Müslim ibn Əqilin Küfədən İmam Hüseynə (ə) göndərdiyi məktub həzrətə nə haqda şikayətçi idi?!


Müslim 30 günlük yolu iki silahdaşı ilə 20 günə qət edərək Kufəyə yetişir və ilk olaraq Muxtar Səqəfinin evinə gəlir. Müslümlə görüşən və İmama (ə) beyət edənlərin sayı hesabı yox idi. Müslüm 40 gün Kufədə qalıb vəziyyət tam öyrəndikdən və 18min kufəlidən beyət aldıqdan sonra İmama məktub aşağıdakı məzmunda məktub yazır:
“Salamun aleykum. Göndərilən məktublar öz əhlini inkar etmir (yalan deyil). 18 minə yaxın Kufəli mənimlə beyət edib. Məktubum sizə yetişən kimi təcili hərəkətə keçin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.” (Musirul-əhzan. 32) Sonra Ubeydullah ibn Ziyadın Kufəyə gəlişi vəziyyəti tam dəyişdi və kufəlilər onun qorxusundan Müslim ibn Əqili tək qoydular. Muslim Kufədə ələ keçərək şəhid edildi. Muslimin məktubu İmama (ə) onun şəhadətində 27 gün sonra yetişir. Artıq İmam Məkkədən yola çıxmışdı.


İmam Əlidən (ə) ən ağır cəzanı istəyən günahkarın aqibəti haqda hansı göstəriş verilmişdir?


İmam Sadiq (ə) nəql edir ki, Əmirəl-möminin (ə) bir gün səhabələri ilə əyləşmişdi. Bir kişi gəlir və deyir: “Ey Əmirəl-möminin! Mən zina etmişəm, məni pak et (cəzalandır)!”. Həzrət (ə) buyurur: “Evinə qayıt, bəlkə təbiətində yaxşılıq hərəkətə gələr”. İmam (ə) belə düşünür ki, etdiyi etirafı ağıl və şüuru üzərindən olmamışdır. Ancaq həmin şəxs sabahısı günü yenə gəlir və həmin sözləri deyir və onu cəzalandırmağını istəyir. İmam (ə) da ona buyurduğu sözləri yenə təkrar edir və həmin şəxs evinə qayıdır. Bu hal dörd gün davam edir və nəhayət İmam (ə) ona buyurur: “Peyğəmbər (s) belə olan zaman üç hökm buyurmuşdur, hansını istəsən seçə bilərsən. Biri budur ki, əl və ayaqlarını bağlayacaq və dağdan aşağı atacaqlar. İkincisi budur ki, səni qılıncla öldürəcəklər. Üçüncüsü isə səni atəşdə yandıracaqlar”...




Niyə Siffeyndə düşmən təqib edildi, amma Cəməldə yox?


Həzrət Əli (ə) buyurur: “Siffeyn döyüşündə küfrün rəhbəri sağ idi. Qaçanlar onun ətrafında toplaşdılar və yenidən hücum etdilər. Ancaq Cəməl döyüşündə rəhbərlərini öldürülməsi ilə yenidən toplaşmaq üçün imkanları yaranmadı”. İmam Sadiq (ə) buyurur: “Hər kim sizin dininizə tənə vurar, mütləq kafir olar”. Sonra yuxarıdakı ayəni tilavət etdi. Bəs bu ayə nə demək istəyir? Dində mürtəd olmaq – əhdi pozmağın nümunələrindən biridir. Hər kim dinə tənə vurar və onu məsxərə edər – cəzası var. Beləliklə deyə bilərik ki, Həzrət Peyğəmbərin (s) zamanında olduğu kimi, bizim zamanımızda da dinə tənə vuranların və məsxərə edənlərin sayı heç də azalmamışdır. Əslində bu insanlar kafirdirlər – yəni haqqı gizlədəndirlər və yaxşı bilirlər ki, İslam dini haqq dindir və hər kim onun ardınca gedər, səadətə çatar...


“Ey Allahın rəsulu (s) axir-zamanda möminlər halı necə olacaq?”- deyə İmam Əli (ə) soruşdu


Möminlərin bu deyilən zamanda mənəvi əziyyət çəkməsi, baş verən fəsadlar qarşısında ürək yanğısı ilə susması daha daha çox kədərvericidir. İman əhlinin axir-zamandakı halına işarə edən hədislərdən biri də Peyğəmbərin (s) İmam Əliyə (ə) dediyi kəlamdir. Peyğəmbər (s) buyurub: “Tezliklə bir fitnələr olar ki, iman əhli (möminlər) hadisələri nə əlləri ilə, nə də dilləri ilə dəyişə bilməzlər (təsr edə bilməzlər).” İmam Əli (ə) soruşdu: “Ya rəsuəllah (s) o zaman onların arasında mömin olacaq?” Peyğəmbər (s) buyurdu: “Bəli!” İmam (ə): “Bu hadisələr onların imanından bir şey azaldacaqmı?” Peyğəmbər (s) buyurdu: “Xeyr! Necəki yağış damcıları Səfa qayalarından bir şey qopara bilməz, onların imanı da bu cürdür (qaya kimi). Möminlər bu fitnələrə qəlbləri ilə etiraz edərlər!” (Əmali Şeyx Tusi-302)


Peyğəmbərin (s) dəfələrlə xatırlatdığı 3 fitnəkar dəstə kimlər idilər?


İmam Sadiq (ə)-dan nəql olunan bir hədisin daxilində buyrulur ki, Peyğəmbər (s) həyat yoldaşı Ummu Sələməyə buyurdu: “Ey Ummu Sələmə əyləş və şahid ol! Bu Əli ibn Əbu Talib müsəlmanların ağası, müttəqilərin İmamı, nur və iman əhlinin rəhbəridir. Bu şəxs Qasitin, Nakisin və Mariqini qətlə yetirəndir (onlarla döyüşəndir). Ummu Sələmə deyir soruşdum bunlar kimdir? Həzrət (s) buyurdu: Nakisinlər Mədinədə beyət edib, Bəsrədə bu beyəti sındıranlardır. Qasitinlər Muaviyyə və Şam əhlindən olan tərəfdaşlarıdır. Mariqin isı Nəhrivan əhlidir.” (Əmali-Səduq. 381) Həmçinin Hz. Əli (ə) “Şiqşiqiyyə” xütbəsində belə bir mətləbə işarə edərək buyurur: Ayağa qalxıb xilafəti ələ aldığımda bir dəstə beyətini sındırdı (Nakisin-Cəməl döyüşü), bir dəstə itaətdən üz döndərib dindən çıxdı (Mariqin-Nəhrivan döyüşü) və bir dəstə isə məqam və rəyasət arzusu ilə haqqa itaətdən üz döndərdi (Qasitin-Müaviyyə və Şam əhalisi).


Niyə Muxtar qalib olandan sonra hökuməti İmam Səccada (ə) tapşırmadı?


... Qeyd etmək lazımdır ki, Muxtar İraqı xüsusilədə Kufə və ətrafı yalnız il yarım nəzarətdə saxlaya bildi. Muxtar kufəlilərə və iraqlılara yenə arxayın deyildi. Bunu təcrübədən keçirmiş İmam Səccad necə yenidən kufəli əyanların vədinə aldana və onlara arxalana bilərdi?!
Bundan əlavə İmam Səccad ailəsilə birgə Hicazda Mədinədə yəni Muxtarın məğlub etdiyi Abdullah ibni Zubeyrin hakimiyyəti nəzarətində yaşayırdı və buradan Muxtara aşkar şəkildə verilən dəstək təhlükələrə səbəb ola bilərdi.
Suala cavab olaraq demək olar ki, əslində Muxtar qiyamdan əvvəl İmama məktub yazmaqla ondan legitimlik istəmişdi. İmam da bunu Məhəmməd Hənəfiyyə vasitəsilə Muxtara vermişdi. Buna əsasən Muxtar hakimiyyəti İmam tapşırmayıb sualı əsassızdır.


Həzrət Abbasa (ə) xas olan 4 xüsusiyyətlər hansılardır?


Abbas ibni Əli (ə) elə bir mənəvi dərəcədə olan insan idi ki, onu qalan şəhidlərdən daha yuxarı məqama çatdırmışdı. İmam Sadiq (ə) onun barəsində buyurur: “Peyğəmbərin (s) yadigarı olduğu üçün Həzrətin (ə) təsliminə, təsdiqinə, vəfasına, xeyirxahlığına şəhadət verirəm”. Bu nurani hədisdə Həzrət Abbasın (ə) dörd mühüm xüsusiyyəti bəyan edilmişdir ki, onlara nəzər salaq.
1. Təslim məqamı. Hər kim təvəkkül məqamına çatar, özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər.
2. Təsdiq məqamı. Təslim məqamında olan insan yaxşı bilir ki, kimin vilayətini təsdiq etmək lazımdır. Ona görə də İmam (ə) nə buyurarsa, hamısını haqq bilər.
3. Vəfa məqamı. Allah həqiqi möminlərin sifətlərini sayan zaman, buyurur: “Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tövhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar”. (“Rəd” 20)...


Quranda adı keçən və təhdid edilən “Əshabul-uxdud” kimlərdir?


Quranda adı keçən və təhdid edilən “Əshabul-uxdud” kimlərdir?... “Qəsəsul-ənbiya” kitabında İmam Sadiq (ə) Hz. Əlidən (ə) nəql edir ki, Allah Təala həbəşli bir peyğəmbəri qövmünü doğru yola dəvət etmək üçün onlara göndərdi. Peyğəmbər onları Allahın dininə dəvət edirdi. Qövmündən kafir olanlar iman gətirənlərlə döyüşdü və möminləri məğlub edib içində yanar tonqal olan xəndəyə tökürdülər. Hətta deyirdilər kim bu peyğəmbərdən üz çevirsə azaddır, ondan dönməyənlər isə odda yandırılacaq. Beləcə böyü bir kütlə peyğəmbərdən üz çevirdi, çoxlu sayda insan isə oda atılıb yandırıldı. Qeyd edək ki, Nəcran hazırda Səudiyyənin Yəmənlə sərhəddində yerləşən bir əyalətdir.


İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?


İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?“Nəcaşi” (nequs, nquse) konkret bir şəxsin adı deyil, ümumilikdə Həbəşistan hökmdarlarının ləqəbi idi...O və ya ondan əvvəlki nəcaşi Həbəşistana hicrət etmiş müsəlman mühacirlərə sığınacaq vermişdi. Hicri 7-ci (miladi 628-ci) ildə İslam Peyğəmbərinin məktubunu alan nəcaşi o həzrətə öz ehtiramını bildirərək bir neçə hədiyyə göndərdi. Rəvayətə görə, hətta nəcaşi gizli şəkildə İslam dinini qəbul etmiş, amma bunu camaata bildirməmişdi. Nəcaşi iki il sonra vəfat etdi. Onun vəfat xəbəri Mədinəyə gəlib-çatmazdan əvvəl Peyğəmbər bu barədə öz səhabələrinə məlumat vermiş və nəcaşinin ruhuna qiyabi olaraq cənazə namazı qılmışdı.


Hz. Əli (ə) ədalətini əks etdirən tarixi rəftarı – Qardaşı Əqilin etirazına cavabı nə olmuşdur?


Hz. Əli (ə) ədalətini əks etdirən tarixi rəftarı – Qardaşı Əqilin etirazına cavabı nə olmuşdur?Hz. Əli cazibəsi və sevgisinə sahib olmaq üçün ilk növbədə onun (ə) ədaləti ilə barışmalısan! Tarixdə qeyd olunur ki, İmam Əli (ə) xəlifəliyinin ilk günlərində minbərə çıxıb Allaha həmd və sənadan sonra camaata belə müraciət etdi: “Allaha and olsun ki, sizin qənimətlərinizdən bir dirhəm belə mənimsəməmişəm! Mənim bu Mədinədəki tək sərvətim bir xurma ağacımdır. Elə isə təsdiq edin! Əgər belə deyilsə o bir ağacdan da özümü məhrum edib, onu sizə verəcəm!” Bu zaman İmamın (ə) qardaşı Əqil qyağa qalxıb dedi: And olsun Allaha! Sən məni mədinəli qara bir şəxslə bir tutursan?! İmam (ə): \"Otur yerinə! Burda səndən başqa bir şəxs yoxdur ki, danışsın?! Sənin o, qara dərilidən nə kimi üstünlüyün var? Yoxsa iman, təqva və ya savabda ondan üstnsən?! Tək üstünlüyün ondan əvvəl İslamı qəbul etməndir! Əsl üstünlük iman, təqva, axirət üstünlüyüdür!”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .