Qadınlarla və körpələrlə bağlı “çilə” məfhumunun dinlə əlaqəsi varmı?

Cavab: Çilə fars dilində “çehel” sözündən qaynaqlanır, mənası “40” deməkdir. Təsəvvüf aləmində sufilərin 40 gün təriqət tələblərinə uyğun olaraq təlim keçmələrinə də “çilə” deyirdilər. Xalq inamına görə gəlin, eləcə də uşaq dünyaya gətirmiş zahı qadın 40 gün “çilə” dövrü keçirir. Yeni doğulan uşaq da 40 gün çiləli olur. 40 günün tamamında “çiləkəsdi” mərasimi keçirilir. Dini mətnlərdə bununla bağlı hər hansı sübut yoxdur. Ona görə də çilə və çiləkəsdi ayinlərini dinlə bağlamaq yanlışdır. Bunun səbəbi uzun əsrlik tibbi-psixoloji təcrübəyə əsaslanan xalq inancı ola bilər. Belə ki, həyatında yeni mərhələyə qədəm qoymuş qadının 40 gün rahat, cəmiyyətdən uzaq reabilitasiya müddəti keçməsi faydalı ola bilər. Həmçinin, yeni doğulan körpənin 40 gün təcrid olunmuş halda saxlanması onu yad təsirlərdən, yoluxucu xəstəliklərdən qoruya bilər. Ona görə də çilə məfhumunu dini deyil, milli adət-ənənə kimi dəyərləndirmək lazımdır.



Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı?

Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı? Qadın namaz qılarkən naməhrəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır. Ona görə məscidlərdə qadınların namaz qılıdığı yerlə kişilərin yerini ayırırlar. Qadın namaza başlayarkən diqqət yetirməlidir ki, naməhrəm kişilərin gediş-gəlişindən uzaq bir yerdə dursun. Amma ondan asılı olmayan səbəblər üzündən namazın ortasında naməhrəm kişi onu görsə də belə, yenə namazı düzgündür inşəllah.



Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?

Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar? Cavab: Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir. Qadın kişidən fərqli olaraq naməhrəmlərin gözündən ciddi şəkildə qorunmalıdır. Qadının demək olar ki bütün bədəni, hətta bədən cizgiləri naməhrəmdən örtülməlidir. Zənnimizsə, qadının qəbrinin dərin qazılmasının əsas səbəblərindən biri dəfn zamanı qəbrin ətrafında olan kişilərin cənazəni görə bilmələrinə mane olmaqdır. Qəbr dərin qazılanda dəfn və təlqin zamanı ətrafda duran adamların cənazəni görməsi çətinləşir. Həmçinin, hər hansı təbii hadisə (məsələn, zəlzələ və ya sel) baş versə, qəbrin dərinliyi onun uçulmasına və cənazənin üzə çıxmasına mane ola bilər.



Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı?

Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı? Cavab: Bismillahir-rəhmanır-rəhim.
Əgər ər həyatda olarkən mehriyyəni ödəməyibsə, qadın da mehriyyəsindən keçməyibsə, ər öldükdən sonra varisləri əvvəl onun borclarını, o cümlədən arvadının mehriyyəsi ödənilməlidir. Bundan sonra qalan irsi bölə bölməlidirlər.



Quran müsəlman qadından nə istəyir?

Quran müsəlman qadından nə istəyir? Quranın cəmiyyətin hər bir üzvünə görə öz istək və göstərişləri vardır. Quranın müsəlman qadından da öz istək və göstərişləri vardır. Qurani-Kərimin “Nisa” surəsinin 34-cü ayəsində Allah Təala buyurur: “Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və İmamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin”...



Hansı üç dəstəni cəhənnəm atəşi yandırmaz?

Hansı üç dəstəni cəhənnəm atəşi yandırmaz? Pеyğәmbәr (s) bu bаrәdә buyurmuşdur: Cәhәnnәm оdu üç nәfәri yаndırmаz:
1. Ərinә itаәt еdәn qаdını; 2. Ərinin çәtin vахtlаrındа sәbir еdәn qаdını; 3. Atа-аnаsınа yахşılıq еdәn övlаdı. (“Nәsаyih”, sәh. 111.)
Аllаhın qәzәbi: Pеyğәmbәr (s) buyurub: “Әrindәn icаzәsiz еvdәn çıхаn qаdın әrini rаzı еdәnә vә еvә qаyıdаnа qәdәr Аllаhın qәzәbinә düçаr оlаr.” “Sәbәbsiz әrindәn bоşаnmаq istәyәn qаdınа cәnnәtin iyi hаrаmdır. Әri rаzı оlаn qаdın cәnnәtlikdir.”
İmаm Sаdiq (ә) buyurub: “Аllаh yеddi gün әrinә хidmәt еdәn qаdının üzünә cәhәnnәmin bütün qаpılаrını (yеddi qаpı) bаğlаyаr vә cәnnәtin bütün qаpılаrını (sәkkiz qаpı) аçаr.” (“Rаhе sәаdәt”, sәh. 15.)



Hicab barədə 10 yanlış stereotip hansılardır?

Hicab barədə 10 yanlış stereotip hansılardır? Hicab haqqında diqqət olunası bir neçə məsələ:
1. Opponent: Hicab – psixoloji əsarət deməkdir. Hicab geyinən özünü sanki daimi mənəvi zindana məhkum edir.
Hicablı: azadlıq anlayışına təfəkkür azadlığı kimi deyil, geyim tərzində olan “azadlıq” prizmasından baxılsa, bu, o deməkdir ki, ibtidai bioloji varlıqlar ən azaddır, çünki təbii xəz və dərilərindən başqa geyimləri yoxdur. Həqiqət ondadır ki, insanın, öz əqidəsinə uyğun zahiri görkəmə malik olması – məhz azadlığın göstəricisidir.
2. Opponent: Hicablı qadın öz seçimində azad deyil, mütləq onun üçün müəyyən edilən çərçivədə olmalıdır.
Hicablı: Halbuki, bu, peşə, mədəniyyət, yaşayış tərzi və zamana uyğun geyimlərdir. Bircə misal çəkək: Böyük Britaniyanın kraliçası, qəbul olunan ənənəyə görə, hər il keçirilən parlament iclaslarının açılışına tacını geyinir. Sizin məntiqə görə, bu hal – onun çərçivədə həyat sürməsinə dəlalət edir. Məncə, iddianızın süniliyi tam aydındır...



Bu qadınlarla ailə qurmayın?!

Bu qadınlarla ailə qurmayın?! Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir. Ondan doğulan övlad isə zülmkar və təcavüzkardır”. O həzrət (s) yenə buyurur: “Zibillikdə bitən çiçəkdən çəkinin”. Zibillikdə bitən çiçək hansıdır? -deyə soruşulan suala Peyğəmbər (s) “səviyyəsiz ailədə böyüyən gözəl qızdır”-deyə buyurdu. Rəsulullah (s) dua edərkən Haqq Taalaya ərz edərdi: “İlahi! Mənim əmrlərimə tabe olmaq əvəzinə mənə əmr edən övladdan xeyir vermədən məhv olan maldan, axmaqlığı ucbatından məni vaxtından tez qocaldan qadından və hiyləgər dostdan Sənə sığınıram”.
Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizin qadınlarınızın ən xeyirsizi doğmayan, təmizliyə riayət etməyən, inadkar, sözə baxmayan, qohumlarının gözündə səviyyəsiz, öz gözündə hörmətli, ərinə itaətsizlik göstərən, digərlərinə isə təslim olan qadınlardır”. “Qadında uğursuzluq mehriyyəsinin çoxluğu və doğmamazlığıdır”.



Fəqih hicab taxmamaq hökmü verə bilər?

Fəqih hicab taxmamaq hökmü verə bilər? Hökmlər iki qisimdir: ümumi və şərtlənmiş... Höccətülislam Seyid Mustafa Behişti Ayətullah Məkarim Şirazinin xaricdə təhsil alan xanımların təhsili davam etdirmək üçün hicab qadağası olan universitetlərə hicabsız daxil olması ilə bağlı fitvasını araşdırır... (tebyan)
Hicab dinin zəruri hökmlərindənsə fəqih ilahi hökmü kənara qoyub, bu hökmün ziddinə fitva verə bilərmi? Fövqəladə vəziyyət adi vəziyyətdən fərqlənir. Necə ki, çıxılmaz vəziyyətdə həyatın davamı üçün murdar ətdən yemək olar. Oruc adi halda vacibdir. Amma cana zərər olsa haram sayılır. Hökmi-əvvəliyyə, hökmi-sanəviyyə deyilən iki hökm adi vəziyyət və çıxılmaz vəziyyət üçün nəzərdə tutulub. Çıxılmaz vəziyyət üçün nəzərdə tutulmuş hökmi-sanəviyyə hökmi-əvvəliyyəni gücdən salmır. Ayətullah Məkarim Şirazi hicabı dinin zəruri hökmlərindən sayır. Onun hicab qadağası olan təhsil ocaqlarına hicabsız daxil olmaq icazəsi müvəqqəti və istisna haldır. Eyni zamanda Ayətullah Məkarim Şirazi konkret şəraitdə müəyyən müsəlmanın sualını cavablandırıb və bu cavab ümumiyyət təşkil etmir. Oxşar vəziyətlə üzləşən şəxsin fəqihə mürcaiət etməsi lazımdır.



Hicab Allahın haqqıdır yoxsa insanın?

Hicab Allahın haqqıdır yoxsa insanın? Tanınmış İslam alimi Ayətullah Cavadi Amuli hicab barəsində bunları deyir:
“Qadınlar bunu tam formada dərk etməlidirlər ki, hicab yalnız onun özünə, həyat yoldaşına və ya ailəsinə məxsus olan bir məsələ deyil ki, “mən öz haqqımdan keçirəm” və ya “mən ailəmin hicabsız olmağına razıyam” deyərək bu haqqdan boyun qaçırtsın. Bu dediyimiz qanun Qərbdə tam fərqlidir. Lakin islamda qadının hörməti qadının özündə və ya ailəsinin əlində deyil. Başqa sözlə desək hamı razı da olsa Quran buna razı deyil. Çünki qadının hörmət və heysiyyəti Allahın haqqı kimi hesab olunur. Allah qadını şəfqət sahibi olaraq yaradıb ki, mehribançılıq ustadı olsun və digərlərinə də sevgi paylasın. Lakin əgər cəmiyyətdə bu şəfqət və məhəbbət tərk olunaraq yerini şəhvətə verərsə, Qərbdə yaranan fəsad islam dünyasında da peyda olacaq. Elə bu səbəbdən heç kim “hicabsızlıqla razıyam” ifadəsini işlədə bilməz.
Quran, heç kim Allah haqqlarının müdafiəsi ilə razı olmasa da şəxslərdən fərdi şəkildə bunu icra etmələrini tələb edir. Quranın hakim olduğu cəmiyyət şəfqətdən ibarətdir. Bunun səbəbidə cəmiyyətin yarısını şəfqət ustadlarının, yəni anaların təşkil etməsidir. İstəsəkdə istəməsəkdə bu belədir.”




Öncəki
Sonrakı