Məmun niyə öz qızının İmam Cavadla (ə) evliliyində israr etdi?


Məmun niyə öz qızının İmam Cavadla (ə) evliliyində israr etdi? Məmunun bu evlilikdə bir çox səbəbləri var idi, o cümlədən:
1. Qızını İmamın (ə) evinə göndərərək, düşünürdü ki, onu davamlı olaraq öz kontrolu altında saxlayacaqdı.
2. Öz avam düşüncəsinə görə, niyyət edirdi ki, İmamı (ə) saray əhlinin məclislərinə yaxınlaşdırsın.
3. Bu qohumluq əlaqəsi ilə Əli (ə) sevərlərin qiyamının qarşısını almaq istəyirdi.
4. Bəzən avamcasına deyərdi: “Mən bu evliliyi ona görə istəmişəm ki, qızımın İmamdan (ə) övladı olsun və mən də Peyğəmbər (s) övladının babası olum”.
Ancaq onun bu arzusu ürəyində qalır və qızının övladı olmur.


Dül-dülü Peyğəmbərə (s) kim bağışlayıb?


Dül-dülü Peyğəmbərə (s) kim bağışlayıb? Həzrət Peyğəmbər (s) İslamı yaymaq əmri alanda 6 ölkəyə 6 səfir göndərdi. 4-cü səfir Misirə, İsgəndəriyyəyə göndərilmişdi. Qibti məsihilər İslama dəvət edildi. Qibtilərin şahı Muqəvqis (مقوقس) adı ilə tanınırdı. Muqəvqis son peyğəmbər haqqında eşitmişdi. Məktubu hörmətlə alıb oxudu və İslamı qəbul etdi. Cavab məktubu ilə birlikdə Peyğəmbərə Dül-dülü hədiyyə göndərdi...


Ölüləri dirildən Həzrəti İsanın (ə) sağalda bilmədiyi xəstəlik hansı idi?


Baş verən hadisələrin səbəkarı insandır. İnsanın düşüncə və şəxsi rəyidir, özünü bəyənmək xəstəliyidir. İmam Sadiq (ə) buyurub: “ Hər kəs özünü və öz rəyini bəyənsə həlak olar. Hz İsa (ə) buyurub: Mən xəstələri sağaltdım, Allahın izni ilə onlara şəfa verdim. Mən anadan gəlmə korları və ölüləri Allahın izni ilə sağaltdım və diritdim (Maidə/105). Amma nə qədər istədim axmağı müalicə edə bilmədim. Soruşdular ey Allahın Peyğəmbəri axmaq kimlərir? Dedi: Özünü və öz fikirini bəyənən. O kəslər ki: 1-Bütün fəzilət və üstünlükləri özündə görə 2-Özündə heç bir eyib görməyə, 3- Haqq və hürüqları özü üçün bilə, 4-Başqalarının da onun boynunda haqqı olduğunu düşünməyə...


Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi?


Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi? Qum şəhəri Məsumə xanımdan öncə quraqlıq və kasıbçılığın hökm südüyü kiçik bir kənd imiş. Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini bir dini-elmi mərkəzə çevirmişdir. Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib. Həzrət Məsumə hazırda َQumda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır... Ayətullah Əbdül-Kərim Hairi 1922-ci ildə Qum şəhərində Elmiyyə Hövzəsi təsis etdikdən sonra bütün islam dünyasından elm araşdırmaçıları və tələbləru bu şəhərə axışmağa başladı.


İmam Əli (ə) beytul-mala xəyanət edənlə necə rəftar etdi? Görünməmiş cəza !


İmam Əli (ə) beytul-mala xəyanət edənlə necə rəftar etdi? Görünməmiş cəza ! O Həzrətin xilafəti vaxtında xəbər çatdırırlar ki, Əhvaz bazarına təyin etdiyi cavabdeh şəxs xəyanət edir. Bunu eşidən İmam (ə) o şəhərin baş məmuruna belə yazdı: - Eləki məktubumu oxudun bazar məmuru İbn Hərməni bazar nəzarətindən uzaqlaşdır. Onu zindana at, onun abırını apar! Əhvazın ətraf bölgələrinə də yaz ki, mən Əli onun üçün belə bir aqibət qərar verdim. Məbadə onun cəzasını verməkdə qəflət edəsən yaxud zəiflik edəsən. Yoxsa Allah yanında xar olarsan. Yoxsa ən pis halda mən səni işdən kənar edəcəm. Allah bunu göstərməsın. Eləki cümə gününə yetışdiniz onu zindandan çıxart və ona 35 şallaq vur. Onu bazara apar. Kimsə təsdiq edə ki, İbn Hərmə ondan bir şey alıb, o zaman o kəsə and içdir...


İmam Əlinin (ə) daima qılıncının qınında saxladığı kətibə nə haqda idi?


İmam Əlinin (ə) daima qılıncının qınında saxladığı kətibə nə haqda idi? Bu kitabça kiçik yazı məcmuəsi kimi Əli (ə)ın qılıncının qınında qorunurdu. Əhli-Sünnə mənbələrində bu kitabça barəsində hədisdə buyrulur:” Əbu Cəhifə deyir: Soruşdum Ya Əli sizin yanınızda başqa bir kitab ( yəni Qurandan savayı ) varmı? Həzrət buyurdu: - Xeyr bizim yanımızda elə bir şey yoxdur. Amma hər kim Allahın kitabından nəyi dərk edib, başa düşüb bilirsə bu kitabcada vardır. Soruşdum o səhifə nədir ki? O cənab buyurdu: -Bu kitabcada diyəyə aid (gizli, həssas) hökümlər, qulların azad olması barədə olan hokümlər, bir müsəlmanın kafiri öldürməsinə görə qisas edilməməsi və sair yer alıb.”


Öncəki dinlərdə Qədr gecəsi olubmu?


Öncəki dinlərdə Qədr gecəsi olubmu? Necəki ƏhliBeyt (ə)-dan nəql edilən bir rəvayətdə deyilir: Həzrəti Musa (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur.” Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm.” Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar.” Musa (ə) buyurdu: “İlahi! Sirat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm.” Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar.” Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!” Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (Allahı zikr edib “Subhanallah” deyən) adama şamil olar.” Musa (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm.” Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar.”...


İmam Əlidən (ə) bir suala gözəl cavab?!


İmam Əlidən (ə) bir suala gözəl cavab?! İbn Abbasdan soruşdular: “Günlərin ən yaxşısı, ayların ən yaxşısı və əməllərin ən yaxşısı hansıdır?” Dedi: “Günlərin ən yaxşısı Cümə günüdür. Ayların ən yaxşısı Ramazan ayıdır. Əməllərin ən yaxşısı isə beş namazı əvvəl vaxtında qılmaqdır.”
Bu sualı Həzrət Əlidən (ə) də soruşdular, buyurdu: “Məğribdən məşriqəcən bütün alimlərdən bu sualı soruşsanız bu cavabı verəcəklər. Amma mən deyirəm ki, əməllərin ən yaxşısı Allah dərgahında qəbul olunanı, ayların ən yaxşısı tövbə etdiyin ay, günlərin ən yaxşısı isə imanla Allaha tərəf getdiyin aydır.”


Tanınmış şəxsiyyətlər - İbn Vəqqas, ibn Ömər və Məhəmməd Sələmə nə üçün İmam Əli (ə) ilə düşmənçilik edirdilər?


Tanınmış şəxsiyyətlər - İbn Vəqqas, ibn Ömər və Məhəmməd Sələmə nə üçün İmam Əli (ə) ilə düşmənçilik edirdilər?Əmmar Yasir (r) Abdullah ibn Ömər, Səd ibn Əbi Vəqqas və Məhəmməd Sələmənin yanına gəlib dedi: Təlhə və Zübeyrin fitnəsinə qarşı xəlifəyə dəstək olun!! Onların hər biri bir bəhanə gətirərək şəri vəzifədən boyun qaçırdılar. Əmmar onlarla etdiyi görüşün nəticəsi haqqında İmam Əliyə (ə) məlumat verdi!! Əmirəlmöminin (ə) onların müxalifətçiliyinin səbəbini belə açıqladı: İmam Əli (ə) Əmmara dedi: Bu dəstələrdən əl çək nəsihət eşidən deyillər. Çünki Abdullah ibn Ömər zəif insandır, Səd ibn Əbi Vəqqas isə paxıl insandı, amma Məhəmməd ibn Sələmənin yanında mənim günahım budur ki, qardaşı Mərhəbi Xeybər döyüşündə həlak etmişəm. (əl-İmamə vəs-siyasə kitabı, cild-1, səh: 52)...


Kəramət: İmam Əli (ə) ağac və torpağı salamlayanda, nə baş verdi?


Kəramət:  İmam Əli (ə) ağac və torpağı salamlayanda, nə baş verdi?Hz Peyğəmbər (s) İmam Əlini (ə) Yəmənə göndərir ki, insanlar arasında sülh yaratsın, İmam Əli (ə) Həzrətə (s) buyurur: “Ey Allahın Rəsulu! Oranın cəmiyyəti çoxdur. Onların içərisində elə insanlar var ki, ömürləri keçmişdir, ancaq mən cavanam”. Hz Peyğəmbər (s) buyurur: “Əli! Nigaran olma! Yəmənin yaxınlığında Əfiq adlı yerə çatanda dayan və yüksək səslə de: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir”. İmam (ə) buyurur: “Peyğəmbərin (s) tövsiyəsini yadımda saxlayıb, Yəmənə yollandım. Əfiq çölünə çatan zaman Yəmən əhalisini gördüm. Onlar nizə və kamanla mənə hücum etməyə hazırlaşırdılar. Mən də Peyğəmbərin (s) verdiyi tövsiyə ilə yüksək səslə dedim: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir””...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .