Düşmənlərin şərrindən amanda qalmaq üçün oxunması tövsiyə olunan surə!


Qurani-Kərimin mübarək “Əraf” surəsi çoxlu fəzilətlərə malikdir. Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “Əraf” surəsini oxuyarsa, Allah onunla İblis arasına pərdə çəkər ki, İblisin şərindən amanda qalsın. O, elə kəslərin zümrəsindən olar ki, Həzrət Adəm (ə) behiştdə onu ziyarət edər və behiştdə yəhudilərin və xristianların sayı qədər ona dərəcə verilər”. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni ayda bir dəfə oxuyarsa, Qiyamət günü o kəslərdən olar ki, heç bir qorxusu və qəmi olmaz.
Hər kim düşmənin şərindən və vəhşi heyvanların hücumundan amanda qalmaq istəyirsə, bu surəni zəfəran və ya gülabla yazsın və özü ilə gəzdirsin. O vaxta qədər ki, bu yazı onunla olar, Allahın izni ilə heç bir düşmən və vəhşi heyvan ona yaxın durmaz...


Hədislərə əsasən günahdan qorunmayan insan hansı 6 çətinliklərlə üzləşər?!


Günahın insana vurduğu ziyanlar haqqında çox söz demiş və çox eşitmişik. Ancaq onun ziyanlarını bir daha xatırlasaq və bizə necə bəlalar gətirdiyini bir daha yada salsaq, bəlkə də ondan çəkinər və onu tərk etməyə çalışarıq. Günahın gətirdiyi ziyanlar:
1. Nemətin əldən getməsi. Allah insana çox sayda nemətlər vermişdir, ancaq çox təəssüf ki, insan günah edərək bu nemətləri bir-bir əldən verər. İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, heç bir millət nemətdən məhrum olmaz, məgər düçar olduğu günahlarına görə”. Həzrət Peyğəmbər (s) buyurur: “Günahlar nemətləri dəyişdirər”.
2. Bəlanın nazil olması. Günah insana çoxlu bəlalar gətirər. İmam Əli (ə) buyurur: “Günahlardan çəkinin ki, elə bir bəla və ya qıtlıq yoxdur, məgər günahlara görə olar. Hətta insan bədəninə daxil olan qaşınma, torpağın titrəməsi və sizi udması, ruh və cismə daxil olan müsibətlər belə”...


Həzrət Peyğəmbərin (s) bir ərəbin həyati suallarına xilasedici cavabı!


Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Təsadüfən bir ərəb daxil oldu və Peyğəmbərə (s) salam verdi. Həzrət (s) salama cavab verib, sual etdi: “Haradan gəlirsən, ərəb?”. Ərəb dedi: “Uzaq yoldan gəlirəm və sizə bir neçə sualım var”. Həzrət (s) buyurdu: “Soruş, cavab eşidərsən”.
Ərz etdi: “İstəyirəm xalqın alimi olam”. Həzrət (s) buyurdu: “Allahdan qorx”. “İstəyirəm Allah dərgahına yaxınlardan olam”. Həzrət (s) buyurdu: “Gecə və gündüz Quran oxu”.
“İstəyirəm həmişə ürəyim işıqlı olsun”. Həzrət (s) buyurdu: “Ölümünü yaddan çıxarma”. “İstəyirəm Haqqın rəhmətində olam\" Həzrət (s) buyurdu: “Allahın xəlqinə yaxşılıq et”.
“İstəyirəm düşməndən mənə zərər yetişməsin”. Həzrət (s) buyurdu: “Həmişə Allaha təvəkkül et”. “İstəyirəm xalqın gözündə xar olmayım”. Həzrət (s) buyurdu: “Pəhriz et özünü təmiz saxla”.


Mələklər etdikləri ibadətə görə əcrə malik olurlarmı?


Əllamə Təbatəbai bu haqda buyurur: “Mələklərin vəzifələri biz insanların dərk səviyyəsindən çox böyükdür. Biz insanlar iradə sahibiyik və etdiyimiz əməlləri özümüz seçirik. Bu səbəbdən də boynumuza təklif qoyulmuşdur. Qiyamət günü etdiyimiz bu əməllərin hamısının hesabını verəcəyik. Buna görə savab və cəza alacağıq.
İnsanlar ictimai varlıqlar olduğu üçün cəmiyyətin hər bir fərdinə görə məsuliyyət daşıyır. Bu vəzifə iradəsi ilə yerinə yetirilir. Əgər saleh əməllər edərsə - mükafatlanar, yox əgər günah edərsə - cəza alar.
Ancaq mələklər ictimai yaşamazlar. Ona görə də onlar nə günah edər və nə də hesab verərlər. Bəli, mələklər firətlərindən nur saçan varlıqlardır ki, Allahın iradəsi ilə xəlq olmuşdular. Ancaq özlərinin iradəsi yoxdur. Ona görə də mələklər nə savab qazanar və nə də cəza alarlar. Mələklər Allahın əmrlərini yerinə yetirərlər. Ona görə də onların vəzifəsi fitridir, ixtiyari deyildir. Aralarında olan fərq hansı dərəcədə qərar tutduqlarından asılıdır”. Ona görə də deyə bilərik ki, mələklər əməllərini ixtiyar üzündən deyil, Allahın iradəsinə görə yerinə yetirərlər. Bu səbəbdən də nə savab qazanarlar və nə də cəza.


İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?


Hər bir məhəbbət insana verilən ne`mət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın ne`mətlərini düşündükcə Ona sevgisi artır.
Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi ne`mətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!
Hər bir fərdə əta olunmuş özünəməxsus iste`dadlar Allahın xüsusi ne`mətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.
Bəli, ne`mətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Qur`an ilahi ne`mətlər barədə düşünməyi tapşırır. (“Əraf”, 69.)


Bu 7 yaşlı adam kim idi ki, mömini belə heyrətə gətirdi?


Abdullah ibni Mübarək nəql edir: “Bir il həcc üçün Məkkəyə yollandım və yeddi yaşlı bir uşaq gördüm ki, miniyi olmadan karvanın yanında hərəkət edir. Onun yanına gedib, salam verdim və dedim: “Bu uzun yolu nə ilə gedəcəksən?”.
Dedi: “Mükafat verən Allahımla. Azuqəm – təqvadır və miniyim – iki ayaqlarımdır. Niyyətim – mənim mövlam olan Allahdır”.
Bu sözləri bu yaşda uşaqdan eşitmək mənə təəccüblü gəldi və dedim: “Hansı tayfadansan?”. Dedi: “Haşimi”. Dedim: “Haşimilərin hansı qolundansan?”. Dedi: “Ələvi Fatimiyyə”. Dedim: “Ey mənim sərvərim! Mənə bir şeir deyərsənmi ki, ondan bəhrə aparım?”...


Mömin, müsibətlə qarşılaşan zaman nə etməlidir?


O kəs ki, müsibətə düçar olmuşdur, edə biləcəyi əməl – səbirdir. Çünki bu İlahi qəza artıq dəyişəsi deyildir.
Səbir ona yardım edər ki, insan bu müsibətlərdən başıuca çıxa bilsin. Dindən və imandan xaric olmasın.
İnsanın başına gələn hər bir müsibət “məhv və isbat” kitabında yazılar. Onu ancaq rəftarını dəyişdirməklə dəyişdirmək olar. Ancaq əgər qəza halına gələrsə, artıq heç bir şey onu dəyişdirə bilməz. Buna görə də tək yol – həmin müsibətə səbir etməkdir.
Hədislərimiz buyurur ki, insan istəsə, ona gələcək müsibətin qarşısını ala bilər. Bunun üçün sədəqə verməli, istiğfar və infaq etməlidir. Bu əməllər – o əməllərdəndir ki, bəlanın qarşısını ala bilər və insanı hər bir müsibətdən qoruyar...


Hansı 3 əməllər İlahi ərşi titrədərək Allah-Taalanın (c.c) qəzəbinə səbəb olar?!


İndiyə qədər yəqin ki, İlahi ərşin titrəməsi ifadəsi ilə tanışsınız. Bəs hansı əməllər ərşin titrəməsinə səbəb olar?
Allahın ərşini titrədən əməllərdən biri – yetimi ağlatmaqdır. Hədislər buyurur ki, yetimin göz yaşları ərşin titrəməsinə səbəb olar. Ərşi titrədən ikinci əməl isə boşanmadır. Ərlə arvad arasında İlahi bağlar vardır. O zaman ki, onlar təlaq verərlər, bu bağlar sınar və dağılar. Buna görə də ərş pisliyin böyüklüyündən titrəməyə başlayar. Ərşi titrədən başqa bir əməl isə zalımı tərifləməkdir. Yəni, o insan pis insandır və çox sayda kəbirə günahlar etmiş, insanlara zülm etmişdir...


Tövbənin qəbul olub olmamasını necə hiss edək?


Hər bir tövbə edən şəxs tövbəsinin təsirli olmasını bilmək istəyirsə bu 4 hissiyyatı dərk etməlidir:
1. Tövbə etdikdən sonra xüsusi hüzur və rahatlıq hiss etmək.
2. İnsan hər nə qədər çox günahına görə peşman olarsa və ağlayaraq tövbə edərsə, Allah tövbəsini o qədər rahat qəbul edər.
3. Allahın Təvvab olduğuna inanaraq, tövbə etmək. Yəni, İlahi vədəyə iman bəsləyərək tövbə edilərsə, bu tövbə qəbul olar.
4. Tövbənin təsirini əməllər və rəftarlarımızda görə bilərik. Əgər günaha rəğbətimiz azalarsa və İlahi itaətdə daha mətanətli olarıqsa, tövbəmizin qəbul olduğunu göstərər.\\Deyerler


Ayətullah Behcətdən itən əşyaların tapılması üçün TÖVSİYƏ


Mərhum Ayətullah Behcət itən əşyanın tapılması üçün bu duanı tövsiyə edərmiş...
“Allahummə inni əs`əlukə, ya müzəkkirəl xayr və fəiluhu vəl əmuru bihi, ən tusəlliyə ələ Muhəmməd və əli Muhəmməd, və tuz\'kkirani ma ənsənihiş Şəytan” (İlahi! Ey xeyirli işləri yada salan, görən və ona əmr edən! Səndən Muhəmməd və ali Muhəmmədə salam göndərməyini və Şeytanın unutdurduğu şeyi mənə xatırlatmanı istəyirəm).
İmam Həsən Əsgəridən (ə) nəql olunan bu dua, həmçinin unudulan məsələləri xatırlamaq üçün də təsirlidir. Bundan əlavə Quranda da bəzi ayələrin unutqanlıq probleminə xeyri vardır. Ayətullah Behcətin məhzərində, səhifə 113


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .