Bu namaz insanı hacıların savabına şərik edər?!


Zilhiccə ayının ilk on gününün çox böyük fəzilətləri vardır. Bu ayda edilən ibadətlərin xüsusi əcri vardır. Bu ibadətlərdən biri də həmin tövsiyə etdiyimiz namazdır.
Bu namazı Zilhiccə ayının ilk on günündə qılmaq lazımdır. Hər kim bu namazı qılarsa, hacıların əməllərinə şərik olar. Zilhiccə ayının ilk gecəsindən başlayaraq məğrib və işa namazları arasında iki rükətli namaz qılırsan ki, qılınma qaydası belədir: - Hər rükətdə “Həmd” (“Fatihə”) surəsindən sonra “Tövhid” (“İxlas”) surəsi oxunur, sonra “Əraf” surəsinin 142-ci ayəsini oxunur:وَوَاعَدْنَا مُوسَى ثَلاَثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
(“Və və \'ədnə Musə sələsinə ləylətən və ətməmnəhə bi\'əşrin fətəmmə miqatu rabbihi ərbə\'inə ləylətən və qalə Musə liəxihi Hərunəxlufni fiqavmi və əslih və lə təttəbi\'(axırı sakin \'ayn) səbiləl-mufsidin”).



Zikr Allahın bəndələri yad etməsinə səbəb olur!


Allah sevgisinin də nəticəsi Onun nemətlərinin insanın üzərinə yağmasıdır! \"Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə nankorluq etməyin!\" (Bəqərə, 152).
Hədis: İmam Sadiq (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Öz daxilində məni yad et ki, Mən də daxilən səni yad edim. Ey Adəm övladı! Məni xəlvətdə yad et ki, Mən də səni xəlvətdə yad edim. Məni cəmiyyət arasında yad et ki, səni sənin cəmiyyətindən daha yaxşı cəmiyyət arasında yad edim.” (Məhasin, səh. 39, hədis: 34).


Namazın haqqı nədir? İmam Səccaddan (ə) izah


Namazın haqqı deyildikdə onu bütün ədəb, şərait və kamalları ilə yerinə yetirmək nəzərdə tutulur. Əgər namaz kamil olarsa, bu namaz möminin meracı olar. Ruhunu göyə və ali dərəcələrə qaldırar. İmam Səccad (ə) namazın haqqı barəsində buyurur: \"Namazın haqqı budur ki, biləsən namaz yeganə Məbudun dərgahına gəlməkdir. Namazda sən Onunla üzbəüz dayanarsan. O zaman ki, bu həqiqəti dərk etdin, namazda layiqincəsinə dayan. O kəsin dayanmağı kimi ki, istəyir və qorxur, ümidvardır, məzlum və nalə edəndir, Allahı böyük hesab edər\". İmam Sadiq (ə) namazın həddi barəsində buyurmuşdur: \"Namaz kamil olmaz, məgər o kəsdən ki, kamil dəstəmaza malik olar. Namazı kəm olmadan və kəsirsiz tamamlayar. Onda heç bir ikiüzlülük və yolunu azmaq olmaz.


İnsan mənəviyyatının ən böyük bəlası nədir? - Peyğəmbərdən (s) tövsiyə


“Hər kəm duasının qəbul olmasını, hacətinin əta edilməsini istəyirsə qidasını və qazancını paklasın.” Yaxud Həzrət (s) digər bir mənbədə buyurur: “Qidanı pakla, daxilinə haram qəbul etmə!” İmam Sadiq (ə) bu məsələ ilə bağlı bir hədisdə buyurub: “Mütəal Allah haram yeyənin və boynunda başqasının haqqı olan bir kimsənin duasını qəbul etməz!” İnsan mənəviyyatının, şəxsiyyətinin xilası bəndənin Rəbbi ilə ünsiyyətində və Allahın ona olan bəxş etdiyi mərhəmət payındadır. Ünsiyyətə yetişməyin yolu isə halallıq və paklıqdan keçir. Həzrət peyğəmbər (s) qidanı və qazancı mənəviyyatın və rəhmətin açarı kimi tanıtdırıb. Bununla yanaşı bu məsələyə diqqətsizlik isə mənəviyyat və yoxsulluğun ən böyük bəlasıdır.


Allahın bizdən təkidlə istədiyi salamat qəlb hansıdır?


Təmiz qəlb, sağlam qəlb hansıdir? İmam Sadiq (ə) təmiz qəlb barədə buyurub: “Sağlam, təmiz qəlb o qəlbdir ki, Rəbbi ilə görüşə bilsin (ünsiyyət qura bilsin, Rəbbini hiss etsin) və o qəlbdə Allahdan qeyrisi olmasın”. Şəhid Mütəhhəri salamat qəlb barədə buyurur: “Sağlam qəlb odur ki, onda kin, küdurət, həsəd və bu kimi nəfsin rəzil xislətləri olmasın. Həmçinin bəyənilməz sifətlər olmasın”. Böyük alim, arif Ayətullah Muhəmməd Hadi Həmədani sağlam qəlb barəsində buyurur: “Sağlam qəlb odur ki, onda Allahdan və Allah sevgisindən savayı heçnə olmasın”. İnsanın ən mühüm vəzifəsi onun şəxsiyyətinin göstəricisi olan qəlbini paklası və sonda Rəbbinin hüzurunda onu pak halda təhvil verməsidir.


Haqqun-nas, hətta Haqqullahı da qabaqlaya bilirmi?


Hər kim zorla başqasının malını qəsb edər, ya hətta növbəsi olmadığı halda başqasının növbəsinə girər – haqqun-nas etmiş olar. İmam Sadiq (ə) buyurur ki, hər kim bir başqasından borc alar və niyyəti onu qaytarmamaq olarsa – həmin adam oğrudan başqası deyildir.
Haqqun-nasın başqa bir növü insanların canına ziyan vurmaqdır. Çünki Allah buyurur ki, insanların qanı dəyərlidir. Əgər kimsə kimisə haqsız yerə döysə, haqqun-nas olacaqdır. Misal üçün, əgər ər öz xanımını haqsız yerə döyərsə, o zaman haqqun-nasa girər. Hədislərimiz buyurur ki, möminin hörməti Kəbənin hörmətindən daha üstündür. Ona görə də hər kim töhmət vurar, qeybət edər – haqqun-nasa girmiş olar.


İmam Sadiq (ə) bu iki xüsusiyyəti olmayandan uzaq durun?!


Ümumilikdə namazın fəlsəfə və hikməti yalnız onu davamlı olaraq qılmaqla, qayda və şərtlərinə əməl etməklə gerçəkləşir. Yuxarıdakı ayə müsəlmanları bütün namazlara, xüsusilə zöhr namazına önəm verməyə səsləyir. Zöhr namazı üzərində xüsusi dayanmasının səbəbi bəzi müsəlmanların başları iş və qazanca qarışdığı üçün ona önəm verməməsi idi. Qeyd edək ki, namazın vaxtları “İsra” surəsinin 78, “Taha” surəsinin 130 və “Hud” surəsinin 114-cü ayəsində verilmişdir.
Hədis: İmam Sadiq (ə): “İki xüsusiyyət olmayan adamdan uzaq durun, uzaq durun, uzaq durun!” Soruşdular: “O iki xüsusiyyət hansılardır?” Buyurdu: “Namazı vaxtında qılmaq, ona önəm vermək və (mömin qardaşlarının) dərdinə şərik olmaq.” (Xisal, c. 1, səh. 47, hədis: 50).


Bizim eyblərimizi örtmək – Allahın nemətlərindən biridir?!


Qurani-Kərimdə bu haqda buyurulur: “Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam”. (“Taha” 82).
Həzrət Peyğəmbər (ə) İbni Abbasa Allahın zahiri və batini nemətləri ilə bağlı buyurur: “Zahiri nemət – sənin mötədil olmağındadır. Batini nemət – sənin eyb və çirkinliklərini gizlətməkdir ki, əgər Allah onları aşkar etsəydi, insanın öz ailəsi ondan qaçar və ona nifrət edərdi, o ki, qaldı başqalarına”.
Ona görə də Allahın bu nemətinin qədrini bilmək lazımdır. Əgər istəyirsənsə ki, Allah sənin eyblərini gizli saxlasın – əziz Peyğəmbərin (s) verdiyi tövsiyəyə görə, gərək sən də din qardaşlarının eyblərini gizli saxlayasan.


İmam Hüseyn (ə) süfrə arxasında hansı qaydaları diqqət yetirməyi tövsiyə edir?


Hədis: İmam Hüseyn (ə): “Süfrənin on iki ədəbi var ki, hər bir müsəlman onu bilməlidir. Onların dördü vacib, dördü müstəhəb, dördü isə nəzakət qaydasıdır. Vacib olanlar bunlardır: İdrak, razılıq, Allahın adını dilə gətirmək və şükür etmək. Müstəhəb olanlar bunlardır: Yeməkdən qabaq əlini yumaq, bədənin sol tərəfi üstə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq. Nəzakət qaydaları isə bunlardır: Qarşında olandan yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və (süfrədəkilərin) üzünə az baxmaq (Biharul-ənvar, c. 63, səh. 415).


Hz Əli (ə) buyurur: Bu iki şeyə bel bağlamayın?!


İmam Əli (ə) buyurur: “Yaxşı deyildir ki, Allah bəndəsi həyatı boyu iki şeyə etimad edib ürək bağlasın. Biri – salamatlıq və sağlamlıqdır. O birisi isə sərvət və ehtiyacsızlıqdır.
Çünki ola bilsin ki, salamat halda olsun, ancaq anidən bir neçə xəstəlik ona hakim olsun. Ya imkanı yaxşı olsun, anidən çarəsiz və yoxsul olsun.
Ona görə bilməliyik ki, dünya və onun bütün imkanları dəyərsiz və vəfasızdır. Ancaq saleh əməl faydalıdır”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .