Bu düzdürmü ki, Əhli-Beyt (ə) davamçıları (ə) cəhənnəmə getməyəcəklər?


Əgər Əhli-Beyt (ə) davamçısı dedikdə həqiqi Əhli-Beyt (ə) davamçısı nəzərdə tutulursa, yəni həm əməlində və həm də nəzərində Həzrət Peyğəmbərə (s) və İmamlara (ə) ardıcıllıq edərsə, onları həyatlarının əsl ülgüsü hesab edərsə, həyatın bütün sahəsini dini təlimlər üzərində tənzim edərsə, Allahın eşqi bütün varlığını bürüyərsə, Peyğəmbər (s) və İmamlara (ə) olan sevgisi İlahi hadayətin nişanəsi kimi onu məşğul edərsə - bu cür insan günaha əslən yaxın olmaz və cəhhənəm əhli olmaz. Ancaq əgər bu sualda məqsəd istilahi Əhli-beyt (ə) davamçısıdırsa, ya da daha düzgün desək, Əhli-beyt (ə) davamçısı adı altında tanınan müsəlmandırsa, o zaman onun aqibəti haqda müəyyən heç nə demək olmaz.


Niyə ancaq İmam Hüseynin (ə) Ərbəini qeyd edilir?


Sual yarana bilər ki, nə üçün ancaq İmam Hüseynin (ə) Ərbəini qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir?


Həzrət Peyğəmbər (s) və İmam Həsənə (ə) və İmam Hüseynə (ə) hansı İrsİ qoydu?


İmam Həsən (ə) üçüncü hicri ilində Ramazan ayının 15-də dünyaya gəlmişdir. Peyğəmbəri-Əkrəm (s) vəfat edəndə onun yeddi yaşı var idi. İmam Həsənin (ə) ömrünün ən bərəkətli dövrü babasınıın sağ olduğu dövrlər idi. Babasının ona və qardaşına olan məhəbbətini hamı hiss edirdi və hətta deyilənə görə bu məhəbbət həddini aşmışdı.


Tövbənin növləri hansılardır?


Allah-taala tövbə barəsində buyurur: \"Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.”
Tövbənin mənası günahdan dönməkdir. Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. Bilməlisiniz ki, insanın işləri beş növdür:


HƏQİQİ İBADƏT NECƏ OLUR?


Allah Təalanın buyurduğuna və Əhli-beytin (ə) çatdırdığına görə ən düzgün və sağlam ibadət o ibadətdir ki, dünya və axirətin müsbət təsirinə malik olsun. Tərkibi beş həqiqətlədir. Bu beş həqiqət o zaman ki, bir-birinin yanında olar - Pərvərdigarın insanlardan istədiyi həmin ibadətə çevrilər.


Namazda fİkrİn dağılmasına nə səbəb olur?


Namazda diqqətin yayılmasına səbəb olan amillər bunlardır:
1. Xəyalpərəstlik və onu cilovlaya bilməmək. İnsanın xəyalı quşa bənzər, bir budaqdan başqasına tullanar. Bir yerdə sabit qalmaz. Bu da dünyaya olan sevgidən irəli gəlir.


Xanım Məsumeyi Kübra kimdir?


Atası yeddinci İmamımız İmam Museyi Kazimdir (ə)
Anası Nəcmə xatundur. Qardaşı, səkkizinci İmamımız Həzrəti Rzadır (ə).


İblisin 10 dostu və 10 düşməni kimdir?


Bir gün Peyğəmbər (s) İblisdən soruşdu: \"Mənim ümmətimdən olan dostların nə qədərdir?”
İblis cavab verdi: \"On dəstə: zalım rəhbərlər, lovğa dövlətlilər, hardan gəlib, hara sərf olunmasının ondan ötrü heç bir fərqi olmayan haram yeyən, rəhbərin zülmü ilə müvafiqət edən alim, xain (camaatı aldadan) tacir, möhtəkir (yəni, bir şeydən çox miqdarda alıb qıtlıq zamanında da onu baha satmaqdan ötrü saxlayan kəs), zinakar, ribaxor (sələmçi), simic və bir də hardan gəldi mal toplamağa çalışan kəs.”


MÖCÜZƏLƏR YARADAN DUALAR HANSILARDIR?


Əllamə Həsənzadə Amuli deyir: \"İmamət bəhsinin risaləsini yazmışdım, sona çatdıranda onu Əllamə Təbatəbainin hüzuruna apardım. Bir müddət onun yanında qaldı və onu mütaliə etdi. Bu risalənin bir yerində özüm haqqında dua etmişdim. Risaləni mənə qaytaranda ağa buyurdu: \"Ağa, mən özümü tanıyandan bəri şəxsi dua etməmişəm, dualarım ümumi olmuşdur”.


CİNLƏR KİMDİR VƏ ONLARIN İNSANLARA ZƏRƏRİ TOXUNA BİLƏRMİ?


Günümüzdə toplumda ən çox qabardılan və məlumatsız insanları qorxudan, nəticədə kimlərinsə biznes marağına qulluq edən mövzulardan biri də cin mövzusudur. Və Cinlər elə təqdim olunur ki, insanlara toxuna bilərlər, gözlərinə görünə bilərlər, ay filankəsi cin vurdu və sair. Bu cür məlumatları falçı tayfası yayır ki, sonrasında da TV-yə çıxıb bir verilişdə özlərini insanları cinlərdən təmizləyən kimi təqdim edib, xeyli müştəri əldə etsinlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter