Ustad Misbah Yəzdi Namazın qəbul olunması üçün hansı dörd şərtləri qələmə almışdır?!


  Namazın ilk qəbul şərti -  İnsan kamillik yolunu keçib həqiqi səadətə çatmaq üçün həm Allah, həm də Allahın bəndələri ilə əlaqəni möhkəmləndirməlidir. Allahla əlaqəni möhkəmləndirməyin ən yaxşı yolu namazdır. Əlbəttə ki, dini vəhyə əməl et


Başqalarından eyib tutmağın pis sonucu və küfrə yaxınlaşma səbəbidir?!


Eyib tutmanın pis aqibəti

Başqalarının səhv və xətalarını deməkdə məqsəd onları rüsvay etmək olarsa, şübhəsiz, bir gün Allah-təala onu da xalq arasında rüsvay edər. İmam Baqir(ə) Peyğəmbər(s)-dən belə nəql edir: "Ey dilində müsəlman olub qəlbi ilə


Tövbəni kamilləşdirən beş müstəhəb əməl hansılardır?!


Yaxşı olar ki, tövbə etmək istəyən insan bəzi müstəhəb qaydalara əməl etsin. Əslində tövbənin həqiqəti odur ki, insan qəlbində peşman olsun. Həmçinin bu peşmançılığı əməlində də nümayiş etdirsin. Haramlardan çəkinsin. Tövbənin özünəməxsus müstəhəb əməlləri vardır ki, onlarla tanış olaq:
1. Üç gün oruc tutmaq. İmam Sadiq (ə) buyurur: “Allahın əmr etdiyi Nəsuh tövbəsi – çərşənbə günü, cümə axşamı günü və cümə günündə oruc tutmaqdır”.
2. Tövbə qüslü almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, günah etsin, sonra peşman olsun və tövbə etsin, məgər o halda ki, Allah ona bağışlanma ilə nəzər salar”. Sonra Həzrət (s) tövbə etmək istəyən insana buyurur: “Ayağa qalx və qüsl al və Allah üçün səcdə et”...


Əməlin Allah üçün olub-olmamasını bilmək üçün asan test necə edilməlidir?!


...O alim dedi: “Mən o zaman ki, Nəcəfdə Məsnəvini şərh etməyə başlamışdım, mərifət əhlindən biri mənə buyurdu: “Filankəs, əgər yazdığın bu şey bir gün başqa birinin adı ilə nəşr olunarsa, ya misal üçün desələr ki, filan dağın arxasından tapılmışdır və kimin tərəfindən yazıldığı məlum deyildir – daxilində narazı olarsanmı?
Əgər görsən ki, narazısan – o zaman bu vərəqləri yu və kənara at. Zəhmətin yersiz olmuşdur.
Ancaq görsən ki, sənin üçün fərqi yoxdur və səni narahat etmir – deməli bu işi Allah üçün etmisən”.
Mən də o gündən niyyət etdim ki, bu işi Allah üçün görürəm və əgər başqasının adı ilə nəşr edilərsə, məni narahat etməyəcəkdir”...


Çoxlu salavat deməyin insan həyatında dünya və axirət xeyirlərindən 40 nümunəsi hansılardır?!


Salavat və onun fəziləti-
1-Allah-taala Qurani-kərimdə buyurur: \"Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! (Siz də) Peyğəmbərə salavat göndərin, salam deyin və (onun əmrinə) tabe olun!”
2-İmam Sadiq (ə) buyurmuşdur: \"Qiyamət günündə ən fəzilətli əməl Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdir.”
3-İmam Sadiq (ə) buyurmuşdur: \"Həzrət Mühəmməd (s)-in adı çəkiləndə o həzrətə çoxlu salavat göndərin; çünki hər kəs o həzrətə bir salavat göndərsə, Allah-taala min mələklə birgə ona min salavat göndərər. Belə bir savabı qazanmaq məqsədində olmayan şəxs nadandır, Allah, Peyğəmbər və onun Əhli-beyti ondan qəzəblidir...


Hz Peyğəmbər (s) İmam Sadiq (ə) göz dəyməyə qarşı hansı tapşırığı verirlər?!


Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi həqiqətdir. (Göz dəyməsi) kişini qəbirdə və dəvəni qazanda qərar verər”.
İmam Rza (ə) buyurur: “Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver və sonra “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”), “Nas” və “Fələq” surələrini oxu. Hər iki əlini üzünə çək. Allah səni onun ziyanından qoruyar”. İmam Əli (ə) buyurur: “Sehr və göz dəyməsi həqiqətdir”.
İmam Sadiq (ə) buyurur: “Əgər sizlərdən kimsə qardaşındakı nəyəsə təəccüb edərsə, 3 dəfə desin: “Maşəallah lə həvlə və lə quvvətə illə billahil-aliyyil-azim”...


İslam və müsəlmanlığın dərəcələri hansı 4 qismə bölünür?!


İSLAM VƏ MÜSƏLMANLIĞIN DƏRƏCƏ VƏ BÖLÜMLƏRİ:
Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.

İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bəzən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. \"Zuxruf” surəsinin 69-cu, \"Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.


Duanın qəbulunda təxir, gecikmənin hikməti nədir?!


Həyatda çatışmazlıqların olması insanın Allahına qarşı pis zənnə düşməsinə səbəb olmamalıdır. Çünki O bəndəsinin xeyrinin nədə olduğunu daha yaxşı bilir. İnsan istəklərinin çox tez həyata keçməsi və dualarının çox tez qəbul olmasını gözləməməlidir. Bir çox hallarda insanın xeyiri və məsləhəti istəklərinin bir az da gec qəbulunda ola bilər. Hətta bəzi vaxtlar insanın məsləhəti duasının bu dünyada qəbul olmayıb, axirəti üçün azuqəyə çevrilməsində ola bilər. Demək, bizim Allaha qarşı pis zənnə düşməyimizə heç bir şey səbəb ola bilməz.
\"Bir çox hallarda duamın qəbul olmasının təxirə düşməsi mənim üçün daha yaxşı oldu. Çünki Sən işlərin sonundan xəbərdarsan.”
Bəlkə də, istəklərimin qəbulunu təxirə salmağın mənim məsləhətimə və mənim üçün daha yaxşı olsun. Çünki yalnız Sən işlərin sonundan, xeyir və zərərindən xəbərdarsan. Mən öz cahillik və nadanlığım üzündən tələsirəm...


İslam maarifinə əsasən hansı 40 məsələnin Qırx haqqı buyurulur?!


1-Allahın sənin üzərində ən böyük haqqı: Ona ixlasla ibadət etməkdir.
2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir.
3-Qulağın haqqı: Onun insanın boynunda olan haqqı haram sözlər (qeybət) eşitməkdən qoruyub saxlamaq, qəlbdə xoş düşüncə, ideya və gözəl xasiyyət yaradan hikmətli sözləri eşidib qəlbə ötürməkdən əlavə, xariclə qəlb arasında əlaqə vasitəsinə çevirməməkdən ibarətdir. Çünki qulaq həm pis, həm də yaxşı şeyləri ürəyə yetirən bir qapıdır.
4-Dilin haqqı: Haram sözlər deməkdən (söyüş söymək, qeybət etməkdən) çəkinmək, boş-boş danışmamaq və gözəl sözlər deməyə adət etməkdir.
5-Gözün haqqı: Onu haramlardan saxlamaqdır.
6-Əlin haqqı: Haram mala (və haram şeyə) əl uzatmamaqdır...


İslam Maarifində hansı əməllərdir ki, Allah-Taala (c.c) o işləri görənləri cəzalandıracaq?!


Nisa” surəsinin 31-ci ayəsində buyurulur: \"Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...”
İslam dinində bir sıra əməllər haram buyurulub və Mütəal Allah onları yerinə yetirənləri cəzalandıracaqdır. Bu əməllərdən bəziləri aşağıdakılardır;
1-Allahın qəzəbindən qorxub çəkinməmək.
2-Allahın mərhəmətinə naümid olmaq.
3-Allahdan qeyrisinə səcdə etmək.
4-İnsanları Allahdan qeyrisinə tapınmağa yönəltmək.
5-Ata-ananı incitmək, qəlbini qırmaq.
6-Qohumlarla əlaqəni kəsmək.
7-Başqalarının malına əl uzatmaq, icazəsiz istifadə etmək...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .