İmam Əli (ə) hədisinə əsasən ən pis təam hansıdır?!


Müttəqilərin ağası İmam Əli (ə) bir hədisdə belə buyurur: “Haram (yolla əldə olunan) təam pis təamdır...” (“Qürərül-hikəm”, səh.170.) Bu cümləni iki cür təfsir etmək olar:
1. İlkin olaraq deyə bilərik ki, bir insan, adətən, dünya işlərini dəyərləndirmək, onlardan bəhrələnmək və ya pəhriz etmək üçün ölçüdən istifadə edir. Həmin ölçü əsasında işləri qiymətləndirir və bu işlərə münasibətdə vəzifəsini müəyyənləşdirir. Məsələn, bir şəxs özünə deyə bilər ki, mənim təbimə uyğun gələn nə varsa yaxşıdır, təbimə uyğun gəlməyənlər isə pisdir. Ya da insan belə bir meyarı əsas götürür ki, nədən ki ləzzət alıram yaxşıdır, nədən ki ləzzət almıram pisdir və bütün dünyəvi işlərini bu meyar əsasında tənzimləyir. İmam Əlinin (ə) nəzərində isə bu sırf maddi meyarın heç biri düzgün deyil. Əksinə, mənəvi və ruhani meyar nəzərdə tutulmalıdır. Hər xoşa gələn qidanın yaxşı, hər xoşa gəlməyən qidanın pis sayılması düzgün fikir deyil. Ləzzət və tamsızlıq, təbəuyğunluq və qeyri-uyğunluqdan əlavə, mənəvi meyar da nəzərdə tutulmalıdır. O qida yaxşıdır ki, dadsız da olsa halal olsun. O qida pisdir ki, şirin və dadlı da olsa, haram olsun. Bu təfsirə əsasən, təkcə zahiri meyarlarla kifayətlənməməli, mənəvi dəyərlərə də diqqət yetirilməlidir. Bu cəhətə görə deyə bilərik ki, Əmirəlmöminin Əlinin (ə) “haram yolla əldə olunan təam pis təamdır” – cümləsini bəyan etməkdə məqsədi, həqiqətən, dünyəvi ləzzətlərin mənəvi tərəfinə diqqət yetirilməsidir.


Allaha doğru günahlarımızın bağışlanması üçün hansı birinci addımı atmalıyıq?!


Deməli, ilk addımda günahları tanımalı və onlara bulaşmaqdan özümüzü qorumalıyıq. -- Həqiqətən, mömin öz günahını böyük bir qayaya oxşadır və ...
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: “Ey Əbuzər! ...Həqiqətən, mömin öz günahını böyük bir qayaya oxşadır və qorxur ki, onun üstünə aşsın. Kafir isə öz günahını burnunun üstündən uçub keçən bir milçəyə bənzədir.” (“Biharul-ənvar”, 77-ci cild, səh.74-91, bölüm 4, hədis 63; “Əmali”, Şeyx Tusi, 2-ci cild, səh.138.)
Ömrün qədrini bilməyin ilkin yolu və Allaha doğru atacağımız ilk addım günahdan qorunmaqdır. Çünki insan ömrünün dəyəri onun günahdan nə dərəcədə pak olmasındadır.
“İlahi! Muhəmməd və ali-Muhəmmədə salavat göndər... Sənə bəndəlikdə sərf olunacaq zamana qədər ömrümü uzun et. Elə ki, ömrümü şeytana otlaq yeri gördün, mənə acığın tutmasın, qəzəbinə düçar olmamış ruhumu canımdan al.” (“Məfatihul-cinan”, səh.1106.)


Dünya sənin gözündə kiçik olmasını istəyirsənsə bunu et?! İmam Əlinin (ə) tapşırığı


İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətindən... AXİRƏT HAQDA DÜŞÜN Kİ, DÜNYA SƏNİN GÖZÜNDƏ KİÇİK VƏ XAR OLSUN!
“Oğlum! Ölüm və ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez (çox) xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla. Məbada qəfil peyda olub, səni məğlub etsin, aldanmış vəziyyətdə tapsın. Axirət, onun nemətləri və dərdli əzablarını tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.” Məbada, dünyaya könül verən, dünya üstə bir-birinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdırsın. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır.” (“Nəhcül-bəlağə”, xütbə 156.)
Vəsiyyətnamənin bu hissəsində axirət, əbədi həyat və ölüm düşüncəsinin yaddan çıxarılmamasından söz açılır. Şübhəsiz ki, bütün canlı varlıqların ölümü labüddür. Din rəhbərlərinin diqqət mərkəzində dayanan əsas məsələlərdən biri də ölüm düşüncəsinin tərbiyəvi əhəmiyyətidir. Ölüm və axirətə əsil inam odur ki, insan ölümü yaddan çıxarmasın. İmam Əli (ə) bu kəlamında ölüm düşüncəsinin müsbət təsirlərindən danışaraq, bizi bu düşüncəyə rəğbətləndirir və ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində təsirli olacaq.


AYƏTƏL KÜRSÜ HAQQINDA BUNLARI BİLİRDİNİZMİ?


-- Hər nədə zirvə vardır, Quranın da zirvəsi “ayətəl-kürsi”dir. Əbazər məclislərin birində Peyğəmbərimiz Həzrət Mühəmməddən (s) soruşdu: Sizə nazil olmuş ən üstün və dəyərli ayə hansıdır? Rəsulullah (s) buyurdu: “Ayətəl-kürsi”. Çünki o mübarək ayədə, şərafətli “Həyy və Qəyyum” sözləri vardır.
İmam Sadiq (ə) buyurmuşdur: Hər nədə zirvə vardır, Quranın da zirvəsi “ayətəl-kürsi”dir. Onu bir dəfə oxuyan şəxsdən Allah Taala min dünya ağrı-acısını və min axirət narahatçılığını uzaqlaşdırar ki, dünya ağrı-acısının ən yüngülü yoxsulluq və axirət narahatçılığının ən yüngülü qəbir əzabıdır. Mən də o məqama nail olmaq arzusu ilə onu (ayətəl-kürsi) oxuyuram. (Qamusi Quran, cild 6, səh: 101 - 103) Qeyd etmək lazımdır ki, Həzrət Rəsuldan (s) nəql olmuş rəvayətə və İmam Əlidən (ə) nəql olmuş təcrübəyə əsasən “ayətəl-kürsi” 50 kəlmədən ibarətdir. Buna əsasən də son iki əsrdə müsəlmanlar arasında Bəqərə surəsinin üç ayəsinin birlikdə oxunmasına baxmayaraq 255-ci ayə “ayətəl-kürsi”dir. Mühəmməd (s) Peyğəmbər buyurmuşdur: Ayətəl-kürsi oxunan evdən İblis uzaqlaşar, sehr və cadu o evə daxil olmaz.


Hansı üç əməl möminin dünya fəxri və axirət zinətidir?!


İmam Sadiq (ə) üç əməli möminin fəxri, dünya və axirətdə zinəti hesab edir:
a) “Gecənin sonunda qılınan namaz.” Gecə namazı yatmazdan qabaq qılmağa icazə verilsə də, sübh azanına yaxın vaxtda qılmaq daha yaxşıdır.
b) “Allahdan qeyrisindən ümidi üzmək.” İnsanın bulaq başına getmək əvəzinə əlinə bir qab götürüb ondan-bundan su istəməsi əbəs göründüyü kimi, bacardığı işlərdə də Allahı qoyub başqalarından yardım ummağı yersizdir.
c) “Muhəmmədin (s) Əhli-beytinin İmamət və vilayətini qəbul etmək.”


Hz Peyğəmbər (s) tövbə etmək üçün hansı dua və zikri oxumağı tapşırır?!


Tövbə zikrinin necə olması barədə Cabir bin Əbdullah Ənsaridən əziz İslam Peyğəmbərinin (s) belə buyurduğu nəlq olunur:
“Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir): “Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbu`u bini`mətikə ələyyə və əbu`u ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə.”
“Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən Sənin qulun və bəndənəm! Səninlə bağladığım əhd-peymana (layiqli bəndə olacağıma və əmrlərindən kənara çıxmayacağıma) sadiqəm! Etiraf edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)! Günahlarımın şərindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən, Səndən başqa bağışlayan yoxdur!.” “Məanil-əxbar”, Şeyx Səduq, səh.140.


BU BEŞ İŞİ YERİNƏ YETİRƏ BİLSƏN, SONRA NƏ QƏDƏR İSTƏSƏN, GÜNAH ET!!


Bir nəfər İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin (ə) övladı! Günahdan uzaq olmaq istəyirəm, amma bunu bacarmıram. Mənə bir nəsihət et ki, günahdan uzaq olum!” İmam Hüseyn (ə) buyurdu: “Bu beş işi yerinə yetir, sonar nə qədər istəsən, günah et:
1. Allahın ruzisini yemə, sonra nə qədər istəsən, günah et!
2. Allahın vilayət və hakimiyyətindən çıx, sonra nə qədər istəsən, günah et!
3. Bir yer tap ki, Allah səni görməsin, sonra nə qədər istəsən, günah et!
4. Ölüm mələyi (Əzrail) sənin canını almağa gəldikdə, onu özündən uzaqlaşdır (və onun əlindən nicat tap), sonra nə qədər istəsən, günah et!...


8-Cİ İMAMDAN HİKMƏT DOLU 8 HƏDİS


1. İmam Rza (ə) buyurmuşdur:
یَكُونُ الْمُؤْمِنُ مُؤْمِنًا حَتّى تَكُونَ فیهِ ثَلاثُ خِصال:1ـ سُنَّةٌ مِنْ رَبِّهِ 2ـ وَ سُنَّةٌ مِنْ نَبِیِّهِ 3ـ وَ سُنَّةٌ مِنْ وَلِیِّهِ. فَأَمَّا السُّنَّةُ مِنْ رَبِّهِ فَكِتْمانُ سِرِّهِ، وَ أَمَّا السُّنَّةُ مِنْ نَبِیِّهِ فَمُداراةُ النّاسِ، وَ أَمَّا السُّنَّةُ مِنْ وَلِیِّهِ فَالصَّبْرُ فِى الْبَأْساءِ وَ الضَّرّاءِ
“Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) adətinə sahib olsun; 3. İmamının adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, İmamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.” (“Tuhəful-uqul”, səh.442.)
2. İmam Rza (ə) buyurmuşdur: مَنْ لَقِيَ مُسْلِماً فَسَلَّمَ عَلَيْهِ خِلافَ سَلامِهِ عَلَي الْأَغْنِيَاءِ لَقِيَ اللهَ عَزَّوَجَلَّ يَوْمَ الْقِيامَةِ وَ هُوَ عَلَيْهِ غَضْبانٌ “Hәr kәs bir müsәlmаnlа görüşәrkәn (ona verdiyi) sаlаmı vаrlılаrа vеrdiyi sаlаmındаn fәrqlənərsə, qiyаmәtdә Аllаh-Taаlаnın qәzәbi ilә üzlәşәr.” (“Üyunu әхbаrir-Rzа”, 2-ci cild, sәh.52.)


İmam Həsən (ə) və İmam Səccaddan (ə) iki hədis !


İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.
2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar.
4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”.


Dünya 3 hədəf üçün istənilir?! Məsumlardan hədislər


Bəs dünya və mal hansı hədəflər üçündür? İmam Əli (ə) buyurur: “Dünya və onun malı üç hədəf üçün istənilir: ehtiyacsızlıq, izzət və şövkət, rahat olmaq üçün.
Hər kim zahid olar – izzətli və şəxsiyyətlidir.
Hər kim qane olar – ehtiyacsız və zəngin olar.
Hər kim özünü az zəhmətə salar – həmişə asudə və rahatdır”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .