Doğrudanmı həzrət Əlİnİn (ə) evİnİn damına ulduz düşmüşdür?


Sual: Dəfələrlə həzrət Peyğəmbərin (s) belə bir xəbər verdiyini eşitmişik ki, müəyyən bir gecə səmadan yerə bir ulduz enər; Həmin ulduz kimin evinin damına düşərsə, həmin şəxs həzrətin qızı Zəhranın əridir. Bildirilir ki, müəyyən bir gecədə həmin ulduz həzrət Əlinin (ə) evinin damına düşmüşdür. Əgər ulduzlar hər biri yer kürəsindən böyükdürsə, yuxarıdakı rəvayəti doğru saymaq olarmı?


Doğrudanmı Əlİ (ə) Mədİnədən Mədaİnə bİr gecədə gəlmİşdİr?


Sual: Bəzi kitablarda nəql olunur ki, Əmirəlmöminin Səlman vəfat etdiyi vaxt bir gecə ərzində Mədinədən Mədainə gəldi. Səlmana Mədaində qüsl verdi, onu dəfn etdi və sübh Mədinəyə qayıtdı. Mədinə ilə Mədain arasındakı uzun məsafəni bir gecədə qət etmək necə mümkün oldu?


“Maİdə” surəsİnİn üçüncü ayəsİ HӘZRӘT Əlİ (ə) haqqındadırmı?


Sual: Əksər şiə və bir çox sünni alimlərinin fikrincə, “bu gün sizin dininizi kamilləşdirdik, sizə olan nemətimizi tamamladıq və İslamı sizin üçün bir ayin olaraq qəbul etdik” ayəsi Qədir günü nazil olmuşdur. Axı ayənin əvvəli və sonu halal-haram ətlərin bəyan etdiyi halda onun orta hissəsində bu mövzu ilə qətiyyən uyğun olmayan bir məsələ bəyan edilə bilərmi?


Həzrət Əlİ (ə) namazda olduğu vaxt saİlİ (dİlənçİnİ) necə gördü?


Sual: Həzrət Əli (ə) ilә bağlı rəvayətlərdə oxuyuruq ki, onun ayağına batmış oxu yalnız namazda olduğu vaxt çıxara bildilər. Namaz qıldığı vaxt həzrətin diqqəti Allaha elə cəlb olunardı ki, vücudunu hiss etməzdi. Amma başqa rəvayətlərdə bildirilir ki, bir gün həzrət Əli (ə) namazda olduğu vaxt məscidə daxil olan fəqiri və barmağındakı üzüyü ona bağışladı. Necə ola bilər ki, ayağına batmış oxun namaz vaxtı çıxarılmasından xəbər tutmayan həzrət məscidə girən fəqiri görür?


“Şəqqül-qəmər” nədir?


Sual: Deyirlər ki, İslam Peyğəmbərinin möcüzələrindən biri ayın parçalanması (“şəqqül-qəmər”) olmuşdur. Bu doğrudurmu?


Məryəmİn anası öz övladını rahİb edəcəyİnİ nəzİr etmİşdİmİ?


Sual: Bilirik ki, röhbaniyyət, yəni rahiblik həmişə, xüsusi ilə də həzrət Məryəmin dövründə haram olmuşdur. Bəs nə üçün İmranın arvadı (Məryəmin anası) hamilə olduğu vaxt nəzir etmişdi ki, əgər Allah ona bir övlad əta etsə, bu övladı rahib edəcək?


Məryəmİn bakİrə halda doğuşu necə mümkündür?


Sual: Həyat vahidi hücеyrәsinin tərkibi iki şeydən – spermatozoid və ovuldan ibarətdir. Dişi hücеyrә, qamet təklikdə həyat prosesini təmin etməyə qadir olmadığından belə bir tərkib zəruridir. Ciddi elmi əsasa malik bu şərt ödənmədiyi halda həzrət Məryəm kimsə ilə təmasda olmadan necə hamilə ola bilərdi? Hansı ki, dişi hücеyrә, qamet təklikdə həyatın davamını təmin etməyə qadir deyil.


İslam Peyğəmbərİnİn (s) gəlİşİ haqqında həzrət İsa (ə) xəbər veribmi?


Sual: Qurani-kərimdə oxuyuruq ki, həzrət məsih (İsa) özündən sonra Əhməd adlı bir Peyğəmbərin gələcəyini xəbər vermişdir. Uyğun məlumat bugünkü İncildə mövcuddurmu?


Xaç qüslü nədİr?


Sual: Xaç qüslü dedikdə nəzərdə nə tutulur və o necə yerinə yetirilir?


MƏSİHILİKDƏ ÜÇ FİRQƏNİN, QOLUN YARANMASI NECƏ BAŞ VERDİ?


Sual: Məsihilik dinində çoxsaylı firqələr mövcuddur. Amma bu firqələrdən üçü - katolik, ortodoks, protestant firqələri daha çox tanınmışdır. Bu firqələr nə vaxt yaranmışdır və onlar arasında hansı fərqlər vardır?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter