Sünni mənbələrində salavat barədə belə yazılıb!


Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: \"Cümə günü günlərinizin ən fəzilətlisidir. Çünki Cümə günü Adəm (ə) xəlq edildi, Cümə günü vəfat etdi, Cümə günü (ruhların məhşərə toplanması üçün) Sur çalınacaq (ən-nəfxətu), Cümə günü bütün canlıların ölməsi üçün \"səs\" (əs-sə`qətu) qopacaq. Belə isə Cümə günü mənə çox salavat göndərin. Həqiqətən də sizin salavatlarınızın mənə çatdırılır\".Soruşdular: \"Ey Allahın Rəsulu! Bizim salavatımız sənə neçə çatdırılacaq, halbuki sənin sümüklərin də çürüyüb (və torpağa qarışıbsan)?\" Peyğəmbər (s) buyurdu: \"Allah-Taala peyğəmbərlərin cəsədlərini yerə haram etmişdir – (yəni torpaq onların bədənlərini çürütmür)\".
1). Əhli-Sünnə İmamı Əhməd ibn Hənbəl (vf. 241 hq), \"əl-Müsnəd\", c.26, s.84, hədis:16162.
2). Əhli-Sünnə hədis alimi İmam Darimi (vf. 255 hq), \"əl-Müsnəd\" (əs-Sünən), c.2, s.981, bab:206, Cümə gününün fəziləti babı, hədis: 1613 – (Darul-Müğni çapı, Ərəbistan).


Məsum imamların Quyu ilə dərdləşməyinin hikməti nə idi?!


Meysəm Təmmardan nəql olunan hədisə əsasən, İmam Əli (ə) quyu ilə dərdləşirdi. İmamın (ə) quyu ilə dərdləşməsi – əslində Həzrətin (ə) Uca Allahla münacatı idi. Elə sirlər var idi ki, İmam (ə) onu insanlara deyə bilmirdi, onları qoruyurdu. Və belə olan halda, quyu vasitəsilə qəlbində olanları Allaha deyə bilərmiş.
Bəzən insan münacat edən zaman bəzi məkanların ona xüsusi təsiri olur. Həmin məkanda Allahla münacatı daha hüzurlu olur. Ola bilsin ki, İmamın (ə) quyuya dərdini deməsi məhz bu amillə bağlıdır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, səhabələrindən birinə buyurur: “Nə zaman ürəyin sıxılsa, bir çuxur qaz və sirrini onun daxilinə söylə”.
Bunu qeyd etməliyik ki, İmam Əli (ə) məsum İmam (ə) idi və onun tutduğu məqam və bildiyi elm, adi insanlar üçün dərk olunası deyil. Əgər İmam (ə) quyu ilə dərdləşirdisə, bunun dərin hikməti və fəlsəfəsi vardır. İmamın (ə) qəlbində o qədər sirlər vardı ki, onu əgər insanlarla bölüşsəydi, onlar bu sirlərə tab gətirə bilməzdilər. Ona görə də İmam (ə) bəzən qəlbində olanları boşaltmaq üçün sirlərini quyuya söyləyər, Allahla münacat edərdi. Bu yolla hüzur əldə edərdi....


Haqlı kim idi Aişə yoxsa İmam Əli (ə): Səbəb yoxsa bəhanə!!


Allahın Adı İlə --\"Aişə, Həzrət Əli (ə) ilə döyüşə hansı səbəbə görə getmişdi?\"
Səqifə məktəbinin ən böyük alimlərindən olan Məhəmməd İsmayıl əl-Buxari öz \"səhih\" əsərində yazır: Rəvayət edilir ki, Əbu Bəkrə demişdir: “Cəməl döyüşündə mən az qala bu döyüşdə vuruşanlara qoşulub onlarla bərabər (Əliyə) qarşı vuruşa­caq­dım, (lakin) Allah (məni saxladı,) Peyğəmbərdən (s) eşitdiyim bir kəlmə sa­yə­sin­də mənə fayda verdi.” (Bir zaman) farsların Xosrovun qızını özlərinə baş­çı təyin etməsi xəbəri Pey­ğəmbərə (s) gəlib çatdıqda o buyurmuşdu: “Hakimiyyəti qadına həvalə edən bir tayfa heç vaxt nicat tapmaz.” (əl-Buxari, 4445) \"Səhih-Buxari\", Meğazi kitabı, 84-cü bab, hədis 418 (4425) Əlixan Musayev, \"Səhih Buxari Müxtəsəri\", Hərbi yürüşlər kitabı, 47-ci fəsil, hədis 1692...


Şeytan Lənətullahın dilindən sədəqə verməyin hansı 6 faydası sadalanmışdır?!


Həzrət Peyğəmbər (s) bir gün şeytanı görür və ona bir neçə sual verir ki, onlardan biri də bu idi: “Ey məlun! Ümmətimin sədəqə verməsi sənin üçün necədir?
Sədəqənin mənfəəti nədir?”. Şeytan Həzrət Peyğəmbərin (s) cavabında deyir:
“Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində 6 mənfəət vardır: əvvəl budur ki,
= sədəqə verməklə mal nəinki azalar, bəlkə hər gün artar.
=İkincisi budur ki, sədəqə verənin ömrü uzanar və anidən gələn ölüm aradan qalxar.
=Üçüncüsü budur ki, sədəqə verməklə insan zəngin olar və yoxsulluq aradan gedər...


İblisin İlahi dərgahdan qovulmasının əsil səbəbi nə olmuşdur?


Adətən belə bəyan edilir ki, İblis Allaha itaətsizlik etdiyi üçün İlahi dərgahdan qovulmuşdur. Bəli, əslində bu, İblisin (lən) əməli günahı idi. Ancaq əsas buna görə cənnətdən qovulmamışdır. Onun qovulmasının əsil səbəbi – etiqadi günah idi. Bu günahın ağırlığı əməli günahdan daha böyük idi.
İmam Əli (ə) buyurur: “Allahın İblislə rəftarından ibrət götürün. O halda ki, uzun ibadət və əməlləri ki, 6 min il Allaha bəndəlik etmişdi – bir saat təkəbbür etməsi ilə bada getmişdir”. İnsan çox sayda günah edir və itaətsizlik edir. Ancaq bunların içərisində təkəbbür günahı ən böyük günah hesab olunur.
Bəli, Allah Rəhimdir. Ancaq insan gərək bu rəhmət ardınca olsun ki, rəhmət də ona şamil ola bilsin. Tövbələr o zaman qəbul olar ki, günahkar öz günahını dilinə gətirər və bağışlanma istəyər...


Bu münafiqin İmam Hüseynə (ə) qarşı vuruşacağını Həzrət Əli (ə) öncədən demişdi!


Kərbəla hadisəsinin ən alçaq şəxsiyyətlərindən biri də Şəbəs ibni Rəbiədir. O, Kufənin ən zəngin insanlarından idi. Onu min sifətə malik olan insan kimi də tanıtmaq olar. Siffeyn döyüşündə İmam Əlinin (ə) tərəfində idi, ancaq Nəhrivanda xəvariclərə qoşulmuşdu. İmam Əli (ə) onun haqqında belə xəbər vermişdir: “Əgər Peyğəmbərlə (s) birlikdə münafiqlər vardısa, bizimlə də vardır. Allaha and olsun ki, Şəbəs, oğlum Hüseynlə (ə) vuruşacaqdır. Allahın Peyğəmbəri (s) mənə belə xəbər vermişdir”.
Bərə ibni Azəb isə İslam tarixinin ən görkəmli şəxsiyyətlərindən olmuşdur. Onu Peyğəmbərin (s) və İmam Əlinin (ə) səhabəsi hesab edirdilər. O, Qədir-Xumu nəql edənlərdən biri olmuşdur. Peyğəmbər (s) vəfat edəndən sonra birinci xəlifəyə beyət etməkdən imtina etmişdir. Lakin bütün bunlara baxmayaraq, Kərbəla hadisəsində İmam Hüseynə (ə) yardım etməkdən çəkinən insanlardan olmuşdur. İmam Əli (ə) onun haqqında əvvəlcədən xəbər vermişdi....


İmam Həsənin (ə) Müavilə ilə bağladığı sülhə narazı olanlara həzrətin cavabı nə oldu?!


Şeyx Səduq, İmam Həsəndən (ə) belə bir hədis nəql etmişdir ki, Müaviyə (lən) ilə müqavilə bağladıqdan sonra, o Həzrətə (ə) etiraz edənlərə cavabdır.
Bu hədisdə Həzrət İmam Həsən (ə) buyurur: “Vay olsun sizə! Bilmirsiniz ki, mən nə edirəm? Allaha and olsun ki, mənim davamçılarım üçün etdiyim əməl, Günəşin üzərinə doğduğu və batdığı şeydən daha üstündür. Bilimirsiniz ki, mən sizin İmamınızam? Məgər mən Peyğəmbərin (s) buyurduğu kimi, behişt cavanlarının sərvərlərindən biri deyiləmmi?”
Deyirlər: “Bəli”. Həzrət (ə) buyurur: “Bilmirsiniz ki, Xızır gəmini deşən və divarı bərpa edən və nökəri öldürən zaman Musanın (ə) qəzəbinə uğramışdı. Ona görə ki, bu işlərin hikmətini bilmirdi. Bu əməl də Allah Təala yanında hikmət və savab əsasındadır...


Yezidin (lən) oğlu, ata-babalarının əməllərindən peşman oldumu?


Yezidin (lən) oğlunun adı Müaviyyə idi. Muaviyyə ibni Yezid (lən) ibni Müaviyyə (lən) adlı bu insanın anası – Bəni-Haşimdən olan Utbə ibni Rəbiyyənin qızı idi.
O, Yeziddən (lən) sonra 4 ay xəlifəlik etmişdir. Müaviyyə ibni Yezid (lən) insanlara dediyi xütbələrin birində bəyan edir: “Ey insanlar! Biz sizə giriftar olmuşuq və siz də bizə giriftar olmusunuz. Sizin bizə qarşı tüğyanınızdan xəbərsiz deyiləm. Bilin ki, cəddim Müaviyyə ibni Əbu Süfyan hökumət üstündə elə insanla döyüşə girdi ki, o, hökumət üçün daha layiqli idi. Müsəlman olmaqda daha çox ləyaqəti var idi. İlk mömin olan insan idi. O, Allahın göndərdiyi Rəsulun (s) əmisi oğlu idi və xatəm Peyğəmbərin (s) yadigarlarının atası idi. Onun sizinlə münasibətləri bilirsiniz. Siz də ona etdiklərinizi inkar edə bilməzsiniz. O zaman ki, atam hökuməti öz əlinə aldı, halbuki xəlifə olmağa layiq deyildi, həvəs atına mindi və öz səhvini yaxşı iş kimi tanıtdı. Günaha düçar oldu və etdiklərinin əsiri oldu”. Bu zaman Müaviyyə ibn Yezid ağladı və davamında dedi: “Bizim ən böyük dərdimiz budur ki, onun (Yezidin) yerinin necə pis olduğunu yaxşı bilirik. O, Peyğəmbərin (s) Əhli-Beytini (ə) öldürdü və hərəmin hörmətini aradan apardı. Kəbəni yandırdı.


İlk cümə namazı nə vaxt və harada qılınmışdır?


Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman ilk cümə namazını təşkil edir. Onlar Mədinəyə daxil olan zaman Rəbiul-Əvvəl ayının 12-si və bazar ertəsi günü idi. Həzrət (s) dörd günü Quba məscidində qalır və o məscidi inşa edir. Sonra da cümə günü Mədinəyə hərəkət edir. Cümə günü Bəni-Salim adlı yerə çatır. İlk cümə namazı mərasimini orada əda edir. Bu namazda cümə xütbəsi də deyir. Bu, Həzrətin (s) Mədinədə dediyi ilk xütbə idi. İmam Baqir (ə) buyurur: “(Məsum) İmam olan zaman cümə namazına toplaşmaq vacibdir. Nə zaman bir kişi üzrü olmadan üç cümə namazını tərk edərsə, vacib əməli tərk etmiş olar. Vacib əməlini heç kim üzrü olmadan üç dəfə tərk etməz, münafiqdən başqa”.
Cümə xətibi çox ayıq və mütaliə əhli olmalıdır. Bu böyük mərasimdən İslami hədəflər üçün istifadə etməlidir. İmam Rza (ə) buyurur: “Cümə günündə ona görə xütbə müəyyən edilmişdir ki, cümə namazı ümumi bir proqramdır. Allah müsəlmanların əmirinə imkan verir ki, insanlara moizə etsin. Allaha itaətə təşviq etsin və İlahi günahdan qorxutsun. Onları din və dünyalarının faydasına olan şeylərlə agah etsin. Müxtəlif yerlərdən ona çatan mühüm hadisə və xəbərləri onlara çatdırsın”....


İmam Hüseynin (ə) şəhadətindən sonra Zülcinahın aqibəti necə oldu?


Tarixçilərin nəql etdiyinə görə, bu vəfalı at qarşısına çıxan düşmənlərinə təpik atır və onları İmama (ə) yaxınlaşmağa qoymurdu. Onların çoxunu həlak etmişdi. İmam Hüseyn (ə) şəhid olandan sonra, Zülcinah qanlı halda xeymələrə tərəfə gəlir. Ürək yanan kükrəməsi ilə İmamın (ə) şəhadət xəbərini verir. Bəs bu vəfalı atın aqibəti necə oldu?
Tarixin nəql etdiyinə görə iki varinat vardır. Biri budur ki, at xeymələrin kənarında başını o qədər torpağa sürtdü ki, can verdi və öldü.
Bəzilərinin nəql etdiyinə görə isə, Aşura hadisəsindən sonra bu at itir və bu hadisədən sonra heç kəs onu görmür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .