) buyurur: “Hər kimdə dünyaya bağlılıq olarsa 3 böyük bəlanın ona üz gətirəcəyinə əmin olsun:
1-Dünyaya bağlı olanda elə bir kasıbçılıq olar ki, heç zaman varlanmaz. (Kasıbçılıq yalnız pulla olmur: Dəyərlərə və insani davranışda kasıbçılıq kimi ...)
2-Dünyaya bağlı olanın həyatına elə bir bəla üz gətirər ki, heç zaman ondan xilas olmaz,
3-Dünyaya bağlı olan şəxsdə qəm-qüssə yaranar ki, heç bir sevinc onun yerini doldura bilməz. (Mənbə. Mizan əl-Hikmə kitabı, səh: 3772)


-Mömin şəxs imanının məhv olmaması üçün hansı şeylərdən qorxmalıdır?


Hz Peyğəmbər (s) buyurur: Mən ümmətimin imanının məhv olmasında iki əmələ diqqət etməmələrinə görə çox narahatam! Mömin şəxsin imanını məhv edəcək iki əməldir bunlar:
1-Mömin şəxs əgər nəfsınə yenilərsə, haqdan uzaq düşər,
2-Mömin şəxs əgər uzun-uzadı xəyal və istəklərə yenilərsə dünya məhəbbətinə bağlanar. (Haqqdan uzaqlaşmaq azğınlıqdır, dünya məhəbbəti isə bütün çirkinliklərin açarıdır)


Hz Peyğəmbərin (s) baxışında Allahın qəzəbinə səbəb olan əməllər hansılardır?


Hz Peyğəmbər (s) buyurur: “Ən çox Allahın qəzəbinə səbəb olan əməllər 4-dür:
1-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, Tövhidində şirkə yol verə,
2-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, qohumlarla əlaqəsinı kəsə,
3-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, insaları pis işlərə dəvət edə,
4-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, imanlı şəxsləri yaxşı işlərdən çəkindirməyə çalışa...


Hansı günahların əzabı elə bu dünyada verilər? Hz Peyğəmbərdən cavab


Hz Peyğəmbər (s) buyurur: “Üç günah var ki, onların əzabı elə bu dünyada verilər və axirətə qədər gözlənilməz:
1-Ata-ananı incitmək,
2-İnsanlara zülm edib gücünü göstərmək,
3-Başqalarının yaxşılığı qarşısında naşükürlük etmək./Mənbə, Şeyx Mufidin əl-Əmali kitabı, cild. 1, səh: 237.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .