Ələmə inanmaq olar, yoxsa yox?


Ələmə inanmaq olar, yoxsa yox? Dini mühiti qıcıqlandırmaq üçün mütəmadi olaraq gündəmə gətirilən mövzulardan biri də ələm mövzusudur. Ələmdən sui-istifadələri görüb islah etmək istəyənlər də ələmdən yazırlar, Kərbəla qiyamı ilə düşmən olub onun simvollarını məhv etməyə çalışanlar da bu işə girişirlər.
Ən geniş yayılmış metod budur ki, ələmi camaatdan pul qoparmaq vasitəsi kimi tənqid edirlər. Amma maraqlıdır ki, niyə bu pulun hansı məqsədlə yığılmasını şərt qoymurlar? Simvolik mənada bir xəstə uşaq şəklini yaymaqla xeyriyyə aksiyası keçirmək, pul yığıb filan xəstəlikdən əziyyət çəkən uşaqlara sərf etmək yaxşı əməldirsə, ələmdən bu məqsədlə istifadə etmək niyə pis olmalıdır? Pul ələmin qarşısına atılsın, ya nəzir qutusuna, ya da xeyriyyə vəqfinə verilsin - nə fərqi var ki? Tənqid edirsinizsə, yığılan pulların şəffaflıqla xərclənmədiyini tənqid edin. Rüsvay edirsinizsə, pulların kiminsə cibinə getməsini rüsvay edin.
Ələmi tənqid atəşinə tutanların özləri öz sosial səhifələrində yardım aksiyalarını azmı reklam ediblər? Həmişə bu aksiyanın şəffaflığını yoxlayırlarmı? Onun reklamını paylaşmazdan əvvəl bunun həqiqət, yoxsa saxta olması ilə maraqlanırlarmı? Yığılan pulların deyilən məqsəd üçün xərcləndiyi barədə hesabat istəyirlərmi? Elə isə məhz ələmə qarşı bu nifrət haradandır? İstər ələm olsun, istərsə də hər hansı başqa vasitə - fırıldağa, yalana xidmət edirsə, onun istifadəsi günahdır. ...


Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?


Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq? Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Məlum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.


Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?


Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı? İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi.
İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar.


Nə üçün şiələr gündəlik namazları üç vaxtda qılır əhli-sünnətin kitabında bu haqda dəlil varmı?


Nə üçün şiələr gündəlik namazları üç vaxtda qılır əhli-sünnətin kitabında bu haqda dəlil varmı? Həqiqətən də, gündəlik namazların beş vaxtda qılınması bildirilmişdir və həzrət Peyğəmbər (s) çox zaman namazlarını beş vaxtda qılmışdır. Şiə fiqhinə görə də namazı beş vaxtda qılmaq fəzilətlidir. Amma \"Səhihe Müslim”(Babul-cəmi beynəs-səlateyni, hədis 705, səh-314.) və \"Səhihe Buxari”(Səhih Buxari, kitabul Məvaqit, babu təxiriz-zöhri iləl əsri, hədis 543 və babul vəqtil-məğrib, hədis 562 və əbvabut-tətəvvui, fəsl 30, hədis 1174.)də göstərildiyi kimi, həzrət Peyğəmbər (s) bəzən günorta və ikindi, eləcə də, şam və xiftən namazlarını ardıcıl qılmışdır. Sünnilərin \"Töhfətul-ixvan” adı ilə tanınmış kitabında da bu rəvayət nəql olunur: \"İbn Abbasdan soruşdular ki, nə üçün Peyğəmbər (s) günorta və ikindi, şam və xüftən namazlarını bir yerdə qıldı? İbn Abbas dedi: Allahın rəsulu öz ümmətindən bir nəfərin də əziyyət çəkməməsini istədi.”(\"Töhfətul-ixvan”, Ben Baz, s. 174)


Əgər Qurani-kərimin ayələri ilə əql arasında ziddiyyət meydana gələrsə bu zaman bizim vəzifəmiz nədir?


Əgər Qurani-kərimin ayələri ilə əql arasında ziddiyyət meydana gələrsə bu zaman bizim vəzifəmiz nədir? Ümumiyyətlə Qurani-kərim ilə əqlin arasında ziddiyyətin meydana gəlməsi qeyri-mümkündür. Düzdür bəzi mütəşabeh ayələr zahiri əql ilə ziddiyyət təşkil edir.Amma həmin ayələrin batini dəlalətinə gəlincə orada ziddiyyətin olması mümkün deyil.


Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?


Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir? On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. Elə buna görə də, əlibağlı namaz qılmaq müsəlmançılığa deyil, atəşpərəstliyə oxşar bir əməl sayılır. Peyğəmbər (s) namaz qılarkən namazın əvvəlindən sonuna qədər yerinə yetirdiyi əməllər barədə daha dəqiq və etibarlı rəvayətlərə rast gəlirik. Ancaq sözü gedən rəvayətlərdə namaz qılarkən “əli əlin üzərinə qoyulmalıdır” göstərişini görmürük. Yeri gəlmişkən, xatırlatmalıyıq ki, namazın əlibağlı qılınması Peyğəmbər (s) həyatda ikən yox, vəfatından sonra yəni ikinci xəlifənin dövründə ortaya çıxarılmışdır. Elə həmin gündən bəri bəzi sünnə əhlini nəzərə almamaq şərtilə, qalan digər sünnülər namazı əlibağlı qılırlar.


Beşlik namazı üç vaxtda qılmaq olarmı?


Beşlik namazı üç vaxtda qılmaq olarmı? Əvvəlcə məsələnin aydın olması üçün fəqihlərin bu barədəki nəzərlərini qeyd edirik:
1-Bütün islam məzhəbləri bu məsələdə yekdil nəzərə malikdirlər ki, Ərəfədə hər iki namazı – zöhr və əsr namazını zöhr vaxtında birlikdə, arada fasilə salınmadan qılmaq olar. Həmçinin Müzdəlifədə də məğrib və işa namazlarının vaxtında qılmaq caizdir.
2-Hənəfilər deyirlər: Zöhr və əsr, məğrib və işa namazını bir vaxtda (arada fasilə salmadan) qılmaq yalnız Ərəfədə və Müzdəlifədə caizdir, sair hallarda isə caiz deyildir.
3-Hənbəlilər, malikilər və şafeilər deyirlər: Zöhrlə əsr, məğriblə işa namazlarını xüsusi bir vaxtda bir yerdə qılmaq qeyd olunan iki yerdən başqa, səfər halında da caizdir. Onlardan bəziləri iki namazı birlikdə qılmağı zərurət halına (məsələn, yağış yağanda, namaz qılan şəxs xəstə olanda, yaxud düşməndən qorxu törənəndə) aid edərək caiz bilmişlər. (1)
4-Şiələr inanırlar ki, zöhr və əsrin, eləcə də məğrib və işa namazının həm xüsusi, həm də müştərək vaxtları vardır:
a) Zöhr namazının xüsusi vaxtı şəri zöhrdən (günəşin şaquli vəziyyətdən qərbə tərəf keçdiyi zamandan) dörd rəkətlik namaz qılına biləcək vaxt keçənə qədərdir. Bu məhdud müddətdə yalnız zöhrü qılmaq olar. ...


Nә üçün Аllаh şеytаnı İnsаnа qаlİb еtdİ?


Şеytаnın insаnlа rаbitәsi vә оnun tәsir imkаnı insаndаkı hеyvаni hisslәrin tәsirindәn hеç dә güclü dеyil. Аllаh insаnа hеyvаni mеyllәrlә yаnаşı düşüncә, vicdаn әtа еtmiş, әn üstün tаrаzlıq vә tәnzim vаsitәlәrini оnun iхtiyаrındа qәrаr vеrmişdir.


Axı mәlәklәr Аdәmdәn üstün idimi ki, Аdәm mәlәk оlmаq üçün şеytаnın vәsvәsәsİnә uydu?


Аdәmin mәlәklәrdәn üstünlüyü аşkаrdır. Sаdәcә, Аdәm mәlәklәrin kаmilliyini nәzәrә аlаrаq bu işә mеyl göstәrdi. Аdәm öz üstünlüklәrindәn sаvаy оnlаrın dа üstünlüklәrinә mаlik оlmаq istәyirdi. Bu istәk mәlәklәrin üstünlüyü üçün dәlil dеyil.


Nİyə namazı əllərİmİz açıq halda qılırıq?


Bismillahir-Rəhmani-Rəhim. Bizə ən çox ünvanlanan suallardan biri də namazın qiyam şəkli ilə bağlıdır. Sual edilir ki, nə üçün Əhli-beyt (ə) məzhəbinin ardıcılları namazların qiyam halında əllərini yana salır, yəni açıq tuturlar?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .