Cinlərin peyğəmbəri də insandırmı?


“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56). Quran ayələrindən belə başa düşmək olur ki, onların da İslam Peyğəmbərindən (s) savayı peyğəmbərləri yoxdur. İbni Abbas nəql edir: “Peyğəmbər (s) sübh namazını qılırdı. Orada Quran tilavət edirdi və bu ayələri deyirdi ki, bir qrup cinlər Quranın səsini eşidirlər və öz qəbiləsinə qayıdıb, onları İslama dəvət edirlər. Quran nəql edir ki, onlar deyirlər ki, bu Quran hamını düz yola hidayət edir, ona görə də biz də ona iman gətirdik. Heç bir zaman heç nəyi Allahımıza şərik qoşmayacağıq”. Bu hədisdən görmək olur ki, cinlər də insanlar kimi Qurana və İslam Peyğəmbərinə (s) iman gətirmişdilər...


Cini öldürmək həqiqətdirmi?


... Cinlər insan kimi deyildir və onlar gözdən gizli məxluqlardırlar və bir şəkildən başqasına düşə bilirlər. Ağıl və dərkə malikdirlər. Güc tələb edən işləri görməyə qadirdirlər.
Allah Təala insanları cinlərdən üstün yaratmışdır. Cinlər də insanlar kimi mükəlləfdirlər və onların da içində möminlər və kafirlər vardır. Bu varlıqların bəzisi insanlarla rabitə qura bilir. Bəzi sirləri onlara çatdırırlar. Cinlərin arasında böyük qüdrətə malik olan cinlər vardır. “Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»”. (“Nəml” 39). Avam insanlar bu məxluqlar haqqında çox sayda xurafi şayiələr yaymışdılar. Avam insanlar belə hesab edirlər ki, oddan yaranmış bu varlıqlar çox təhlükəlidirlər, insana əziyyət verir, kinli və pis rəftarlı varlıqlardırlar. Onları öldürmək də bu xurafi şayiələrdən biridir. Bizim anlamda fiziki varlığı olmayan bu varlığı axı necə öldürmək olar ki? Onların ümumi anlamda fiziki cismi yoxdur və atəşdəndirlər. Beləliklə, deyə bilərik ki, Quran və hədislərimiz cinin var olduğunu bəyan edirlər. Ancaq cinlə bağlı deyilən bütün xurafi şayiələr ki, Quran və hədislərdə onlara rast gəlinmir – avam insanların qurmasıdır.


Niyə bəzən dindar ailələrdən dinsiz uşaqlar çıxar?


Dindar olan ailədə böyüyən uşaqlarn dindən uzaq gəzməsinin səbəblərini əsasən iki məsələdə görmək olur:
1. Məcburiyyət və həddən artıq təzyiq göstərmək. Bildiyimiz kimi, İslam dini mehribanlıq və etidal dinidir. Heç bir zaman ifrat və təfritə getmir. Əksinə, öz davamçılarına buyurur ki, ixtiyar sahibisiniz, özünüz gərək öz yolunuzu ixtiyarınızla seçəsiniz...
2. Vacib olmayan əməlləri yerinə yetirməyə vadar edərlər. Onu istəklə yerinə yetirməsən, heç bir fayda görməzsən. Yəni, bu valideynlər öz vəzifələrində ifrat edərlər və nəticədə də övladlarını hər bir şeydən məhrum etmiş olarlar.
Hədislərimiz buyurur: “Ürəklərin halı olar: üz çevirən və arxa çevirən. Ona görə də ürəklərinizi o zaman işə salın ki, istəyir və işə üz çevirmişdir. Əgər ürək istəməyərəkdən işə vadar edilərsə, kor olar”. Əlbəttə ki, vacibatlar hər bir halda yerinə yetirilməlidir...


Allah-Taala (c.c) kafirlərə möhlət verməsinin hikməti nədir?!


\"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir\" \"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır .\"(Ali-İmran, 178).
İzah: Ötən mətləbdə kafirlərin dünya rifahından daha çox faydalanmasının dəlillərindən biri olaraq tədricilik ənənəsindən söhbət açdıq. Bu sahədə Allahın digər ənənəsi isə möhlət verməkdir. Belə ki, Allah bütün insanlara, o cümlədən kafirlərə möhlət verir ki, bəlkə yanlış yoldan dönər, tövbə edər və ya günahını artırar və daha çox azğınlığa qərq olar. Bu, Allahın rəhmət nümunələrindəndir...


Allah-Taala (c.c)-nın çətin tutduğu məsələlərin məsləhəti nədədir?!


Bəzi çətinliklər bəndələrin xeyrinədir! Məlumdur ki, insanın kainatın sirləri və onların öz taleyinə təsiri haqqında məlumatı çox azdır.
\"Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.\" (Bəqərə, 216).
Hədis: İmam Əli (ə): “Allah Öz ərşindən səsləyir: “Ey bəndələrim! Dediyim hər şeyə əməl edin. Öz məsləhətlərinizi mənə deməyin. Mən Özüm sizin məsləhətinizdən xəbərdaram və onu sizdən əsirgəmərəm.” (İmam Həsən Əsgəriyə (ə) isnad olunan təfsir, səh. 327, hədis: 176).


Niyə günahkarların əzabı bəzən təxirə düşür?


Bu şübhəni 4 cürə başa düşmək olar:
1. Birincisi ona görə ki, əgər hər günahkar dərhal və tez bir zamanda cəza alsaydı, onda seçim ixtiyarını əldən verər, sərbəst və müstəqil durumunu itirərdi. Belə ki, cəza təhdidi ilə hamı vacibatları yerinə yetirər və haramlardan çəkinərdi. Bu zaman insan muxtar olmazdı, yəni ixtiyar sahibi olmazdı. Lakin Allah insanı muxtar yaratdığı üçün, insan seçim azadlığına malikdir və o, günah da edə bilər, dürüst həyat da sürə bilər, günah etdikdə səmimi tövbə edərək, geriyə qayıda da bilər.
2. İkincisi isə bəzi günahkarlar o qədər günah dənizində qərq olublar ki, onları xilas etmək artıq mümkünsüz hala gələr və Allah Təala onları daha dərin günahlarda qərq edər...(“Ali-İmran” 178).


Ruhların Zərr aləmində “bəli” deməsi və Nəhl surəsinin 78-ci ayəsindən yaranan şübhəyə cavab?!


Cavab: Qurani-kərim iki növ bilgi bizə tanıdır: 1. Hüzuri elm. Bu elm kəsb yolu ilə deyil, insanın fitrəti yolu olmuşdur və var. 2. Hüsuli elm. Bu elm təhsil yolu ilə əldə olunur... Qeyd etdiyiniz ayə hüsuli elmə işarə edir və “Nəhl” surəsində buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.” (“Nəhl” surəsi, ayə 78) Hüzuri və fitri elm isə Allahın rübubiyyəti və insanı öz bəndəliyi əsasındadır və həmişə insanın yanındadır.
Mütəal Allah “Nəhl” surəsində “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı” buyurur, amma “Rum” surəsində “Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut”-deyə buyurur. (“Rum” surəsi, ayə 30)...


Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Səcdə öz-özlüyündə ibadət hesab olunmur. Əslində səcdə - təzimin bir növüdür. Necə ki, Yusifin (ə) dastanında ona səcdə edirlər. Bu səcdə ibadət hesab olunmur. Ona görə də mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri sadəcə İlahi əmrə itaət xarakteri daşıyırdı, ibadət deyildi. Və okəs ki, Allahın əmrinə itaət etməz, onu dindar adlandırmaq olmaz. Bəzən belə sözlər eşidirik ki, İblis (lən) Allahdan qeyrisinə səcdə etməkdən boyun qaçırtmışdır. Halbuki, bu, batil bir fikirdir. İblis əslində Allaha itaətsizlik üzündən bu əməldən boyun qaçırtmışdır. Ondan qeyrisinə səcdə etmək səbəbindən deyil...


Niyə bəzən möminlər məğlub olurlar?


Mühüm olanı budur ki, tarix boyu bütün İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) öz hədəflərini həyata keçirə bilmişdilər, baxmayaraq ki, şəhid olmuşdular. Ancaq özlərindən sonra qoyub getdikləri miras, onların məktəbini davam etdirmiş və hədəflərini yerinə yetirmişdir. Qələbə sözünün başqa bir mənası da düşmənə tədricən qələbə çalmaqdır. Bəzən bir nəsil gəlir və qələbə çala bilmir, ancaq ondan sonrakı nəsil bu hədəfi yerinə yetirir. Bunun özü də qələbə hesab olunur. Ühüd döyüşündə Peyğəmbər (s) səhabələrinə qələbə müjdəsini vermişdi. Müharibənin ilk əvvəlində qələbə çalmışdılar. Ancaq bir dəstə qənimət toplamaq arzusu ilə öz vəzifələrini unutduqları üçün döyüşü uduzurlar.




Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?


Bu suallarla bağlı bir neçə nöqtəyə işarə etməliyik:
1. Bu, təbiidir ki, İslam dini keyfiyyətə kəmiyyətdən daha çox üstünlük verir. Zahirdən çox, batinə daha çox diqqət edir.
2. Zahir ilə batinin bir-birinə təsirini inkar etmir. Belə ki, gözəl geyim insanın sevincli və şad olmasına səbəb olar. Bədənin çirkli və üfunətli iy verməsi ruhu incidər və onda ikrah hissi yaradar.
3. Bu iki amildən də mühüm olanı budur ki, zahiri hifz etməyin, batini hifz etməyə təsiri böyükdür. Misal üçün, əgər bananın qabığını soysanız, onu uzun müddət saxlaya bilməzsiniz. Əgər xurmanın qabığını soysanız, onun daxili tez büzüşər və quruyar. Bu deyilən üç amil ibadətin zahir və batininə də şamil edilir. Dinin zahiri meyvə qabığı kimi olsa da, mühüm olan – dinin batinidir və qəlbin pak olmasıdır. Ancaq onu da qeyd etməliyik ki, əgər zahir qorunmazsa, batin tez bir zamanda zərər görəcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .