İmamların (ə) hərəmləri (qəbirləri) yanında dəfn olunmaq insana nə vəd edir?


Muhəqqiq Behbani nəql edir: “Yuxuda İmam Hüseyni (ə) gördüm. Həzrətə (ə) dedim: “Ey, mənim Mövlam! O kəs ki, sizin ətrafınızda dəfn olunar, ondan sual olunarmı?”. Buyurdu: “Hansı mələkdir ki, buna cürəti çatsın?”.
“Həbəlil-mətin” kitabında oxuyuruq ki, İmam Rza (ə) hərəminin xadimlərindən biri yuxusunu nəql edir və deyir: “Yuxuda gördüm ki, bu müqəddəs məkandayam və dəstəmazımı təzələmək üçün bayıra çıxmışam. Çox sayda insan gördüm ki, müqəddəs hərəmə daxil olurlar. Onların qarşısında nurani bir şəxsiyyət vardır və onun arxasında olan insanların əlində isə bel gördüm. Elə ki, müqəddəs salonun ortasına çatdılar, qarşılarında olan nurani şəxs dedi: “Bu qəbri qazın və bu xəbisi bayıra çıxardın”. Sonra qəbri qazmağa başladı. Bir nəfərdən soruşdum ki, bu şəxs kimdir? Dedi: “Əmirəl-möminindir (ə)”. Bu zaman gördüm ki, İmam Rza (ə) mübarək rövzədən bayıra çıxdı və İmam Əlinin (ə) xidmətinə getdi. Həzrətə (ə) salam verdi və o da cavabını aldı.


Məhərrəm ayında qara geyinməyin fəlsəfəsi haqda dinin baxışı necədir?!


Rəyan ibni Şəbib nəql edir: “Məhərrəm ayının birində İmam Rzanın (ə) xidmətinə gəlmişdim. Həzrət (ə) mənə buyurdu: “Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) elə ağlasan ki, göz yaşların yanağından axar, Allah etdiyin hər bir günahı bağışlayar. Əgər behiştdə bizimlə bir dərəcədə olmaq istəyirsənsə, bizim qəmimizə qəmlən, sevincimizə sevin”. (Tebyan)
Ona görə də deyə bilərik ki, Məhərrəm ayında qara geyinməyimizin fəlsəfəsində Əhli-Beyt (ə) məktəbi durur. Başqa bir tərəfdən tarix də bunu təsdiq edir ki, qara rəngli paltar qəm və qüssənin əlamətini büruzə verir. Əsma binti Əmis nəql edir: “O zaman ki, Cəfər Təyyar şəhid olur, Həzrət Peyğəmbər (s) mənə buyurmuşdu: “Üç gün əyninə qara paltar geyin, ondan sonra necə istəsən et””. İbni Əbil Hədid nəql edir ki, o zaman ki, İmam Əli (ə) şəhid olur, İmam Həsən (ə) ona əza saxlayıb qara geyindi. İmam Səccad (ə) atasının qətlindən sonra Dəməşq məscidində xütbə deyən zaman buyurmuşdu: “Mən və Əhli-beytim (ə) əza libası geyinmişik. Yeni paltar geyinmək bizə rəva deyildir”.


Sözü təsirli edən amil hansı məsələyə diqqət yetirməkdədir?!


Allahın biz insanlara verdiyi söz nemətinin təsiri böyükdür. Əgər din alimlərinin ağzından çıxarsa, daha təsirli olar.
Ancaq bu sözlər gərək Allahın buyurduğu sözlər olsun. Bu halda sözün həqiqi təsiri olacaqdır. Sözü həqiqi mənada təsirli edən amil – onun İlahi səciyyəyə malik olmasıdır.
Əlbəttə ki, müxtəlif şər insanlar, mənfi xislətli fərdlər də topluma təsir edə, kütləni ardınca apara bilirlər. Amma bu halda təsir – insanları həlakətə aparan, yanlış ünvanlara yönəldəndir. Əgər dünya və axirət xeyrindən söhbət gedirsə, sözün bazasında Allahın razılığı durmalıdır.


Məsumlardna tapşırıqlar: Əgər mədənin ağrımağını istəmirsənsə...


İmam Rza (ə) buyurur: “Hər kim mədəsinin ona əziyyət verməsini istəmirsə, yemək arasında su içməsin”. Mədənin insanın üzərində olan haqqını tanıyaq.
İmam Səccad (ə) buyurur: “Mədənin sənin üzərində olan haqqı odur ki, onu haram şeylərin qabı – istər az olsun, istərsə də çox – qərar verməyəsən. Bəlkə halal şeylərdə də qənaət edəsən və ehtiyacın olan qədərini istifadə edəsən”. Balıq yeməyin isə insana xüsusi faydası var. İmam Kazım (ə) buyurur: “Ət yemək, bədəndə ətin əmələ gəlməsinə səbəb olar. Ancaq balıq yemək bədənin ətini əridər və cismi arıq edər”. Aclıq – nəfslə mübarizədə ən yaxşı yardımdır. İmam Əli (ə) buyurur: “Aclıq – nəfsi əsarətə almaq və pis adətləri sındırmaq üçün ən yaxşı yardımdır”. Şeytanın (lən) yolunu aclıqla bağlayın...


Bu məşhur zikr yoxsulluğu aradan aparar, itən şey tapılar, dua və hacətin qəbul olunmasına səbəb olar!


Salavat – ən üstün zikrlərdəndir ki, Məsumlarımız (ə) onu deməyi bizlərə çox tövsiyə ediblər. Hər kim bu zikri hər gün deyərsə və ixlaslı olarsa, dünya və axirət bəhrələrinə çatar. Salavatın dünya bəhrələri ilə tanış olaq.
1. Dua yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Həmişə dua ilə onun yerinə yetməsi arasında pərdə olar. Muhəmmədə (s) salavat göndərilməyənəcən o pərdə aradan qalxmaz”.
2. Hacət yerinə yetər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin yerinə yetməsinə səbəb olar. Allahı sizdən razı salar və əməllərinizi pak və pakizə edər”...


Nigarançılıqlar və sıxıntıların əsas mənşəyi nədədir?!


Hər kəs biliyi həddində həyatının xoşbəxtliyi təyin edə bilir! Dünya adamları maddiyyatı əsas tutur, axirətə bağlı olanlar isə axirət yönlü çatışmamazlıqlara görə nigarançılıq keçirirlər! ... İnsanın nigaran və pərişan olmasının müxtəlif amilləri ola bilər. Onların ən əhəmiyyətlisi aşağıdakılardır:
1. Bəzənr insanlar öz gələcəklərini qaranlıq və qarışıq olması fikrinə düşür və bu da sıxıntı və nigarançılığa səbəb olur. Nemətlərin əldən getmə ehtimalı, düşmənə, zəifliyə, xəstəliyə və acizliyə düçar olmaq qorxusu insana əziyyət verir. Amma qüdrətli və mütəal Allaha iman bu nigarançılıqları məhv edir və insana rahatlıq bəxş edir.
2. Bəzən isə insanın keçmişinin pis və xoşagəlməz olması insanı narahat edir və onu daim nigarançılıqda saxlayır. Günahlara, səhlənkarlığa və ayaq büdrəmələrinə görə insan nigarançılıq keçirir. Amma Allahın məğfirətli, rəhmətli və tövbələri qəbul edən olmasını nəzərə aldıqda, insanın qəlbi rahatlaşır...


Allah-Taala (c.c) hansı günahları bağışlamır?


Həzrət Peyğəmbər (s) buyurur: “Bağışlanmayan günahlardan çəkinin. (Biri) (əldə olunan qənimətə) xəyanətdir. Çünki hər kim (qənimətdən əldə olunan) şeylərə xəyanət əli vurar – Qiyamət günü onu özü ilə gətirər.
(İkincisi) ribaxorluqdur. Çünki ribaxor Qiyamət günü şeytanla təmasda olduğu üçün dəli olan insan kimi qəbrindən qalxar”. İmam Səccad (ə) buyurur: “Allah möminin hər bir günahını bağışlayar, dünya və axirətini həmin günahdan pak edər, məgər iki günahdan başqa: təqiyyəni tərk etmək, qardaşlarının haqqını zay etmək”.


Yatmazdan əvvəl bu ayələri tilavət edən, iblisin (lən) şərindən qorunar?!


Allah Təala Qurani-Kərimin “Əraf” surəsinin 54-cü ayəsində buyurur: “O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir”. (“Əraf” 54). Bu ayəyə “Səxərə” ayəsi də deyirlər. Bu ayəni yatmazdan qabaq oxumaq insanı bir çox bəlalardan, o cümlədən şeytanın (lən) şərindən qoruyar. İmam Sadiq (ə) buyurur: “Hər kim yatan zaman 3 dəfə “Ayətəl-kürsü”nü, “Səxərə” ayəsini oxuyarsa, Allah onu üsyankar şeytanın şərindən qoruyar. Ona 30 mələyi hakim edər ki, Allaha həmd, təsbih etsinlər. Onun üçün bağışlanma istəsinlər o zamana qədər ki, yuxudan ayılar. Bütün bu zikrlərin savabı onun üçün olar”.


-- Övladların ibadi məsələlərə daha meyilli olmaları üçün nə etmək lazımdır?


Valideynlərin əksəriyyətinin nigarançılığı övladlarının dini təlim və tərbiyəsi məsələsidir. Bu səbəbdən, valideynlər övladlarının dini təlimlərə maraq göstərməsi və buna cəlb olunması üçün, daha təsirli metodlar axtarmaqdadırlar. Eyni zamanda, hər bir valideyn dinin ən önəmli təlimlərindən biri olan namazın yeniyetmələrin tərbiyəsində daha təsirli olduğunu bilir və bu sahədə övladlarını namaz və ibadətə cəlb edəcək praktiki üsullar axtarırlar.
Hər hansı bir tərbiyə üsulunu həyata keçirərkən orta həddi qoruyub saxlamaq və tərbiyəvi məsələlərə riayət etməyin zəruri olduğuna da diqqət yetirmək lazımdır. Bununla əlaqədar Əhli-beytdən (ə) bir sıra örnəklər, məsləhətlər qələmə alınmışdır. Həmin örnək və istiqamətləndirmələr övladlarının tərbiyəsi yolunda qədəm götürmüş valideynlər üçün daha faydalı və əhəmiyyətli ola bilər. Valideynlərin öz övladlarının tərbiyəsi barədə nigarançılığı Peyğəmbərin (s) mübarək kəlamlarındakı sifarişlərindən irəli gəlir:
\"Öz övladlarınıza ədəbli olmağı öyrədin, çünki siz bunun üçün məsuliyyət daşıyırsınız.\" Həmçinin, həzrət Əli (ə) buyurur: \"Övladlarınızı əzizləyərək onlara şəxsiyyət verin və onları yaxşı tərbiyələndirin.\"


Yeni doğulmuş körpənin valideynin boynunda hansı səkkiz haqqı vardır?!


İslam rəhbərləri körpənin hüquqları ilə bağlı təvəllüddən başlayaraq valideynlərinin üzərinə səkkiz hüquq təyin etmişlər ki, aşağıdakılardan ibarətdir:
1. Təvəllüd mərasimi: Allahın insana vücud bəxş etdiyi gün “bayram”dır və körpə ailə üçün ən böyük nemət sayılır. Təvəllüd mərasimi həqiqətdə bu böyük ilahi nemətin şükür bayramıdır və həmin günü təbrik etmək, qonaqlıq süfrəsi açmaq, bir sözlə, bayram keçirmək məqsədəuyğundur. Peyğəmbəri-Əkrəm (s) İmam Əlidən (ə) “Allahın sənə bəxş etdiyi ilk nemət nədir?” – deyə soruşduqda buyurdu: “Allahın mənə ilk neməti məni yoxdan yaratmasıdır...” Ümumiyyətlə, hər il təvəllüd bayramını qeyd etmək ilahi neməti xatırlayıb, onun şükrü üçündür.
2. Qüsl mərasimi:[1] Körpənin qüslü ilə əlaqədar neçə məsələ diqqəti cəlb edir: a) Qüsldə məqsəd körpənin yuyulması yox, şəri qüsl nəzərdə tutulur. Demək, körpəyə qüsl verən onun hökmlərinə (qürbət qəsdi, tərtib) riayət etməlidir. b) Bu qüsl müstəhəbdir və körpəyə zərərli olduqda, riayət olunmur.[2] c) Qüslü iki-üç gün gecikdirməyin maneəsi yoxdur.[3] ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .