[not-group=5] ----- [/not-group]Oruc tutmağın insan bədənində olan xəstəliklərə qarşı təsirləri nələrdri?

Orucla müalicə edilən xəstəliklər:
1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı iki yemək arasında su içməmək çox xeyirlidir.
2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək yemək və səhər vaxtı su içmək çox faydalıdır.
3. Qan təzyiqinin yüksək olması. Bu xəstəlik çox yemək nəticəsində daha da şiddətlənir. Bərəkət və nemət ayı olan Ramazan ayında xüsusilə də əgər çəki normadan çoxdursa, oruc bu xəstəliyə yaxşı təsir qoyacaqdır...



[not-group=5] ----- [/not-group]Cənab Rəhbər ramazan ayının dəyəri haqda nə buyurmuşdur?

Bu ay oruc ayıdır. Quranın nazil olduğu və Quranla ünsiyyət ayıdır. İbadətin məğzi və ruhu olan dua, minacat və ibadət ayıdır.
Bir neçə gündən sonra mübarək ramazan ayı - insanın yenidən qurulması, özünü qurması və Allahla ünsiyyət baharı başlanacaq.
Ramazan ayını qənimət sayın. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə yaşayın. Dua fəsli də bu mübarək aydır. Baxmayaraq ki, insan həmişə dua ilə Allaha birləşməlidir. Lakin “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam...



[not-group=5] ----- [/not-group]Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?

Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?Ayətullah Cavadi Amulinin ruhanilərin vəzifəsi və vəziyyəti haqda buyuruqları: -Hövzə cəmiyyətin suallarını, ehtiyaclarını cavablandırmaq üçün çıxış yolu göstərməlidir... -Hövzə cəmiyyətin ehtiyaclarına cavab verməsə cəmiyyətdən uzaqlaşacaq...
İslam hökumətində bizim üçün nümunə Əmirəlmöminindir. Bazara əlində qamçı daxil olar, xəbərdarlıq edərdi ki, möhtəkirlik, baha satmaq, sələmçilik olmaz! Həzrət buyurur ki, suyu və torpağı olan məmləkət ehtiyac içində yaşasa, Allahın mərhəmətindən uzaqlaşar... Dəllallıq, qiymətlərin süni qaldırılması, malı yığıb bahalaşma gözləmək olmaz, bunun qarşısı alınmalıdır. Xalq əsil İslam iqtisadiyyatı istəyir...



[not-group=5] ----- [/not-group]Cəmiyyətin tərbiyəsi hansı nöqtədən başlayır?

Cəmiyyətin tərbiyəsi hansı nöqtədən başlayır?Tanınmış şiə müctehidi Ayətullah-üzma Həkim İraq universitetlərində təhsil alan xanım tələbələrlə görüşdə buyurub: Qadınların öz iffətini qoruması cəmiyyətin islahının müqəddiməsidir. Hicab Quran əmri, Əhli-beyt (ə) göstərişidir. Cəmiyyətin islahı qadınların islahından, qadınların islahı hicabdan başlayır. İffət müsəlman qadının cövhəridir. Müsəlman qadınlar cəmiyyət qarşısındakı məsuliyyətini yerinə yetirməlidir. Doğruçuluq, Allah hüzurunda ixlas, təqvalı olmaq, şəriət qanunlarına riayət etməklə şiə məktəbini qorumağa çalışın, Allahın Rəsulunu (s) şad edin...



[not-group=5] ----- [/not-group]İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək?

İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək? İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər.
1-Təfəkkür və dəlillər Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. Hikmət, kəlam, ürfan kitablarında sübut olunur ki, bütün varlıq aləmi Allahın iradəsi ilə yaşayır...
2-İlahi nişanələr, İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə böyük yaradıcının nişanələri ilə rastlaşar... 3-İbadət... 4-Zikr və dua



[not-group=5] ----- [/not-group]Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri

Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri Ayətullah Behcət deyir: "Düçar olduğumuz bu bəlaların dəf edilməsi üçün cənablar faydalı bir şeylər bilirlərsə onu desinlər ki camaat onu edərək bəlaları özlərindən uzaq saxlasınlar. Quran da buyurur ki, "Mən, madam ki sən onların arasındasan və madam ki onlar istiğfar edirlər, onlara əzab vermərəm”. Quran yenə buyurur ki, "Bizim əzabımız onların sorağına gələndə niyə ahu-zar etmədilər”... Onlar hamısı yəqin etdilər ki bunlar Allahın əzabıdır və yenə nazil olacaq. Onlar həmin əzabları Allah dərgahına ahu-zar etməklə dəf etdilər. Sünnət budur ki Allahın qeybdən mələklərlə göndərdiyi əzablar, Allahı diqqətdə saxlamaq, ona müraciət etmək və dərgahına ahu-zar etməklə dəf edilir və indi də bizə gələcək əzabları bu yolla dəf edə bilərik”



[not-group=5] ----- [/not-group]Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq?

Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq? Əbdüssəlam ibni Saleh Hərəvi deyir şabanın sonu idi və mən İmam Rzanın yanına getdim. Şabanın sonuncu cüməsi idi. İmam mənə buyurdu:
“Ey Əba-Səlt! Şabanın çoxu arxada qalıb və bu onun axırıncı cüməsidir. Geridə qoyduğun xətalarını yerdə qalan günlərdə aradan qaldır! Və sənə kömək edəcək şeyləri həyata keçir! Ey Əba-Səlt sənə (mənəvi həyatına) kömək etməyəcəkləri tərk et! Çoxlu dua və istiğfar et! Quran oxu, günühlarından tövbə et!, Elə olsun ki Allahın ayı sənə üz gətirəndə tər-təmiz olasan. Bu zaman öhdəndə ödənilməmiş və verilməmiş əmanət qalmasın!...



[not-group=5] ----- [/not-group]Elmə və hikmətə nə zaman zülm edilər?

Elmə və hikmətə nə zaman zülm edilər? Təlim edilən məlumatlar təlim edənin kimliyindən daha mühüm məsələdir. Əgər Peyğəmbər, Elm Çində də olsa onu gedin əxz edin, deyirsə , deməli məqsəd elmin uzaq məzasəfədə olması və ya onu təlim edənin kimliyi deyil, əhəmiyyət daşıyan əsas elmin özüdür.
Aşağıda gələcək hədisin, barəsində göstəriş verdiyi 3-cü qismdir. Yəni təlim edilən şəxs. Təlim edilən şəxs elmin qədrini bilməli, onun əhli olmalı və təəssübküşlik və cahillikdən uzaq durmalıdır. Buna görədir ki, İmam Musa Kazim ən yaxın səhabəsi və islam dünyasının tanınmış alimi Hişama buyurur: "Ey Hişam! Hikməti cahillərə verməyin, ona zülm edərlər. O hikməti öz əhlindən də əsirgəməyin, onlara zülm etmiş olarsız" /(Tuhəful-Üqul - 216)



[not-group=5] ----- [/not-group]İslam dinində şadlığa münasibət necədir?

İslam dinində şadlığa münasibət necədir? Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır. İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur. Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır. Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə doldurur.
Həqiqi şadlığın bəzi amillərini sadalayaq: iman, taledən razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman, həyat həvəsi, fiziki iş, əyləncə, Quran qiraəti, Allahın zikri, sədəqə və s. Qurani kərimdə behişt nemətlərinin sadalanması, İslamın şadlığa müsbət münasibətinin təsdiqidir...



[not-group=5] ----- [/not-group]Bəndə üçün günahdan daha pis olan nədir?

Bəndə üçün günahdan daha pis olan nədir? Günühdan sonra peşmançılıq çəkməmək isə bəndənin mənəvi uçuruma getdiyinin göstəricisidir.
Ən pis hal isə odur ki biri dinlə düşmənçilik, Peyğəmbər və Əhlibeytlə düşmənçilik və ya din xadimləri və möminlərə qarşı olan kin-küdürətə görə hansı bir günaha əl atır və bundan sonra şad olduğunu hiss edir.
İmam Səccad buyurub: "Günahla sevinməkdən çəkin! Bu günahla sevinmək onu etməkdən daha pisdir və daha böyük günahdır" (Kəşful-ğimmə cild-2, səh-108)




Öncəki
Sonrakı
[group=5] [/group]