Bəzi günahkarlara davamlı nemətlərin verilməsi nə deməkdir?


Bəzi günahkarlara davamlı nemətlərin verilməsi nə deməkdir? Allahın insanların həyatı və müqəddəratı ilə bağlı nəzərdə tutduğu və icra etdiyi sünnətlərindən biri də İstidrac sünnətidir.
İslaminSesi – İstidrac lüğətdə hər hansı bir məqsədə, hədəfə və pilləyə tədrici şəkildə çatmağa deyilir. Terminoloji olaraq daha çox Allahın günahkar və naşükür bəndələrini tədrici şəkildə özündən uzaqlaşdırmaq və onları sonda məhvə aparması sünnətidir.
İmam Hüseyn buyurub: “Allahın bəndəsinə etdiyi istidrac budur ki ona ard-arda nemətlər versin və şükr etmək qabiliyyətini ondan alsın”.
Hz Əli buyurur: “Əgər görsən ki günah edə-edə Allah sənə davamlı nemət verir, bil ki, bu istidracdır”
İm. Əli buyurub: “Allahın sünnəti budur ki dünya zalımlarını sındırmadan öncə onlara möhlətlər və çoxlu rifah versin. Digər tərəfdən də O, ümmətlərin sınıq sümüklərini imtahanlarla və çətinliklərlə sağaldır”
“Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)” Əraf/182 ...


İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi?


İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi? İstixarə ilə fal fərqli məfhumlardır. Əvvəla, fal açmaq dinimizdə günah sayılır və bu işlə məşğul olmaq haramdır. İstixarə barədə isə dini mənbələrimizdə mötəbər rəvayətlər mövcuddur, böyük alimlərimiz istixarə etmiş və bu barədə öz kitablarında tövsiyələr vermişlər. İkincisi, istixarə ilə falın mahiyyəti fərqlidir.
Fal açan şəxs heç bir mənası olmayan, bəzən isə şəriətdə qadağan edilən üsullardan istifadə edir. Məsələn, kart, kofe, ovuc falı və s. Amma istixarə zamanı ya Allahın kitabına müraciət edilir, ya da Allahın adların zikr edilən təsbehdən istifadə olunur.
Fal açan şəxs gələcək barədə biliyi müəyyən yollarla əldə etdiyini iddia edir. İstixarə zamanı isə insan yalnız hər hansı əməli edib-etməmək barədə Allahdan məsləhət alır, hə-yox cavabı gözləyir, gələcəkdə baş verəcək hadisənin detalları haqqında informasiya tələb etmir, çünki bunun mümkün olmadığını qəbul edir.


“Və əccil fərəcəhum” cümləsini şiələrmi salavata artırmışlar?


“Və əccil fərəcəhum” cümləsini şiələrmi salavata artırmışlar? Bəzən soruşurlar ki, Muhəmməd və Ali- Muhəmmədə göndərilən salavatdan sonra deyilən \"Və əccil fərəcəhum\" (\'وَ عَجِّلْ فَرَجَهُمْ\') ifadəsi hədislərdə gəlmişdirmi, dinin mətinlərdə qeyd edilmişdirmi? Ya İmam Zaman (ə.c) aşiqləri tərəfindən artırılmışdır və şiələr özlərindən bu qeydi salavata əlavə etmişlər?
Bu sualın cavabı olaraq İmam Sadiqdən (ə) rəvayət edilən aşağıdakı hədisə diqqət yetirək:
\"مَنْ قالَ بَعدَ صَلوةِ الْفَجْرِ و بَعدَ صَلوةِ الظُّهرِ اَللَّهُمَّ صَلِّ عَلی مُحَمَّد و اَلِ مُحَمَّد و عَجِّل فَرَجَهُمْ لَمْ یَمُتْ حَتّی یُدْرِکَ الْقَائِمَ مِن اَلِ مُحَمَّد صلی الله علیه و آله و سلم\"
\"Hər kim sübh və günorta (zöhr) namzından sonar desə \"Allahummə səlli əla Muhəmmədin və Ali- Muhəmməd və əccil fərəcəhum\" Ali- Məhəmmədin(s) Qaimini (Qiyamçısını) görmədən bu dünyadan getməyəcəkdir!\"/Mənbə: \"Səfintül- bihar\", Şeyx Abbas Qumi, c. 2, s. 49


“Niyə Quran möcüzədir?” sualına ayətullah Behcətin cavabı


“Niyə Quran möcüzədir?” sualına ayətullah Behcətin cavabı İslam dininin möcüzəsi Qurandır. Bunu necə izah etmək olar?. Tanınmış arfi mərhum Ayətullah Behcət isə Quranın möcüzə olmasını belə izah edir:
“Quran əbədi möcüzədir. Bu barədə müxtəlif terminlər var. Quranın möcüzə olması haqda deyilən ən mühüm baxış budur ki Quranla mübarizə aparmaq istəyənlər o işdən yayındırılırlar. Yəni Allah Quran kimi bir kitabı gətirmək istəyənləri o işdən yayındırır.
Amma mən özüm bu ehtimalı daha çox üstün bilirəm ki Quranın möcüzə olması belə izah olunmalıdır. O da Quranın cəzzabiyyətidir(onu oxuyanı özünə cəzb etməsi). Qurran cəzb edəndir. Cəzzabiyyət bir mövzudur ki, danışığa aid olan məsələdir. Bu bir surədə olur? Yoxsa 10 surədə, Yoxsa iki?. Cəzzabiyyət adi insanların sözlərində də var, amma dərəcəsi çox aşağıdır. Bütün danışıqların cəzzabiyyəti eyni deyildir”.(İslaminSesi)


Mən nə üçün oruc tutmalıyam? 7 səbəb


Mən nə üçün oruc tutmalıyam? 7 səbəb Oruc tutmaqla 7 ehtiyacımı təmin edirəm:
1 - Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən imtina edirəm.
5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızı duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur...


Namazı başqa dildə qılmaq olarmı?


Namazı başqa dildə qılmaq olarmı? Cavab: Bir sözlə, bütün dünya müsəlmanlarının vahid bir dildə ibadət etməsi birlik nişanəsidir. Мütəxəssislərin fikrincə, ərəb dili dünyanın ən geniş və imkanlı dillərindəndir. Bütün müsəlmanlar ərəb dilindən beynəlmiləl bir dil kimi istifadə etməklə islami birliyi təmin edə bilərlər.
Bundan əlavə, namazın vahid bir dildə qılınmması onu təhriflərdən, xürafatdan qoruyur. Məlum məsələdir ki, müxtəlif səviyyəli tərcümələr ilkin mətni dəqiq şəkildə ifadə edə bilmir. Naмazın ərəb dilində qılınмası ilə onun ruhu qorunur. Ona görə də hər bir müsəlman imkan daxilində ərəb dilini öyrənməlidir. İstənilən bir millətin nümayəndəsi namazın bir səhifəlik tərcüməsini qısa bir zaanda öyrənə bilər.
Bir sözlə, İslamın bütün etiqadi və əməli məsələlərinin əsasını tövhid təşkil edir. Namaz vahid qibləyə doğru, müəyyən vaxtda, vahid bir dildə qılınır. Bütün bunlar vəhdət nişanəsidir.
Əgər həcc mərasimi zamanı Мəkkədə olsaq, ayrı-ayrı millətlərin bir cərgədə duraraq eyni bir dildə \"Əllahu Əkbər” sədasını eşitsək, bu vəhdətin əzəmətini duyarıq. Əgər həmin mərasimdə eyni bir cümləni hərə öz dilində deyərdisə, uyğun əzəmətdən əsər-əlamət qalmazdı. \"...


Nə üçün əhli-sünnət rəhbər və imamları üçün ad günü və vəfat günü keçirmirlər?


Nə üçün əhli-sünnət rəhbər və imamları üçün ad günü və vəfat günü keçirmirlər? Şeyx Məhəmməd Ziyai əhli-sünnət alimi bu sualı belə cavablandırır: \"Əhli-sünnətin bütün məzhəblərində bu inanc var ki, öz dini rəhbərlərinin böyüklüyünü 3 yolla yad edirlər:
1-Onların adını gözəl yad etməklə, misal üçün Həzrət, seyyidəna, Kərrəməllah vəchəhu, rəziyəllahu ənhu, Peyğəmbər haqqında isə salavat deməklə.
2-Allahdan onlar üçün salavat və rəhmət diləməklə, Rəziyəllah kimi səhabələrə dua, əlehi salam peyğəmbərlərin haqqında, İslam peyğəmbərinin haqqında isə salavat deməklə ona və əhli-beytinə.
3-Onların söz və əməllərini diqqətmərkəzində saxlamaqla, eləcə də çalışırıq öz əməllərimizi onların həyatərzi ilə xalisanə uyğunlaşdıraq. sunnatonline.com
Nöqtə: Əgər mərasimlər təşkil olunsa və müsəlmanlar din böyüklərinin həyat tərzindən məlumatlandırılsa daha faydalı olmazmı?!.


İslamda ad günü keçirmək haramdırmı?


İslamda ad günü keçirmək haramdırmı? -Ad günü keçirmək İslami sünnətlərdən deyildir. Yəni İslami bilgilərdə ad günü keçirmək haqda heç bir tapşırıqlar gəlməmişdir. Cəfəri məktəbinin baxışı bu deyil ki, ziyanverici olmayan sünnətləri məhkum edib sıradan çıxarsın. Amma bəşəriyyətin özyaratdığı sünətləri İslama daxil etmək və onu vacib əməl olaraq sadalamaq düzgün deyildir. Çünki İslamın baxışına görə hər bir sünnət və anımmərasimləri gərək ki, inanclı insanların biliyinə və imanında artıma səbəb olacaq hədəflərə malik olmuş olsun.
-Bir məsələni də unutmaq lazım deyil ki, batil olmayan sünnətləri bəyənilən əməllərlə yanaşı etmək mümkündürsə belə vəziyyətdən istifadə etmək daha məsləhətlidir.
Xülasə desək ad günü mərasimləri keçirmək əgər şəxsin düşünməsinə və həyatının tərzini düzgün yönə çəkilməsinə səbəb olarsa belə mərasimlərin qurulması faydalı, istiqamətyönlü olur və icazəlidir.


İnsanların fəsada yuvarlandığı bir dövrdə islam hökuməti qurula bilərmi?


İnsanların fəsada yuvarlandığı bir dövrdə islam hökuməti qurula bilərmi? Cavab: İslam hökuməti o demək deyil ki, cəmiyyətin bütün fərdləri ədalətli olsun. Başçıları İslam qanunlarını əsas götürən bir hökumət İslam hökumətidir. Səfər o zaman yaxşı hesab olunur ki, sürücü mahir, maşın isə saz olsun. Səfərin necəliyində müsafirlərin vəziyyəti əsas götürülmür. “Bəqərə” surəsinin 102-ci ayəsində oxuyuruq: “Yəhudilər Süleymanın hakimiyyətinə dair şeytanların oxuduqlarına uydular.”
Bundan əlavə ədalət eyni münasibət demək deyil. Ədalətli həkim hər xəstəyə onun xəstəliyinə uyğun dərman yazır, ədalətli müəllim hər şagirdə onun biliyinə uyğun qiymət verir. Əgər bütün xəstələrə eyni dərman, bütün şagirdlərə eyni qiymət verilsəydi, bu ədalətsizlik olardı. Gözlə qulaq, dağla dəniz eyni deyil. Fərq yalnız ədalətsizlikdən doğmur. Bəzən ədalət özü fərq qoyulmasını tələb edir.
Zülmdən doğmuş ixtilaflar və bərabərsizliklərlə mübarizə aparmaq lazımdır. Təcavüzkarların zülm ilə topladıqları kapitallar onların gözündən tökülməlidir. Amma görülən işə, istedada, ixtisasa, məsuliyyətə fərq qoyulmazsa cəmiyyətdə inkişaf dayanar, insanlarda təkamül həvəsi sönükər.


Lənət etmək bəyənilmir. Amma bəzi insanlara icazəlidir?


Lənət etmək bəyənilmir. Amma bəzi insanlara icazəlidir? Lənət və nifrin bəyənilən əməllərdən deyildir. Lakin Quran bəzi hallarda özü 18 dəstə insanlara lənət oxumuşdur:
1. Kafir olub, küfr halında ölənlər. “Doğrudan da kafir olub, küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).
2. Müşrikləri. “Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!”. (“Fəth” 6).
3. Mürtədləri. “İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər). Allah zalım dəstəni hidayət etməz. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır”. (“Ali-imran” 86-87).
4. Münafiqləri. “Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır”. (“Tövbə” 68)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .