İslam şəriətinə görə hansı dəstə insanlara salam vermək məsləhət görülmür?!


İnsanların elə dəstəsi vardır ki, dinimiz onlara salam verməyi məsləhət görmür. Bu insanlar ibarətdir:
1. Qumarbazlar. 2. Şərabxorlar. 3. Ğina əhli olanlar. 4. Söyüş söyməyə adət edən insanlar. 5. Düşmənlər.
Çünki salam vermək bir növ məhəbbəti bildirməkdir. Ona görə də o şəxs ki, harama üz tutmuşdur və dinimizin düşmənidir, ona salam vermək heç də bəyənilən əməllərdən hesab olunmur.


İslam şəriətinə görə hansı dəstə insanlara salam vermək məkruhdur?!


Salam verməyin məkruh olduğu hallar:
1. Naməhrəm kişinin naməhrəm cavan qadına salam verməsi. İmam Əli (ə) də Peyğəmbər (s) kimi cavan qadınlara salam verməkdən çəkinərmiş.
2. Namaz qılana salam vermək. Bəzi fəqihlərin nəzərinə görə, namaz qılan insana salam vermək məkruhdur. Ancaq bəzi fəqihlər belə hesab etmir.
3. Cənazəni müşayiət edənlərə.
4. Cümə namazına tələsən insana. Çünki onu vacibatını yerinə yetirməkdən saxlamış olarsan.
5. Hamamda olan insana. Bu insana salam vermək onun xoşuna gəlməz, çünki hansı halda olduğundan xəbər tutmağın onun xoşuna gəlməz.


Namazın salamlarının mənası nədir?


Əmirəl-mömininə (ə) sual verirlər ki, namazın salamlarından olan “Əssəlamu-əleykum”un mənası nədir? Həzrət Əli (ə) buyurur: “O zaman ki, “Əssəlamu-əleykum”u, hamıya xitab edərək deyərsiniz, mənası bu olar ki, hamınız Qiyamət günü Allahın əzabından amandasınız”.
İmam Sadiq (ə) buyurur: “Hər bir namazın sonunda deyilən salamın mənası amanda olmaq deməkdir. Yəni, o kəs ki, Allah Təalanın əmrini yerinə yetirər, müti və təvazökar halda Allahın Peyğəmbərinin (s) sünnətinə əməl edər – o dünya bəlasından və axirət əzabından amanda qalar”.
Bəs bu salamlar kimə aiddir? Birinci salamın müxatəbi – Həzrət Peyğəmbərdir (s). İkinci salamın xitab etdiyi – Allahın bütün saleh və mömin bəndələridir ki, peyğəmbərlərə (ə), möminlərə, cinlərin möminlərinə şamil olar...


Haqqun-nası ancaq tövbə etməklə aradan qaldırmaq olarmı?


Hər bir haqqun-nas əslində Haqqullahdır. Səbəbi də budur ki, o zaman ki, insan qeybət edər, həm başqalarının abırını aradan aparar və həm də İlahi əmrə itaətsizlik etmiş olar.
Ona görə də hər kimin boynunda haqqun-nas olar, deməli həm də Haqqullah vardır. Burada sadəcə tövbə etmək yardım etməz. Günahkar ziyan vurduğu müsəlmandan halallıq almalıdır. Vurduğu ziyanı aradan qaldırmalıdır. Əgər vurduğu ziyan maddi olarsa, onun əvəzini verməyə çalışmalıdır və tövbə etməlidir. Əgər kiminsə abırını aparıbdırsa, onda da sadəcə tövbə etmək kifayət etməz, gərək həmin insandan halallıq alsın.
Bəzən elə olur ki, insan qarşı tərəfdən halallıq almağa qadir olmur. Yəni, həmin şəxsin kim olduğunu bilməz. Əgər kimliyini bilirsə də, harada olduğundan xəbərsiz olar. Bu zaman Allah Öz bəndəsi üçün yol açar və onu bu bəladan xilas edər. Belə ki, əgər kiminsə malını zay edibdirsə, təqlid mərcəsinin icazəsi ilə həmin malı sədəqə verə bilər.
Bəzən insanlardan halallıq almaq fəsada səbəb olur. Misal üçün, əgər kiminsə qeybətini edibdirsə, əgər ondan halallıq alsa, həmin şəxsin kin-küdurətinə düçar olar. Həmin şəxs onunla əlaqəsini kəsər. Dinimiz buyurur ki, əgər halallıq almağınız fəsada səbəb olarsa, onda həmin şəxsə görə də tövbə edin. Allahdan onun üçün bağışlanma istəyin.


Cadugərin yanına gedəni mələklər lənətləyər!


Hədislərimizdə oxuyuruq ki, sehrbazlar və cadugərlər əgər tövbə etməsələr, heç bir zaman behiştə daxil olmayacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: “Üç tayfa behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəsin ki, peşəsi sehrdir, o kəs ki, qohumluq əlaqəsini kəsmişdir”.
Əmirəl-möminin (ə) nəql edir ki, bir qadın Peyğəmbərin (s) yanına gəlir və deyir: “Bir ərim vardır ki, mənimlə kobud rəftarlar edir. Mən də bir cadu etdim ki, mənimlə məhəbbətlə rəftar etsin”. Həzrət (s) buyurur: “Ah olsun sənə! Ən yaxşı mələklər səni lənətləyir, sənin mələklərin səni lənətləyir, Allahın ən yaxşı mələkləri səni lənətləyirlər. Səma mələkləri səni lənətləyir, yerdəki mələklər səni lənətləyir...”.


Niyə insan öləndən sonra torpaqda dəfn olunmalıdır?


Meyitə qüsl verilməsi ilə bağlı gələn hədislərdə oxuyuruq ki, insan ölən zaman xəlq olduğu nütfə bədənindən xaric olar. Ona görə də ona qüsl verilməsi vacibdir. Başqa hədisdə oxuyuruq ki, insan ölən zaman mələklə görüşdüyü üçün gərək pak və pakizə olsun. İmam Sadiqə (ə) kəfənlə bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Ölülərinizi kəfənləyin və çalışın ki, yaxşı kəfən olsun. Çünki kəfən meyitə zinət verər”. Kəfən meyitin bədənini örtər və ona ehtiramın bir növü sayılar. Qiyamət günü mümkündür ki, həmin kəfənlə məhşur olsun. Bundan əlavə, meyitin torpağa basdırılması gigiyena baxımından lazımlı məsələdir. Belə olan halda heyvanlar ona hücum etməz.
Eyni zamanda, dəfn edilmiş yerdə müəyyən əlamətlər qoyulur ki, ölənin yaxınları gəlib onu ziyarət edə bilsinlər. Bir sözlə, meyitin dəfn edilməsi həm ehtiram, həm yaddaş, həm gigiyena – bir sözlə, bütün cəhətlərdən üstün variantdır.


Ölüyə niyə qüsl vermək lazımdır? Imam Rzadan (ə) hədis


Əhkamda meyitlə bağlı olan ən mühüm məsələ – ona qüsl verməkdir. Belə görünür ki, bu işin hikməti vardır. Bəzi hədislər bizləri bu hikmət ilə tanış etmişdir ki, onlara müraciət edək. İmam Rzaya (ə) bu sualı verən zaman buyurmuşdur: “Meyitə qüsl verməyin səbəbi budur ki, bu yolla pak və nəzif olar. Xəstəliyin çirklərindən və xəstə zamanı ona olanlardan paklanar. İnsan öləndən sonra mələklər və axirət əhli ilə görüşər. Ona görə də müstəhəbdir ki, Allah Təala ilə görüşən zaman pak və nəzif olsun. Təharətli halda Allaha diqqət etsin. Allahdan arzusunu istəsin. İstəsin ki, onun haqqında şəfaət verənlərin şəfaətini qəbul etsin”. İnsanın ruhu bədənini tərk edən zaman xəstəliyi ilə bağlı bir çox şeylər ona bulaşar. Ona görə də onu təharətli etmək üçün qüsl verirlər. Onunla təmasda olan insan da bu çirklərdən uzaq olmaq üçün qüsl almalıdır./Deyerler.



Üz qırıxmaq din və Avropa alimlərinin düşüncəsində necə dəyərləndirilir?!


Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən \"fülankəsin saqqalı var\" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur. Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri
Tanınmış doktor \"Finkor Corc\" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.
\"Gigiyenik cəhətdən üzün qırxılması\" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir...


Namazın vacib olmasının sirri haqda İmam Sadiqin (ə) izahı ?!


Hişam ibni Həkəm İmam Sadiqdən (ə) soruşur: “Bu ibadət insanların ehtiyaclarını yerinə yetirməkdən məşğul edir və bədənlərini əziyyətə salır, necə ola bilər ki, Allah Təala onu vacib etsin?”. Həzrət (ə) buyurdu: “Onun sirləri və səbəbləri vardır. Əgər insanlar öz hallarına buraxılsaydı və Peyğəmbər (s) tərəfindən heç bir tənbeh və təzəkkür olunmasaydılar, Allahın Kitabı əllərində qalar və halları əvvəlki insanların halları kimi olardı. Baxmayaraq ki, onlar din əldə etdilər, insanları öz dinlərinə dəvət etdilər və onlarla mübarizə etdilər, ancaq bu dünyadan gedəndən sonra adları da yadlardan silindi. Əmrləri köhnə oldu. Sanki onlar bu dünyada heç olmayıblar. Allah Təala iradə etmişdir ki, Muhəmmədin (s) dini, əmrləri unudulmasın. Ona görə də ümmətinə namazı vacib etdi. Bu namazda insanlar hər gün beş dəfə yüksək səslə Peyğəmbərin (s) adını çəkir və namaz əməlini yerinə yetirərək, Allaha ibadət edərlər və Onu yada salarlar. Bu yolla o Həzrətdən (s) qafil olmaz və onu unutmazlar. Nəticədə də zikri köhnəlməz””.


Allahın adı yazılan kağızları nə edək?


Bir çox hallarda bu məsələ ilə qarşılaşırıq. Müəyyən qəzet vərəqlərində, bukletlərdə, dəvətnamələrdə və başqa vərəqlərdə Allahın adının yazılması \"bu vərəqləri nə edək?\" sualını yaradır. Tövsiyyə edilir ki, bu cür vərəqləri basdırmaq lazımdır. Amma şəhər həyatı yaşayan insanlar bəzən vərəqləri basdırmaq üçün münasib yer tapa bilmir. Belə olduğu təqdirdə hörmətsizlik hesab olunmayacaq şəkildə “Allah” sözünü aradan aparmaq (pozmaq) lazımdır. Qeyd etmək lazımdır ki, Allah sözünün yazılışına yalnız ərəb deyil, bütün dillərdə ehtiram olunmalıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .