Şübhə-6: Allah edəcəyimiz hər şeyi bilirsə, niyə bizi yaratdı?


Cavab: “Anadan gəlmə görmə əngəlli olan bir insanın rənglər haqqında doğru məlumatı ola bilməyəcəyi kimi, bizimdə hər şeyi bilən Tanrı barəsində tam dəqiq və doğru fikrimiz ola bilməz”: İsaak Nyuton Demək istəyirəm ki, bu sual “Allah və Zaman”
kateqoriyasına daxil edilə biləcək suallardandır. Yəni bizim sonsuzluğu bilib dərk etmədiyimiz kimi, Allahı bilsək də, olduğu kimi tam təfərrüatı ilə dərk etməyimiz, zehnimizə görə mümkün deyil. Bu suala müxtəlif fərziyyələrlə cavab vermək olar. (Ətraflı cavab üçün Enis Dokonun videolarına baxmağınızı tövsiyə edirəm.)...


Şübhə-3: Kainatın indiki formada olması tamamilə təsadüf nəticəsidir və təkamül nəzəriyyəsi Allahın yoxluğunu isbat edir?


Cavab: Kainatın indiki dizayn və nizama sahib olmasını təsadüfə bağlamaq, fəlsəfi baxımdan irrasionaldır. Bunu yalnız Allaha qarşı qapalı zehinlə düşünən insanlar iddia edir. Elm bunun təsadüfən var olmayacaq qədər kiçik ehtimal olduğunu deyir. Və bizim Təkamül nəzəriyyəsinə uyğun olaraq piratlardan gəlməyimizi iddia etmək, heç də Allahı inkar etmək üçün lazımi zəmin yaratmır. Çünki təbiətdəki qanunlar Allahın yoxluğunu göstərməz. Əksinə bir qanun varsa bu qanun qoyanı tələb edər. Çünki ağılsız və şüursuz atomlar öz-özünə həm iş görən, həm də işi gördürən ola bilməzlər. Bu “Yaradılanın yaradacısı öz cinsindən ola bilməz” düşüncəsinə zidddir. Yəni Təkamül doğru olsa belə, Allahı inkar etməyə yox, Allahın qoyduğu qanun kimi qiymətləndirilməyə yönləndirilməlidir. Çünki rasional olan budur.


Şübhə 2: Allah varsa, kainatda niyə xaos var?


Cavab: Kainatda xaos olduğu danılmır. Amma xaosla birgə həssas nizamlanmalarda vardır. Məsələn bizim kainatımızın indiki halda olması, çox dəqiq tənzimlənmələrə bağlıdır. Və xaosun olması, Allahın olmadığı nəticəsini verməz. Çünki Allah xaos ehtiva edən kainat, dizayn edə bilər. Və bu heçdə pis görünmür.
Nəticə etibarı ilə deyə bilərik ki, Allah kainatda xaosla yanaşı mükəmməl tarazlıq yaratmışdır. Və var olan elmi həssas nizamlanmalara dair elmi faktlar, Allahın varlığını məcbur qılır.


İmanı qorumağın əsas qolu və tutulacaq yeri hansı əməldən asılıdır?! Hz Peyğəmbərin (s) hədisi


Bir gün ustad tələbələrinə sual verərək cavabını istədi! Amma tələbələrin hər biri müxtəlif cavablar verdilər ki, heç biri ustadı qane etmədi!
Ustad Hz Peyğəmbərin (s) sualını belə izah etdi ki, İslam Peyğəmbəri (s) səhabələrinin içində bir sualı demişdir ki ibadətdir: “İmanın qolu və tutulacaq yerləri olan əməllərdən hansı daha möhkəm əməl və vasitədir?! Səhabələrin hər biri furiuddindən bir vacib əməli sadaladılar! Biri namazı qeyd etdi, digəri zəkatı, başqa biri isə orucu, dördüncü və beşincisi isə həcc-ümrə ziyarəti və Allah yolunda cihadı!! Sonda suala verilən cavabların heç biri İslam Peyğəmbəri (s) tərəfindən qəbul olunmadıqda.
Hz Peyğəmbərin (s) özü buyurdu: “Sadaladıqlarınızın hamısı böyük əməllər və fəzilətli işlərdir! Amma heç bir mənim sualımın cavabı deyildir!!
İmanın ən möhkəm qolu və tutulacaq yeri olan əməl Allaha xatir sevmək və Ona görə düşmənçilik etməkdir”!...


Allah-Taala (c.c) günahları qəflətdən oyatmaq üçün birinci hansı bəlanı verər?!


Möminlərin başına gələn bəlaların əksər hissəsi insanların günahına görədir. Ona görə də əgər insan bəladan xilas olmaq istəyirsə, gərək tövbə və istiğfar etsin. İmam Səccad (ə) dua edən zaman buyurur: “Allahım! Məni cəzanla ədəbləndirmə!”. İnsanı bəla vasitəsilə ədəbləndirmək ən ağır cəzadır.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Əgər bir dəstənin içində uşaq olarsa və etdiyi günahlarına görə ona təzəkkür verilməzsə ki, ədəblənsin – Allahın onu ədəbləndirəcəyi ilk şey odur ki, ruzisini azaldar”.
Bəla – peyğəmbərlər (ə) üçün dərəcə və övliyalar üçün isə kəramətdir. Belə deyildir ki, peyğəmbərlər (ə) bəla görməsinlər. Xeyr. Bu dünyada ən ağır bəlaları məhz peyğəmbərlər (ə) və övliyalar görmüşdülər. Ancaq bəla onlar üçün nemət olduğu halda, bizim üçün cəzadır...


Qəza və qədər nədir? – Məsumların (ə) mübarək buyuruşları


İmam Əli (ə) buyurur: “Qədər – qaranlıq bir yoldur ki, onu başa vura bilməzsiniz. Dərin bir dənizdir ki, ora daxil olmayın. Allahın sirridir ki, onun üçün özünüzü əziyyətə salmayın”.
İmam Səccad (ə) buyurur: “İlahi qəzaya razı olmaq və səbir etmək – Allaha itaətin əsasıdır. Hər kim İlahi qəza qarşısında səbir və rizaya malik olar – onun üçün xeyirdən başqası olmayacaqdır”.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən qəza və qədər – Allahın iki məxluqudur”.
İmam Rza (ə) buyurur: “Qədərin mənası – bir şeyi uzununa və eninə ölçməkdir. Qəzanın mənası – hökm veriləndən sonra, (həmin) hökmü təsdiq etməkdir”.
İmam Əli (ə) buyurur: “Hadisələr İlahi qəza əsasında baş verir, nəinki insanların istəyi əsasında”....


Allah niyə insanları imtahan edir? Ayətullah Seyyid Məhmud cavab verir!


Ayətullah Seyyid Məhmud “Niyə” kitabında yazır: “İnsanlar üçün iki şey mövcuddur: biri həqiqətlərdir, biri isə o həqiqətləri dərk etməkdir.ox zaman həqiqətlər insanın dərk etdiyi ilə üst-üstə düşmür. Bunun da iki səbəbi vardır.
Biri budur ki, insanın dərk qüvvəsi zəifdir.
İkincisi isə insana dərk etməyə mane olan amillər mövcuddur. Onlardan ən güclüsü – qürur, özünəpərəstiş, nəfsini sevməkdir. Təkəbbür qoymur ki, insan həqiqətləri dərk etsin.
Təkəbbürü aradan aparmağın ən yaxşı yolu – insanın imtahana çəkilməsidir. Bu yolla bəndə öz zəifliklərini görəcək və nə qədər zəlil bir məxluq olduğunu anlayacaqdır...


Uca Allaha iftira yaxmaq (yalan nisbəti) nə deməkdir?


Allahın qəzəbinə səbəb olan günahlardan ən böyüyü – küfrdür. İnsan elə həqiqətləri gizlədər ki, əslində onları aşkar etməli idi.
Allahın qəzəblənməsinə səbəb olan başqa günah odur ki, insan Allaha yalan nisbət versin. Onun ayələrini yalan hesab etməli deyil. Bu işi müşriklər və münafiqlər görürlər.
Quran bizlərə bu əməlin nə qədər təhlükəli olduğunu bu cür bəyan edir: “Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar”. (“Ənam” 21).
Quran başqa ayəsində buyurur: “Buna görə də kim Allaha yalan yaxandan, ya Onun ayələrini təkzib edəndən daha zalımdır? Həqiqətən günahkarlar nicat tapmayacaqlar”. (“Yunus” 17). “Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!”. (“Zumər” 32)....


Rəcəb ayının son cümə günü oxunan dua insana nə belə təsiri vardır?!


Transkripsiyası: Bismilləhir-Rahmənir-Rahim. Ya Əcəllə min kulli cəlil. Ya Əkrəmə min kulli kərim. Və ya Əəzzə min kulli əziz. Əğisni, ya Ğiyasəl-mustəğisin, bifəzlikə və cudikə və kərəmikə və muddə umrəna və həbləna min lədunkə umrən, bil afiyəti ya Zəl-Cəlali vəl-İkram\'\'.Tərcüməsi:
Rəhman və Rəhim olan Allahın adı ilə. Ey, bütün cəlillərdən (uca-əzəmətlilərdən) uca və əzəmətli olan Allah!Ey, bütün kərimlərdən (bağışlayanlardan) bağışlayan və kərim olan Allah!Ey, bütün əzizlərdən (izzətlilərdən) əziz (izzətli) olan Allah!Ey, fəryad çəkənlərin fəryadına çatan Allah, Öz fəzlin, səxavətin və kərəminə xatir, mənim fəryadıma çat və ömrümü uzat. Öz lütfündən mənə afiyətli və salamat ömür nəsib et, ey Cəlal və İkram sahibi!
Hər kəs Rəcəb ayının son cümə günündə bu duanı oxuyarsa, onun ömrünə 11 il artırılar.(Mənbə: \"Mənəvi xəzinələr\" kitabı, 84 səh. 25-ci dua)


Peyğəmbərlərin (ə) və İmamların (ə) əsas vəzifəsi nə olmuşdur?


Peyğəmbərlərin (ə) və İmamların (ə) vəzifələri çox olub. Amma onların içindən ikisini seçmək olar ki, bunlar mərkəzi yer tutur:
1. Hidayət və təbliğ. Allah Təala Həzrət Adəmə (ə) və Həvvaya xitab edərək, buyurur: “Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar»”. (“Bəqərə” 38). İnsan İlahi qürb məqamına çatmaq üçün xəlq edilmişdir. Onun bu məqama çatması üçün gərək bu haqda lazımlı agahlığı olsun. Allah insana nişanələr və hidayət yolu qərar verməlidir ki, kamala çata bilsin. Uca Allah peyğəmbərləri (ə) və İmamları (ə) seçmiş və bəşərə tərəf göndərmişdir ki, onları hidayət etsinlər. Ona görə də deyə bilərik ki, peyğəmbər (ə) və İmamların (ə) əsil vəzifəsindən biri budur ki, insanlara Allahın dinini təbliğ etsin və hidayət etsin. İnsanlara aləmlərin Allahını tanıtsın. Onlara Qiyaməti, behişti, cəhənnəmi, əzabı, savabı, hesab və ədaləti tanıtsın. Namazın və başqa vacibatların Allah tərəfindən olduğunu bildirsin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .