Ölkə yol qanun-qaydalarında işləyən şəxsin qanun pozuntuluğunu görür lazımi orqanları xəbərləndirməsi qarşı tərəfə ziyan vursa hökm necədir?


Ölkə yol qanun-qaydalarında işləyən şəxsin qanun pozuntuluğunu görür lazımi orqanları xəbərləndirməsi qarşı tərəfə ziyan vursa hökm necədir? -Cavab: Cəmiyyətin nizam-intizamı üçün yazılmış qanun-qaydalara hər halda riayət etmək (ölkəsindən aslı olmayaq bütün sürücülərə) vacibdir. Baxmıyaraq ki, bu qanunlar cəmiyyətin xeyrinə qeyri-müsəlman ölkələrində yazılmış olsun. Halal öhdəliklər qarşısında (şəri icazəli olan hər bir iş qarşısında) aylıq maayış almağın heç bir eybi yoxdur.


Qeyri müsəlman ölkələrində öhdəliklər qəbul etməyin hökmü necədir?


Qeyri müsəlman ölkələrində öhdəliklər qəbul etməyin hökmü necədir? Cavab: İcazəliyi bu şərtə bağlıdır ki, işin özü özlüyündə icazəli öhdəlik və vəzifə olmuş olsun.


Namazda kişilərin paltarı necə olmalıdır?


Namazda kişilərin paltarı necə olmalıdır? Namazda kişilərə icazə verlir ki, qısa qollu paltarla və ya eləcə də gödək şalvarla misal üçün idman şalvarı ilə namaz qılsın, bir məsələyə diqqət gərəkir: bu icazə yalnız namazı tək qılandadır, yəni naməhrəm olan yerdə namaz cəmiyyətin hörmət həddə geyinilməsi lazım olan paltar geyinmək gərəkir.


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir?


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir? Yetkinlik (şəri baxışdan) yaşına çatmayan uşaqların Qurana dəstəmazsız əl vurmasının eybi yoxdur. Əgər dəstəmazsız Qurana əl vuralar tərbiyəçi üçün vacib deyildir ki, onu bu işdən çəkindirsin.


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir?


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir? Quranı özü ilə ayaqyoluna aparmağın şəri haramlığı yoxdur. (yəni əgər boynunda Quran ayələri olan adam ayaq yoluna gedəndə onu çıxartması lazım deyildir). Amma bəyənilir ki, çıxartsın. (Bütün müctəhidlərin dəftəri, və Təbrizi, İstiftaat, səh: 1927).


Quran ayələri yazılmış lazımsız kağızlarla nə edək?


Quran ayələri yazılmış lazımsız kağızlarla nə edək? Lazımsız və kənara qoyulması istənilən kağızlar var ki, onların içindən Quran ayələri olmuş olsa ona qarşı hörmətsizlik etmək haramdır. İşlənilməyən Quran ayələri ilə olan kağızların hörmətini saxlamaq üçün bəzi yollar deyilmişdir 1-Cəmləşdirdikdən sonra onları torpaq altına basırmaq, 2-Axar arıx və çaylarda axıtmaq.


Balığı alanda neçə şərti nəzərə alınmalıdır?


Balığ alanda iki şərtə riayət etmək gərəkir: 1-Bağlıq qəpikli olmuş olsun ki, 2-Sudan diri çıxarılmış olsun, həddi budur ki, yəqin olunmuş olsun ki, suda ölməmiş balıqdır. misal üçün tokla öldürülsə onda balığı yeməyə icazə verilmir, (yəni sudan diri çıxarıldıqdan sonra ölsə halaldır suda ölməsi onun haram olmasına səbəbdir).


Qumar alətlərinin saxlanılmasının hökmü necədir?


Qumar alətlərinin saxlanılmasının hökmü necədir? Bütün alimlər buyurublar: Qumar alətlərinin saxlanılması qadağan olunub və saxlamasına icazə verilmir və gərək ki, o məhv edilsin.


Futbol oynuna şərtlənməyin (tatalizator) hökmü necədir?


Futbol oynuna şərtlənməyin (tatalizator) hökmü necədir? Çox zaman görünür ki, bəziləri futbol oyunlarında şərtləşirlər ki, hansısa tərəfin futbolda uduzması ilə baxanlardan tərəfdar olan şərtlə bir miqdar pul təyin edir və o pulla süfrə təşkil edəcəyinə söz verir, belə olan şərtlər haramdır. Çünki qumar oynu adını özündə cəmləşdirir. (bir sözlə tatalizator kimi oyunlar bunun hökmündə olur) udsam verirsən uduzsam mən malımdan sənə bir miqdar verirəm.


Bilyard oynamağın hökmü necədir?


Bilyard oynamağın hökmü necədir? İmam, Xamenei, Fazil, Məkarim, Təbrizi və Nuri həzrətləri buyururlar: Ürf baxışında əgər bilyard oynamaq qumar vasitəsi ilə tanınsa onunla oynamağa icazə verilmir, baxmayaraq ki, bilyardı pulsuz oynasınlar. Sistani həzrətləri buyururlar: Bilyard hər halda əgər qumar aləti olsa onunla oymaq ehtiyat vacibə görə haramdır. Behcət (rəhmətullah): Bilyard oynamaq haramdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .