Göz dəyməməsi üçün nə etmək olar? Məsumlardan tapşırıqlar


-Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi haqdır. Hər kim qardaşı barəsində hansısa bir şeydən heyrətə gələrsə, gərək o zaman Allahı yada salsın.
Şübhəsiz əgər Allahı yada salarsa, göz dəyməsi ona (qarşı tərəfə) ziyan vurmaz”.
-İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Göz dəyməsi – haqdır, əmin deyilsən ki, sənin gözün özünə və ya başqalarına təsir edər. Əgər gözün təsirindən qorxursansa, 3 dəfə de: “Məşəallah lə quvvətə illə billəhil aliyyil-azim””.
- Başqa bir hədisdə oxuyuruq ki, əgər sizlərdən birinizin nədənsə xoşunuz gəlsə, göz dəyməmək üçün deyin: “Aməntu billəh və salləllahu alə Muhəmmədin və Alihi (Ali-Muhəmməd)”. Bu zaman gözün mənfi təsiri olmaz.


Evində Quran oxuyan hansı xeyirlərə çatar?


Quranı evdə oxumağın gətirdiyi bərəkətləri Həzrət (s) bu cür tanıdır:
1. Evdə xeyir və bərəkət artar. Səfa və səmimiyyət olar.
2. Mal və sərvətin artmasına səbəb olar. İnsanın fikir və düşüncə dairəsi genişlənər.
3. Bu ev göy əhli üçün ulduz olar.
Həzrət Zəhra (s.ə) haqqında nəql olunur ki, Xanım (s.ə) mehrabda dayanan zaman nuru səmaya qədər yüksələrmiş və mələklər bu nurun haradan gəlməsini Allahdan soruşurlar. Xitab gəlir: “Ey Mənim mələklərim! Fatimənin (s.ə) mehrabına nəzər salın”. O evdə ki, Quran oxunar, o evin xüsusi ab-havası və səfası olar.


Məsumların hədisində iki böyük gizli günahın təhlükəsi?!


Məsumların (ə) hədislərindən başa düşülür ki, iki günahın təhlükəsi olduqca çoxdur:
1. Kiçik günahlar; adətən, bəzi dindarlar böyük günahlara əhəmiyyət verdikləri və onlardan qorunduqları halda, kiçik günahlarla belə rəftar etmirlər, ona görə də, ona qurşanmaq təhlükəsi ilə üz-üzə qalırlar.
2. Gizli və insanın özü ilə Allahından başqasının bilmədiyi günahlar. İmam Əli (ə) buyurur: “İlahi, işarəli baxışlarımı, boş söhbətlərimi, ürəyimin (yersiz) arzularını və dilimin büdrəmələrini bağışla!” (“Nəhcül-bəlağə”, xütbə 78.)
Bu hədisdə ikinci növ günahdan söz açılır və dua, bağışlanmaq xarakteri daşısa da, həqiqətdə, insanların belə günahlardan qorunması tövsiyə olunur.


İmam Rza (ə) insanlara kömək etməyin əhəmiyyəti barədə nə buyurmuşdur?


İmam Rza (ə) buyurur: “Bilin ki, Allaha iman, Ali-Muhəmməddən (ə) olan Övliyaların haqqını qəbul etdikdən sonra Allah yanında şükür etmək, mömin qardaşına yardım etməkdən daha sevimli deyildir. Onların həyatına yardım etmək – onların behiştə çatması üçün olan yoldur. O kəslər ki, belə yardım edərlər, İlahi dərgahın xüsusi (bəndə)lərindəndir.
Həzrət Peyğəmbər (s) bu haqda bir söz demişdir ki, əgər ona yaxşı diqqət edilərsə və əməl olunarsa, layiq olmaz ki, kimsə özünü İlahi feyzdən məhrum etsin...


Allah-Taalaya (c.c) ən yaxın və ən uzaq olanlar kimlərdir?!


Allaha yaxınlaşmaq – hər möminin ən böyük arzusudur. Bu hədəf – onun həyatının ən mühüm hədəfidir. Quran bizlərə Allaha yaxınlaşmağın yollarını tanıtmışdır. Buyurmuşdur ki, bəndə əvvəl gərək Allaha olan elmini və mərifətini artırsın və sonra onun üçün təyin etdiyi yolda addımlamağa başlasın. Bu yolda təsirli olan amilləri tanıyaq.
1. Allaha olan iman. Əgər İlahi qürb məqamını əldə etmək istəyiriksə, gərək imanın ən yüksək məqamını tanıyaq. İmam Əli (ə) buyurur: “Sübhan Allaha ən yaxın insan – onların içində ən yaxşı imana malik olanlarıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “İmanın ən yüksək (mərtəbəsi) odur ki, biləsən ki, harada olursansa-ol Allah səninlədir”.
2. İbadət. İmandan sonra, İlahi qürb məqamına çatmaq üçün ibadətin rolu böyükdür. Xüsusilə namaz ki, ən kamil ibadət hesab olunur. İmam Kazım (ə) buyurur: “Bəndənin Allahı tanıyandan sonra İlahi qürb məqamına çatmağının ən yaxşı vasitəsi – namazdır”.


Aqibətin xeyirli olması üçün hansı 3 məsələyə diqqət etmək vacibdir?!


İmam Sadiq (ə) tərəfdaşlarından birinə məktub yazır və buyurur ki, əgər aqibətinin xeyirli olmasınıistəyirsənsə, gərək 3 işi yerinə yetirəsən.
“1. Allahın haqqını böyük hesab et və Allahın nemətlərini günaha sərf etmə. Bu insanın aqibəti xeyirli olar.
2. Əgər aqibətinin xeyirli olmasını istəyirsənsə, Allahın mülayimliyinə görə məğrur olma.
3. Əgər aqibətinin xeyirli olmasını istəyirsənsə, o kəs ki, bizə aiddir, sevgisini izhar edir – ona ehtiram göstər”.
Allah insana çox sayda nemətlər vermişdir ki, kamala çatmaq yolunda onlardan bəhrələnsin. Əgər bu nemətlərdən itaət yolunda istifadə edəriksə və günaha sərf etməriksə, o zaman aqibətimizin xeyirli olması üçün fürsətimiz artar...


Bərəkət qapısını açan 10 açar nələrdir?! Məsumlardan izahat


Allahın bəndələrinə nemət və bərəkəti sonsuzdur. Ancaq bəzi amillər vardır ki, insan həyatındakı bərəkəti daha da çoxaldar. Bu amillər ilə tanış olaq:
1. Birlikdə olmaq. İnsan ictimai varlıq olduğu üçün, tək yaşamamalıdır. Ailə həyatı insana əminlik hissi verər və bu böyük varlıq aləmində tək olmadığını və onun qayğısını çəkən insanların olduğunu dərk etdirər.
2. Böyüklərə hörmət etmək. Böyüklərə ehtiram göstərməyin sirri, onların təcrübələrinə söykənir. Onlar uzun illər boyu çoxlu təcrübə əldə etmiş və onları qısa zamanda gənc nəslə ötürmək qabiliyyətinə malikdirlər. Onların bu təcrübəsindən bəhrələnmək o zaman mümkündür ki, onlarla rabitə qurasan.
3. Asan evlilik. Mehriyyənin az olması da başqa bir bərəkətdir. Bu, ailə həyatına bərəkət gətirər...


Subhanallahın mənası nədir?! İmam Əlinin (ə) mübarək izahı


Bir nəfər ikinci xəlifədən soruşdu: “Sübhanəllah” kəlməsinin izah və təfsiri nədir?! Ömər ibn Xəttab dedi: (Qarşıda olan) Bu bağda bir kişi var ki, sual verəndə cavab verər, sakit olanda isə, örgətmək üçün danışmağa başlayar!
Sual verən şəxs bağa tərəf getdi və gördü ki, Hz Əli (ə) əkinçilik işi ilə məşğuldur! Xidmətinə yetişərək ərz etdi: “Subhanəllah” nədir?!
Hz Əli (ə) buyurdu: “Subhanəllah Allahın uca və əzəmətli məqamını böyük bilməkdir. Allahı müşriklətini düşüncəsindən pak bilməkdir. Və o zaman ki, bir bəndə bu kəlməni dilə gətirər, bütün mələklər ona salam (dua) göndərərlər.” Mənbə: Məani əl-Əxbar, səh: 11


Ramazan ayında 6 sifətdən möhkəm yapışmaq günahların bağışlanmasına səbəb olar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayında 6 sifətə çəng vurarsa, Allah onun günahlarını bağışlayar:
1. Dinini qoruyar. 2. Nəfsini saxlayar. 3. Qohumları ilə əlaqə yaradar.
4. Qonşusuna əziyyət verməz. 5. Qardaşlıq (haqqına) riayət edər. 6. Dilini (yersiz sözlərdən) saxlayar”.


Nə edək ki, orucumuz qəbul olsun? Məsumlardan hədislər


Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”.
Həzrət Əli (ə) yenə buyurur: “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .