Oruclu şəxsin özündən getməsi orucu batil edirmi?


Oruclu şəxsin özündən getməsi orucu  batil edirmi? Oruclu olan şəxs əgər özündən gedərsə, öncədnə oruc tutmağa niyyətli olubsa, yaxşıdır ki, o günün orucu tamamlayıb, ramazan ayından sonra da qəzasını da tutsun.


Sübh namazından sonra səhəri yeməyin hökmü necədir?


Sübh namazından sonra səhəri yeməyin hökmü necədir? Əgər bir şəxs səhər oyana və səhəri yemək niyyəti ilə yemək yeyə sonra başa düşə ki, sübh azanı deyilmişdir - belə halda Əgər diqqət edib və elmli olub ki, sübh azanı olmayıb deyə yeməyə oturubdur, orucu düzdür, davam etməlidir və qəzası da yoxdur.


Dişlə bağlı həkimə müraciətlə müxtəlif müalicələrin hökmü necədir?


Dişlə bağlı həkimə müraciətlə müxtəlif müalicələrin hökmü necədir? Dişlə bağlı həkimə müraciət edib Diş çəkdirmək, əsəbi aldırmaq, hissiz etdirmək, doldurdurmaq və sair işlər orucu batil edən deyildir. Bir şərtlə ki, müalicə zamanı diqqət olunsun ki, eşikdən boğaza bir şey bilərəkdən çatmasın.


Ramazan ayında zərurət üzündən 3 dəfə dərman içən şəxsin hökmü necədir?


Ramazan ayında zərurət üzündən 3 dəfə dərman içən şəxsin hökmü necədir? Ramazan ayında məcburiyyət və zərurət üzündən mütəxəssis həkimin tərəfindən gündə 3 dəfə dərman içmək lazımlı olsa, xəstəliyinin həlli buna bağlıdırsa oruc tutması haramdır. Dərmanları qurtarandan sonra və ramazan qurtarmış olsa ramazan ayının təkcə qəzalarını tutmaq ona vacib olur.


Oruclu halda diş fırçalamağın hökmü necədir?


Oruclu halda diş fırçalamağın hökmü necədir? Oruclu halda dişləri pasta ilə yumağın eybi yoxdur. Amma diqqət etmək lazımdır ki, ağız suyu diş pastası ilə birlikdə qarışıb boğaza getməsin.


Oruc tutan şəxsin səhv üzündən bir şey yediyini görsək təzəkkür vermək vacibdir?


Oruc tutan şəxsin səhv üzündən bir şey yediyini görsək təzəkkür vermək vacibdir? Əgər bir oruc tutan şəxsin səhv və unutqanlıq üzündən orucu batil edən (yemək yediyini) əməli gördüyünü görsəniz ona oruclu olduğunu demək sizə vacib deyildir.


Oruc tutan şəxsin ağzından qan gəlsə, orucu batil olarmı?


Oruc tutan şəxsin ağzından qan gəlsə, orucu batil olarmı? Bununla oruc batil olmaz, amma vacibdir ki, qanın boğazına çatmasının qarşısını alsın.


Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi?


Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi? Təkcə hamiləliyin orucun vacibliyi üçün hеç bir manеəsi yoxdur. Amma oruc tutmaqla qadının özü və ya bətnində olan uşağı üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еləyən bir еhtimaldan doğsa, onda o qadına oruc tutmaq vacib dеyildir.


Televiziyadan elan olunan orucluğun başlanması nəqədər qəbul olunasıdır?


Televiziyadan elan olunan orucluğun başlanması nəqədər qəbul olunasıdır? Əgər şəhərlərin birində şəvvalın ayı görünməsə, amma radio-tеlеviziyada ayın görünməsi еlan olunsa, onunla kifayətlənmək olarmı, yoxsa bu işdə tədqiqat aparmaq lazımdır? -- Cavab: Əgər ayın görünməsi barədə xatircəmlik hasil olunsa və ya bu hökm vəliyyi-fəqih tərəfindən vеrilsə, onda kifayət еdər və tədqiqata еhtiyac yoxdur.


Qeyri-müsəlman ölkənin vətəndaşlığını alıb dövlət icra orqanlarda işləmyin hökmü necədir?


Qeyri-müsəlman ölkənin vətəndaşlığını alıb dövlət icra orqanlarda işləmyin hökmü necədir? Cavab: Əgər dövlət işlərinə daxil olmaq fəsad bünövrəsi olmasa, haram iş görməklə sonuclanmasa və eləcə də vacibdən üz döndərmək kimi bir işlərlə sonuclanmasa eybi yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .